Xüsusi / İslam

Şeytanın fəryadı

Gülçin | 29-12-2015, 13:30
1 452 9

 

İnsanların bəzi rəftarları şeytan üçün o qədər qorxuludur ki, o onları eşidəndə fəryad çəkərək narahat olar. 
Bir gün şeytan Məscidül-həramda bir küncündə dayanmışdı. Həzrət Peyğəmbər (s) Kəbəni təvafa məşğul idi. O həzrət (s) təvafı qurtardıqdan sonra, İblisi zəif və rəngi qaçmış halda bir küncdə dayandığını görür. 
Buyurdu: "Ey məlun! Sənə nə olub bu qədər zəifsən və rəngin qaçıb?” 
Şeytan dedi: "Sənin ümmətinin əlindən cana gəlmişəm.” 
Həzrət (s) buyurdu: "Məgər mənim ümmətin sənə nə edib?” 
Şeytan dedi: "Ya Rəsulullah! Onlarda bir neçə yaxşı xislət var. Hər nə qədər çalışıram, o xasiyyətləri onlardan alım, amma bacarmıram.” 
Buyurdu: "Səni onların hansı xasiyyətləri narahat edir?” 
Dedi: "Birincisi odur ki, hər vaxt bir-birini görəndə salam verirlər və salam da Allahın adlarından biridir. Deməli, hər kəs salam versə, Allah-Taala onu hər bəla və çətinlikdən qoruyar. Hər kim də salamın cavabını verə, Allah-Taala Öz rəhmətini ona şamil edər. 
İkincisi: Bir-birlərini görəndə əl görüşürlər. Əl görüşmək də çox savab işdir və əllərini ayırmamış Allah-Taala hər ikisinə mərhəmət edər. 
Üçüncüsü: Yemək yeməyə başlayanda və hər hansı bir işi görmək istəyəndə Bismillah deyirlər. Məni o yeməyi yeməkdən və o məclisdə iştirak etməkdən məhrum edirlər. 
Dördürncü: Hər vaxt danışanda İnşaallah deyirlər və Allahın ədalətinə razı olurlar. Mən də onların işini poza bilmirəm və mənim ağrı və mərhəmətimi xarab edirlər. 
Beşinci: Sübdən axşama kimi çalışıram onları günaha tərəf çəkim. Amma axşam olan kimi tövbə edirlər və mənim bütün zəhmətlərimi hədərə verirlər. Beləliklə, Allah-Taala da onların günahlarını bağışlayır. 
Altıncı: Bunların hamısından mühümü budur ki, sənin adını eşidən kimi yüksək səslə salavat deyirlər. Salavatın nə qədər savab əməl olduğunu mən yaxşı bilirəm və narahat halda oradan qaçıb gedirəm. Savabı görməyə taqətim yoxdur. 
Yeddinci: Onlar hər vaxt sənin Əhli-beytini görəndə, onlara məhəbbət göstərirlər və bu ən yaxşı əməldir...” 
Sonra həzrət (s) üzünü səhabələrinə tutub buyurdu: "Hər kimdə bu xislətlərdən biri olsa behişt əhli olar.” 


Ay_Sun | 17 yanvar 2016 14:03 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Allah şeytana lənət eləsin....

Amin
SEVDA | 30 dekabr 2015 11:26 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah şeytana lənət eləsin....
Əsmər1 | 30 dekabr 2015 02:30 | Status: VİP user | Şərh: 1 584
Gözəl xəbər üçün təşəkkürlər xala
Dəniz qızı | 29 dekabr 2015 22:29 | Status: Brilliant user | Şərh: 8 017
Çox gözəl xəbərdir təşəkkür mənim gözəl xalam...
Nergiz love | 29 dekabr 2015 22:28 | Status: Professional user | Şərh: 7 871
cox gozel xeberdi
Azeri Fidashka | 29 dekabr 2015 22:13 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
dılay | 29 dekabr 2015 20:28 | Status: Brilliant user | Şərh: 8 183
Allah lenet etsin weytana
vanessa0 | 29 dekabr 2015 17:52 | Status: Gümüş user | Şərh: 449
Gozel emellerdir, mende de coxsu verdis halini alib,Allah ozu komeyimiz olsun
B.Fereh | 29 dekabr 2015 16:40 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox gozel emellerdir,bezileri verdiw halina cevrilib artiq bizim ailemizde.
Allah weytani qelbimizden uzaq elesin,bizi gunaha sovq etmeye gucu catmasin,Amin!