Xüsusi / İslam

İslamda 3 suala,3 cavab

Mavish | 21-12-2015, 13:30
4 024 8

 

 
 
Sual: 
salam aleykum. Əl bəqərə surəsi154-cü ayənin izahını tam verətdiniz,zəhmət olmazda. Bu ayəni əsad tutaraq şiələr Hüseyni,Əlini çağırmaqda günah,dəhv olduğunu inkar edirlər. Yəni bu insanları bu ayəni nəzərə alaraq çağırmaq laxımdır.onlar guya ki eşidirlər. Belə danışanlara nə cavab vermək olar? Haqqınızı halal edin.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz" (əl-Bəqərə, 154). Ayənin axırında deyilir: "...siz bunu duymursunuz" - yəni, bu sizin başa düşdüyünüz dirilik kimi deyil. Onlar artıq bu dünyada deyillər. Ölülərin ruhları "bərzəx" aləmində qalır və dünyadakı şeyləri eşidib görmürlər. Bu ayə bu dünyada olmayanların bizi eşitdiyinə, onlardan nə isə istəməyə dəlil ola bilməz. Məgər Allah deyir ki, onlardan kömək istəmək, Allahdan başqasını çağırmaq olar? İsa peyğəmbər (ona Allahın salamı olsun) də ölməyib, bu dünyada deyil, onda belə çıxır ki, xristianlar İsadan kömək istəməkdə düz edirlər? Allahdan qeyrisini çağırmağın Qurani-Kərimdə və səhih hədislərdə ən böyük günah olan şirk (Allaha şərik qoşmaq) olduğu bildirilib. Halbuki, nə Peyğəmər (ona Allahın salavatı və salamı olsun), nə də səhabələr (Allah onlardan razı olsun) Allahdan qeyrisini çağırmayıblar. Məgər eşitmisinizmi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbrahimdən, səhabələr isə ölüb getmiş peyğəmbərlərdən kömək istəsinlər? Qurani-Kərimdə Allahdan qeyrisindən kömək istəməyin ən böyük günah sayılan şirk olduğuna və duanın edəndə yalnız Allahdan istənilməyinə dair çoxlu dəlillər var. Uca Allah buyurur: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik" (əl-Fatihə, 5), Burada, "yalnız" kəlməsi yalnız Allaha dua edilməsini bildirir. Ondan qeyrilərinə - istər Peyğəmbərlər, istərsə də İmamlar və saleh şəxslər olsun - onlara ibadət edilməyi və onlardan istənilməyi qadağan edir. Uca Allah buyurur: 
"Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz". (Fatir, 13-14)
"Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən" (ən-Nəml, 80).
Belə məzmunlu ayələr çoxdur. Məgər Allahdan başqasını çağıranlar qorxmurlar ki, əməlləri puç olar?!

 

Sual: 
salam aleykum.duzdurki meherremlik ayinda dirnaga lak cekmek,adgunu kecirtmek ve s.bunu kimi seyler olmaz?bu ay haqqinda melumat almaq isterdim.Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Digər aylarda edilməsinə icazə verilən əməlləri Məhərrəm ayında da etmək olar. Məhərrəm ayında yas saxlamaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) buyurmadığı, İslama sonradan gətirilmiş yeniliklərdəndir (bidət). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Kim bizim bu işimizə aid olmayan bir şeyi ona əlavə edərsə, etdiyi qəbul olunmayıb, rədd olunar" (Buxari)

Əslində, İmam Əlinin qardaşı Cəfər ibn Əbu Talib İmam Hüseyn hələ balaca olanda şəhid edilmiş, döyüş zamanı onun qolları kəsilmişdi. Nəyə görə onun şəhidliyini yas mərasimi ilə keçirmirlər. Həmçinin, İmam Hüseyndən (Allah ondan razı olsun) daha üstün olan Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və İmam Əlinin (Allah ondan razı olsun) ölümü yas saxlamağa daha layiqli bir ölüm olmuşdu. Sözsüz ki, bütün müsəlmanlara Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli-beytini sevmək və şəhidlərin ruhuna hörmətlə yanaşmaq vacibdir, lakin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) 3 gündən artıq yas saxlamağı qadağan etmişdir. Zeynəb bint Əbu Sələmə demişdir ki, "Rəsulullahın zövcəsi Ummu Həbibə anamızın atası vəfat edəndə başsağlığı vermək üçün yanına getdim. Bu zaman dedi ki: "Rəsulullahın, (Allaha və axirət gününə inanan bir qadının, ölən yaxını üçün üç gündən artıq yas tutması halal deyildir) dediyini eşitdim. Zeynəb binti Cəhşin qardaşı şəhid olanda da o da eyni şeyləri söylədi. Yalnız qadın əri üçün dörd ay on gün (yas saxlaya bilər)". (Buxari, 1281).

"Ölünü tərifləyərək ağlamak cahiliyyət adətidir". (Buxari)

          "Ölü, yaxınlarının ona bağıraraq ağlamasından əzab-əziyyət (sıxıntı) hiss edər". (Buxari)

          "Yas tutan şəxs, ölmədən öncə tövbə etməzsə, qiyamətdə şiddətli əzab görər". (Muslim)

          "Ölü üçün ağlayana da, onu dinləyənə də lənət olsun". (Əbu Dəvud)

          "Kədərləndə paltarını cırıb, bağırıb çığıran bizdən deyil". (Buxari)

         Bu ayda yas saxlamaq qadağan olduğu üçün, digər aylardakı kimi bəzənmək, toy etmək və elçi göndərmək və s. etmək olar. Ad günü keçirmək isə heç bir ayda olmaz, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) özünün və ya başqalarının ad gününü keçirməmiş və bunu əmr etməmiş, səhabələr və onlardan sonra gələnlər də bunu etməmişlər. 

Sual: 
Salam aleykum. İmam Huseyne deyilen imam sozunun menasi nedir? Peygemberimizin yaninda olan diger sehabelerin adinin qarsisinda imam deyilmir? Huseyn radiyAllahu anha aglamag olarmi? Cunki insan ister istemez Kerbela haqda esidende Peygember nevesine qarsi edilen herekete pis olur. Yezidin İmam Huseynin basini qizinin qucagina vermesi ve onun da ureyinin partlayib olmesi dogrudurmu? Ve bir de bir xutbede Yezide rahimehullah demek olar deyilmisdi bu ne dercede dogrudur eyer onun İmam Huseynin qetlinde eli varsa? Axi Peygemberimiz (Allahin ona salami ve salavati olsun) demisdiki kim meni sevirse qoy Huseyni de sevsin? Allah razi olsun.
Cavab: 
Və aleykum Salam.
  1. "İmam" sözünün mənası "rəhbər", "başçı"  deməkdir.
  2. .Hər hansısa bir səhabənin və ya onlardan sonra gələnlərin adlarının qarşısında imam kəlməsini xsusiləşdirərək istifadə etmək olmaz. Arabir kiminsə adının qarşısında imam kəlməsini deməkdə qəbahət yoxdur.
    1. Abdur-Rahmən ibn Auf (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) oğlu İbra­him vəfat etdikdə, o, ağlamağa başladı. Mən ona: "Sən də ağlayırsan, ya Rəsulullah? Axı sən ölü üçün ağ­la­mağı qadağan etmisən?”– deyəndə, o dedi: "Müsibət gəldikdə, ağlamaq mənə qadağan edil­mə­yib. Lakin mənə, axmaq və fəsadçı iki səs qadağan edilmişdir: əy­lən­cə və kef məc­lisin­dəki musiqi – şeytanın nəğməsi, bir də müsibət üz verdiyi, üzlər şillələndiyi və ya­xalar cırıldığı zaman eşidilən şeytanın yanıqlı səsi” (əl-Ha­kim, 4/ 40; əl-Beyhəqi, 4/ 69). Ona görə də qışqıraraq, yaxa cıraraq ağlamaq və üç gündən artıq yas tutmaq qadağan edilib. Sözsüz ki, faciəvi bir şey eşitdikdə və ya gördükdə adam kövrəlir və ağlamağı gəlir. Lakin, bu o demək deyil ki, min ildən çox vaxt keçməsinə baxmayaraq insanlar belə hadisələri ildönümünə çevirib yas saxlamalıdırlar. Əksinə, Hüseynə (Allah ondan razı olsun) görə sevinmək lazımdır, çünki o, şəhid olub və Cənnəti qazanıb.

  • ESMERRi | 22 mart 2016 16:12 | Status: Brilliant user | Şərh: 5 378
    Sitat: Azeri Fidashka
    ALLH razi olsun coox gozel xeberdir
    SEVDA | 22 dekabr 2015 15:53 | Status: Nəzarətçi | Şərh: 17 439
    Allah yezide, yezid kimilere ve ona destek olanlara lenet elesin!!!
    Mavish | 22 dekabr 2015 15:00 | Status: Brilliant user | Şərh: 2 389
    xəbərə şərh yazan hər kəsə təşəkkürlər,birdə xəbəri redaktə edib sayta qoyduğunuz üçün minnətdaram.
    Azeri Fidashka | 21 dekabr 2015 19:30 | Status: Şərhçi | Şərh: 734
    ALLH razi olsun coox gozel xeberdir
    dılay | 21 dekabr 2015 18:12 | Status: Brilliant user | Şərh: 8 183
    Allah razI olsun cox gozel xeberdir
    Əsmər1 | 21 dekabr 2015 15:46 | Status: VİP user | Şərh: 1 584
    Bu məumatları bilirdim.Təşəkkürlər

    ......................
    guldeniz | 21 dekabr 2015 15:30 | Status: Professional user | Şərh: 1 641
    Sitat: B.Fereh
    TewekkurleR
    B.Fereh | 21 dekabr 2015 14:58 | Status: Nəzarətçi | Şərh: 6 975
    TewekkurleR