Xüsusi / Kitab aləmi

Susaram dəniz kimi – Nəbi Xəzri

Gülçin | 15-12-2015, 13:30
2 041 11
 
 
 
 

 

Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...

Susaram dəniz kimi – Nəbi Xəzri

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.


Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.


- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!


Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!


Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin sahillərinə.


Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım xatirələrdir,
Orda tufan da var, burulğan da var.


Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım, xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.


İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.


Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.


Adını qəlbimin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.


Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla, səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.


Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.


Gəl, qış gecəsində, yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!


Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən...
 
 
Çox təəssüf ki, bütün sevənlərin bir birinə hədiyyə verdiyi Dəniz neçə günahsız insanların həyatına qıydı...  Çox təəssüf!

Ay_Sun | 16 yanvar 2016 12:50 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Təşəkkürlər....
Əsmər1 | 16 dekabr 2015 12:55 | Status: VİP user | Şərh: 1 584
Çox gözəldi canım
Gülçin | 16 dekabr 2015 12:30 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: B.Fereh
P.S. Men artiq sizin meqaleleri sebirsizlikle gozleyirem her gun.)))Tewekkurler size.

Mən təşəkkür edirəm, Fərəh xanım. love Əgər bir müəllif kimi, bir redaktor kimi hazırladığım, redaktə etdiyim xəbərlər bəyənilirsə, mənim üçün çox xoşdur.

Şərh yazan hər kəsə təşəkkürlər.
SEVDA | 15 dekabr 2015 17:34 | Status: Nəzarətçi | Şərh: 17 439
Təşəkkürlər....
B.Fereh | 15 dekabr 2015 17:29 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Gülçin
Bu şeiri ölkədəki məlum hadisələrə görə hazırlamışdım. Bir çox şairlərin dəniz haqqında, Xəzər haqqında şeirlərinə baxdım. Ən çox bəyəndiyim bu şeir oldu. Ona görə də sizlərlə də paylaşmaq istədim.
Allahdan dənizdə həyatını itirən bütün dənizçilərə rəhmət diləyirəm.((

Coox gozel weirdir heqiqeten de.Allah rehmet elesin soydawlarimiza.Cox sagolun ki,bizlernen de boluwduz.
P.S. Men artiq sizin meqaleleri sebirsizlikle gozleyirem her gun.)))Tewekkurler size.
Gülçin | 15 dekabr 2015 17:00 | Status: Brilliant user | Şərh: 6 780
Bu şeiri ölkədəki məlum hadisələrə görə hazırlamışdım. Bir çox şairlərin dəniz haqqında, Xəzər haqqında şeirlərinə baxdım. Ən çox bəyəndiyim bu şeir oldu. Ona görə də sizlərlə də paylaşmaq istədim.
Allahdan dənizdə həyatını itirən bütün dənizçilərə rəhmət diləyirəm.((
Azeri Fidashka | 15 dekabr 2015 15:12 | Status: Şərhçi | Şərh: 734
ehh deniz ne canlar aldin sen
Narin-Ulker | 15 dekabr 2015 15:11 | Status: Gümüş user | Şərh: 2 748
Cox gözəl şair,cox gözəl şeir amma nə yazziqki indi səviyəsiz sevgilərin ucba
tindan dənizdə kirlənim
ALLAH rəhmər eləsin dəyərli şairlərimizə
B.Fereh | 15 dekabr 2015 14:22 | Status: Nəzarətçi | Şərh: 6 975
Qadinsiz ev-
Ulduzsuz kainatdir
Hemdemindir sukut ile qaranliq...
EY kiwiler!
Sevginizi ezizleyin cahanda,
Qadinligin sedaqetdir ilk adi
Vay o gunden
Omrun axir aninda
Gozunuzu qapayan da olmadi!

N.XEZRI
Yalcin Sabranli | 15 dekabr 2015 13:46 | Status: Şərhçi | Şərh: 110
Gozel sozleri var
B.Fereh | 15 dekabr 2015 13:44 | Status: Nəzarətçi | Şərh: 6 975
Allah rehmet elesin Nebi Xezriye de,denizin qiydigi canlara da!
Nece gozel wairlerimiz olub,indi niye yoxdu goresen?