Xüsusi / Maraqlıdır

XOŞ GƏLDİN, EY ORUC !!!

Ay_Sun | 24-06-2015, 11:00
1 493 15

 
Xoş gəldin, ey Oruc!!!
 
Susuzluqdan çölə dönmüş qəlbimizə səfalar gətirdin!
Sən ey zamanların gözəli, həmişəki kimi tam vaxtında yetirdin özünü... gəlməsəydin pərişan olardıq, amma sən inkarçını pərişan edənsən.
Gəldin ki, aydınlığınla tərk edək çaşqınlığımızı. 
Gəldin ki, nur saçasan bər-bəzəkli və işıqlı görünən əslində isə qap-qaranlıq olan dünyamıza...
 
Xoş gəldin, ey Oruc!
 
Dodaqları qanadan həsrətləri bitir içimizdə. Öyrət başımızı dik tutmağı, səni tutmağı, səninlə ruhumuzu diri tutmağı.

Xoş gəldin, ey Oruc!
 
Zülmətləri yarıb gələn imsaqla sevincə qərq et bizi... Yuxuda ikən səndən qafil olanlar bizim oyaq olan gözlərimizdən daşdır sevgini.
Sahurumuzda hər tikəmiz bir dua, hər duamız bir qalxan olsun!
 
Xoş gəldin, ey Oruc!
 
Susuzlat bizi... Susuzlat bizi Qurana, imana, irfana... Susuzlat bizi yaxşılığa, doğruluğa... 
Susuzlat ki, həsrətimiz yandırsın bizi.
Susuzlat ki, Quranın hər ayəsi ruhumuza damla-damla hopsun.
Susuzlat ki, iman nuru qəlbimizin səhrasına yağmur kimi yağsın.

Xoş gəldin ey Oruc!
 
Aclığınla doyur ruhumuzu. Acdır bizi ədəbə, əxlaqa, elmə... Acdır bizi qardaşlığa, yoldaşlığa...
O qədər acdır ki, istərsə Ramazan hilalı kimi zəifləsin bədənimiz. 
Yetər ki, doysun ruhumuz...

Xoş gəldin, ey Oruc!
 
Tutub əllərimizdən iftar sevinclərinə qarışdır "Amin!"lərimizi... İki sevinc arasında - imsakla iftar arasında alov kimi yandır əməl dəftərlərimizin qara siyahısını. Utandır bizi. Qızarsın üzümüz, axsın gözümüzdən yaşlar yusun günahlarımızı.

Xoş gəldin, ey Oruc!
 
Aydınlat qara düşüncələrimizi... Sülh gətir, rahatlıq gətir özünlə. Sağalt ümmətin qanayan yaralarını. Hayqırışlar fəryada qarışmasın! Ölməsin uşaqlar! Ölməsin içimizdəki uşaq xislətimiz!
 
Xoş gəldin, ey Oruc!
 
Bax, biz gülümsəyərək qarşıladıq səni...
Sən də gülümsə qəlbimizə!

dılay | 20 fevral 2016 09:18 | Status: Brilliant user | Şərh: 8 185
Sitat: Gulus.
Allah haminin tutdugu orucunu ve elediyi dualari qebul elesin
Qanad | 27 iyun 2015 07:23 | Status: Yazar | Şərh: 4 357
Allah oruc tutanlarin oruclarini qebul etsin.Imanlarini kamil etsin.Amin.
Ay_Sun | 25 iyun 2015 13:31 | Status: Brilliant user | Şərh: 13 409
Beyenib serh yazan her kese cox tesekkurler.Allah her birinize yar olsun bu eziz ayda Amin.
Gulus. | 25 iyun 2015 12:51 | Status: Professional user | Şərh: 2 436
Allah haminin tutdugu orucunu ve elediyi dualari qebul elesin
Naranin Ureyi | 25 iyun 2015 11:56 | Status: Gümüş user | Şərh: 1 578
Allah haminin orucunu qebul elesin. Can sagligi versin.
Saida Kerimova | 25 iyun 2015 09:16 | Status: Professional user | Şərh: 1 672
Tutub əllərimizdən iftar sevinclərinə qarışdır "Amin!"lərimizi... İki sevinc arasında - imsakla iftar arasında alov kimi yandır əməl dəftərlərimizin qara siyahısını. Utandır bizi. Qızarsın üzümüz, axsın gözümüzdən yaşlar yusun günahlarımızı.

Çooox gözəl xəbərdir,əməyinizə sağlıq.Bircə xəbərin adı qəliz göründü:/Leksik norma pozulmuş sanki no
boris arxan | 25 iyun 2015 01:20 | Status: Professional user | Şərh: 4 784
Sitat: Nurus.
Sitat: Girl
Allah tutlan hər bir orucu və edilən hər bir duanı qəbul etsin inşAllah...

Amin..Inşallah..Allah oruc tutanlara sebr versin,rahatliqla orucumuzu tuta bilek...

Amin
Nurus. | 25 iyun 2015 01:16 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Girl
Allah tutlan hər bir orucu və edilən hər bir duanı qəbul etsin inşAllah...

Amin..Inşallah..Allah oruc tutanlara sebr versin,rahatliqla orucumuzu tuta bilek...
BULUTUM | 24 iyun 2015 15:21 | Status: Professional user | Şərh: 7 392
Allah her bir oruc tutan baci qardawlarimizin oruc dualarini qebul etsin.Amin.
Narin-Ulker | 24 iyun 2015 14:01 | Status: Gümüş user | Şərh: 2 749
Sitat: NurRuslan
Xow geldin,ey Oruc!
Analar bala ayriligi cekmesinler. Hec bir ovlad ata ciyninde getmesin. Sevenlerin gozleri yolda qalmasin. Korpeler ana etrine mohtac qalmasin. Gozler sevinc sacsin, urekler ruh sakitliyi tapsin.Amin Amin Amin

Haminizin ureyine ellerine saqliq
NurRuslan | 24 iyun 2015 13:22 | Status: Şərhçi | Şərh: 376
Xow geldin,ey Oruc!
Analar bala ayriligi cekmesinler. Hec bir ovlad ata ciyninde getmesin. Sevenlerin gozleri yolda qalmasin. Korpeler ana etrine mohtac qalmasin. Gozler sevinc sacsin, urekler ruh sakitliyi tapsin.Amin Amin Amin
Gülçin | 24 iyun 2015 12:14 | Status: Brilliant user | Şərh: 6 781
Aydınlat qara düşüncələrimizi... Sülh gətir, rahatlıq gətir özünlə. Sağalt ümmətin qanayan yaralarını. Hayqırışlar fəryada qarışmasın! Ölməsin uşaqlar! Ölməsin içimizdəki uşaq xislətimiz!


Çox sağol, Aysun, gözəl xəbərdir.
Real Madrid CF | 24 iyun 2015 12:03 | Status: Qonaq | Şərh: 0
Sitat: Girl
Allah tutlan hər bir orucu və edilən hər bir duanı qəbul etsin inşAllah...

insallah canim.
Sienna | 24 iyun 2015 11:58 | Status: Şərhçi | Şərh: 287
ALLAH RAZI OLSUN....Allah oruclarivizi dualarivizi namazlarivizi onun yolunda elediyiviz herbir xeyir iwi qebul elesin...
Girl | 24 iyun 2015 11:18 | Status: Professional user | Şərh: 8 206
Allah tutlan hər bir orucu və edilən hər bir duanı qəbul etsin inşAllah...