Xüsusi / İslam

"Qırx" kəlməsi haqqında məsumlardan (ə) qırx incəlik.

Gülçin | 9-05-2015, 12:00
3 825 9


1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.” ( Səfinətul-bihar”, 2-ci cild, səh. 667.) 
2-İmam Baqir (ə) buyurmuşdur: "İnsan qırx gün müddətində imanını Allah üçün xalis etsə, Allah-taala onu dünyaya qarşı rəğbətsiz (zahid) edər, dünyanın dərdini və dərmanını ona tanıtdırar, daha sonra hikməti onun qəlbində möhkəmləndirib, dilini hikmət ilə danışığa gətirər.” ("Üsuli-kafi”, 3-cü cild, səh. 27.) 
3-Fəzl ibni Yəsar deyir: İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Hər kəs şərab içsə, namazı qırx gün ərzində qəbul olunmaz.” ("Xisal”, 2-ci cild, səh. 311.)
4-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə, onun hər iki duası qəbul olunar.” (Yenə orada, səh. 315.) 
5-İmam Sadiq (ə) buyurmuşdur: "Bir mömin şəxs dünyasını dəyişdikdə, qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib, onun mömin olduğuna şəhadət versələr, Allah-taala onu bağışlayar.” (Yenə orada, səh. 317.) 
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Bir şəxsin biz Əhli-beytə məhəbbət barədə yaydığı qırx hədis, onun sədəqə verdiyi qırx min dinardan (qızıl puldan) üstündür. Allah-taala ona hər bir hədis üçün bir peyğəmbərin savabını, hədisin hər bir hərfi üçün isə qiyamət günü bir nur verər.” ("Camiul-əhadis”, səh. 58.)
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günü fəqih və alim halında gətirər.” ("Üyuni əxbarir-Riza”, 31-ci bölüm, səh. 37, hədis: 99.) 
8-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur: "Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını və axirət aləminin savabını qazanmaq məqsədilə qırx hədis əzbərləyərsə, Allah-taala onu qiyamət günündə peyğəmbərlər, övliyalar, şəhidlər və layiqli şəxslərlə birgə məhşur edər.” ("Xisal”, 2-ci cild, səh. 323.) 
9-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs halal və haram (işlər) barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günü onu fəqih və alim halında gətirər və ona əzab verməz.” (Yenə də orada "Ərbəin” bölümü səh. 542)
10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə, qiyamət günü ona şəfaət edərəm.” (Yenə orada.) 
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Vəfatından sonra qırx hədisi (başqalarının istifadə etməsi üçün yazılı şəkildə) qoyub gedən şəxs, cənnətdə mənim dostum olacaqdır.” ("Kənzül-ümmal”, 1-ci cild, səh. səh. 226.) 
12-İmam Sadiq (ə) buyurmuşdur: "Şiələrimizdən hər kəs qırx hədisi hifz edərsə, Allah-taala qiyamət günündə onu fəqih və alim halında gətirər və ona əzab verməz.” ("Biharul-ənvar”, 2-ci cild, səh. 153.) 
13-Asiman imam Hüseyn (ə)-ın matəmində qırx gün ağlamışdır. 
14-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs qırx gün "Əhd” duasını oxusa, imam Zamanın əsgərlərindən olar. Əgər o həzrət zühur etməmişdən öncə ölsə, Allah-taala onu o həzrətə xidmət etmək üçün qəbirdən qaldırar.”
15-İmam Kazim (ə) buyurmuşdur: "Qırx dəfə həcc əməllərini yerinə yetirən şəxsə (qiyamətdə): "İstədiyin şəxsə şəfaət et!” – deyilər.” ( "Xisal”, 2-ci cild. səh. 330.) 
16-İmam Baqir (ə) buyurmuşdur: "Allah-taala Fironun dediyi iki cümləyə görə onu qırx il möhlət verdikdən sonra cəzalandırdı: 1-Firon dedi: "Sizin ən uca tanrınız mənəm!” 2-"Mən sizin üçün özümdən başqa heç bir tanrı tanımıram!” ( Yenə orada, səh. 318.) 
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs ardıcıl olaraq qırx cümə günü cümə quslu versə, bədəni qəbirdə çürüməz.” 
18-Ana övladının Quran hafizi olması üçün hamiləlik dövründə "Camiə” ziyarətini və ya "Ali-Yasin” duasını qırx dəfə oxusun. 
19-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə gecə namazı qılın.
20-Övladınızın Quran hafizi olmasını istəyirsinizsə, hamiləlik dövründə qırx dəfə cümə quslu verib, "Kisa” hədisini oxuyun. 
21-Övladınızın Quran hafizi olması üçün hamiləlik dövründə hər gün qırx dəfə salavat göndərin. 
22-İmam Hüseyn (ə)-ın qırxında (ərbəinində), o həzrəti ziyarət etmək müstəhəbdir. O həzrətin qırxında onu ziyarət edən ilk şəxs Cabir idi. Şiənin əlamətlərindən biri də "Ərbəin” ziyarətini oxumaqdır. 
23-İmam Sadiq (ə) buyurmuşdur: "Gecə-gündüz ərzində qırx böyük günaha batan şəxs xeyir görməz.” ( "Xisal”, 2-ci cild. səh. 330.) 
24-Hər kəs "Ya Həyyu, ya Qəyyum, ya Mən la ilahə illa əntə birəhmətikə əstəğisu” – zikrini qırx gün müddətində və hər gün qırx dəfə (sübh namazı ilə onun nafiləsinin arasında) oxusa, qəlbinə heç vaxt aradan getməyən dirilik gətirər.
25-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim qırx gün heyva yesə, həmişə hikmətli sözlər danışar.” 
26-İmam Əli (ə) buyurmuşdur: "Sizə qırx gün həlim yeməyi tövsiyə edirəm; çünki insanda ibadət ruhiyyəsini gücləndirir.” 
27-İmam Kazim (ə) buyurmuşdur: "Hər kəs qırx cümə sübh vaxtı acqarına bir ədəd nar yesə, qəlbi işıqlanar.” 
28-Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kim nar yesə, qırx gün Şeytanı öz qəlbindən çıxarar.” 
29-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allaha və qiyamət gününə imanı olan hər bir şəxs gərək bədənindəki artıq tükləri təmizləməyi qırx gün tərk etməsin.” ("Xisal”, 2-ci cild, səh. 317.)
30-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Övladınızı yeddi günlüyündə sünnət etdirin; çünki yer sünnət olunmamış şəxsin bövlü ilə qırx gün nəcis qalır.” ( Yenə orada.) 
31-İmam Əli (ə) buyurmuşdur: "Məscidin həddi-hüdudu qırx ziradan (1) ibarətdir və dörd tərəfindən qırx ev ona qonşu sayılır.” ( "Xisal”, 2-ci cild, səh. 327.) (red. Bir zira təxminən 48 sm-ə bərabər olan uzunluq ölçüsüdür.) 
32-İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən, Allah-taala qırx yaşına çatan şəxsi əzizləyər və səksən yaşına çatan şəxsə əzab verməkdən həya edər.” ( "Yenə orada, səh. 326.) 
33-Hər kəs "Ayətəl-kürsü”nü qırx gün oxusa, onun duaları qəbul olunar. 
34-Hər kəs "Yasin” surəsini qırx gün ərzində qırx dəfə üzü qibləyə, həm də oturduğu halda oxusa, onun hacəti qəbul olunar. 
35-Hər kəs "Həşr” surəsini qırx gün müddətində hər gün bir dəfə oxusa, onun hacəti qəbul olunar.
36-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "İki rəhim (bətn) qırx nəslə qədər bir-birinə çatır.” 
37-İmam Sadiq (ə) buyurmuşdur: "Elə bir mömin yoxdur ki, qırx gecə keçdikdən sonra, (qəflət yuxusundan) ayılmağa səbəb olan ağır bir hadisə ilə üzləşməsin.” 
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Bir vaxt gələr ki,) Bəni Üməyyə Əliyə lənət göndərərlər, ona görə də Allah-taala mələklərə əmr edər ki, onlara min dəfə artıq lənət göndərsinlər, həzrət Məhdi (ə) qiyam etdiyi zaman qırx il onlara lənət göndərər.” 
39-Şəriət qanunlarına müvafiq olan hər bir niyyətinizin qəbul olunması üçün qırx dəfə "Zuha” surəsini oxuyun. 
40-Allaha təvəkkül etmək, güclü iradəyə malik olmaq və camaata möhtac olmamaq üçün "Bismillahir-rəhmanir-rəhim! Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və neməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini qırx dəfə oxuyun.
"Qırx" kəlməsi haqqında məsumlardan (ə) qırx incəlik.


Qasim Rüstəmov.













ESMERRi | 22 mart 2016 16:18 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: SEVDA
Ellerinize sağlıq Gülcin xanım....
dılay | 27 noyabr 2015 10:14 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler
SEVDA | 11 may 2015 19:25 | Status: Nəzarətçi | Şərh: 17 439
Ellerinize sağlıq Gülcin xanım....
esma inci | 10 may 2015 15:14 | Status: Gümüş user | Şərh: 1 096
tewekkurler
kristal | 10 may 2015 01:26 | Status: VİP user | Şərh: 1 184
Sitat: Milashka 1
Cox sagolun qirx reqeminin dogurdanda ne qeder inceliyi varmiw. Cox maragla oxdum 0109
BULUTUM | 9 may 2015 19:59 | Status: Professional user | Şərh: 7 387
Tewekkurler.
Ag Gul | 9 may 2015 14:42 | Status: Professional user | Şərh: 4 333
Gülçin xala dəyərli xəbərdir təşəkkürlər
Real Madrid CF | 9 may 2015 13:07 | Status: Qonaq | Şərh: 0
Ayyy Gulcin xala bele xeberlerin ucun coxsagol opurem 0109 bu haqda biraz melumatim var idi.
Milashka 1 | 9 may 2015 12:08 | Status: Şərhçi | Şərh: 462
Cox sagolun qirx reqeminin dogurdanda ne qeder inceliyi varmiw. Cox maragla oxdum 0109