Aynur Qurbanqızı / Biz mətbuatda

Aynur Qurbanqızı: Boşanmanı heç vaxt dəstəkləmirəm, amma...

Azadqadin.az | 6-06-2014, 16:15
8 226 48
 

 

Publika.az saytı Azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızıdan müsahibə alıb. Müsahibəni saytımızın oxucuları üçün təqdim edirik.  


– Aynur, sən kimsən?

– Sayt rəhbəri, feminist.

 

– Feminizmi necə başa düşürsən?

– "Feminist” qadın və kişi hüquqlarının bərabər olmasına çalışanlara deyilir. Qadınları kişilərdən aşağı görmək istəmirəm.

 

– Təşkilatı yaratmaqda məqsədin nədir?

– Gördüyüm iş qadın təşkilatlarının gördüyü işlərə bərabərdir. Bəlkə də, onların bir çoxundan üstündür. Çünki hüquqşünas məsləhəti, psixoloji məsləhətlər verirəm. Amma onlardan fərqli olaraq, bizim o qədər maddi gücümüz yoxdur ki, daha böyük işlər həyata keçirək. Düşünürəm ki, təşkilatla daha çox işlər görə bilərəm.

 

 – Qadın təşkilatı ilə pul qazanmaq istəyirsən?

– Yox, pul qazanmaq fikrim yoxdur. Məqsədim qadınlara daha çox kömək eləməkdir. Çünki bunu təkbaşına həyata keçirə bilmirəm. Birlikdə olsaq, daha çox işlər görərik.

 

– Feministlər bəzən kişiləri aşağılayır. Özlərini də kişi kimi aparmağa çalışırlar. Əgər kişilər pisdirsə, bəs onda niyə kişi kimi olmağa çalışırlar?

– Qəti əleyhinəyəm. Feminizm kişi olmaq, özünü kişiyə oxşatmaq demək deyil. Həmin qadınlar heç feminist deyillər. Kişiləri böyük varlıq kimi görmürəm ki, özümü onlara oxşadam. Mən qadın kimi qadınam. Bəzən deyirlər "kişi sözü”, "kişi kimi davranmaq” və s. Heç vaxt belə demirəm.

 

– Dediyin "kişi sözü”nün dəqiqliyinə inanırsan?

– Xeyr. Kişi var ki, qadının sözü ondan keçərlidir.

 

– Bəlkə, sizin qarşınıza çıxanlar elə olub?

– Qadınların da pisi var. Pisin, yaxşı olmağın cinsə aidiyyəti yoxdur.

 

– Sənin qadın kimi ən böyük problemin nədir?

 –  Azərbaycan elə bir ölkədir ki, mən sevinirəm ki, bu ölkədəyəm. Burada qadın üçün xüsusi bir problem görmürəm. Hüquqi baxımdan. İranda qadınların qarşısı dövlət çərçivəsində alınır. Azərbaycanda elə bir şey yoxdur.

 

– İranda heç bir qadına həyat yoldaşı "işləmə” sözünü deyə bilməz. Amma bizdə deyilir.

– Bizdə düşüncə tərzi ilə bağlı olaraq qadınlar aşağılanır.

 

– Yenə məişət problemlərinə gəlib çıxırıq. Böyük anlamda qadının problemi nədir?

– Psixoloji təyziq.

 

– Qadın millət vəkilləri, rəhbər vəzifədə olan qadınlarımız var.

– Qadına psixoloji işgəncə verilir. Mənə qarşı da olur. Bəzən elə olur ki, profillərimi, telefonlarımı bağlayıram.

 

– Qadınların çoxu işləyir, bəs sən niyə müzakirə olunursan?

– Çünki mən ictimai işlə məşğulam.

 

– Qənirə Paşayevadan məşhur deyilsən, Bahar Muradovadan məşhur deyilsən. Bir çox müğənnilərdən məşhur deyilsən. Amma daha çox sən deyirsən ki, mənim üzərimə gəlirlər, təyziq edirlər.

– Əslində, indi özüm barədə danışdım. Elə o qadınlar barədə də yazılır.

 

– Bunlar normaldır. Kişilər barədə də deyilir. Birinə mavi deyirlər, birinə biseksual və s.

– Düzdür, kişilər haqqında da deyilir. Amma kişilərə bu yapışmır. Çünki Azərbaycanda kişi üçün əxlaq çərçivəsi yoxdur. Misalçün, kişi 5 qadınla görüşəndə deyirlər ki, kişidir, özü bilər. Yaxud da "baz oğlan” deyib qürurlanırlar. Amma qadının adını əxlaq baxımından müzakirəyə çevirəndə artıq qadına kölgə düşür.

 

– Sənin üçün əxlaq nədir?

 – Boşanmış qadınlarla evlənmə məsələsini mən problem kimi görürəm. O qədər qadın var ki, boşandığı üçün ailə həyatı qurmurlar. Onun da axı mənəvi, eyni zamanda, cinsi ehtiyacları olur. Və o, nikahsız yaşayanda da ona əxlaqsız damğası vururlar. Mən başa düşmürəm ki, qadın hansı yolu seçməlidir? Əgər qadını namuslu görmək istəyirsənsə, evlən də.Yox, belə də görmək istəmirsinizsə, onda buraxın həyatını yaşasın.

 

– Sosial şəbəkədə yazırsan ki, bizim qadınları əldə etmək asandır. Üç-beş sevgi sözü, 10 manatlıq kontur və qadın sənindir. Hətta məsləhət görürsən ki, özlərini ucuza satmasınlar. Bu nə deməkdir? Qadına alğı-satqı predmeti kimi baxmaq demək deyil?

– Öz hisslərini ucuz satan qızlar var, baha satan qızlar da var. Burada söhbət yalnız insani dəyərlərdən gedir, maddiyatdan yox. Elə qız var ki, kişinin arxası ilə sürünür. Söhbət sevgili olmaqdan getmir. Kişi deyir ki, istəmirəm səni,  get.  Qadın isə hər yerdə onun qarşısına çıxır. Mən qürursuz insanları, özünə dəyər verməyənləri ucuz insan hesab edirəm.

 

– Tutaq ki, boşanmış bir qadındır, ərə getmək imkanı yoxdur. Ya da heç ərə getmək istəmir. Evli kişi ilə münasibət qurur. Bu vəziyyəti qadın kimi necə qiymətləndirirsən?

 – Evli insanla münasibət qurmağa birmənalı şəkildə yaxşı baxmıram. Ona görə düşünürəm ki, evli kişi ilə münasibət qurursansa, ortada digər bir qadının haqqı yeyilir. Çünki başqa qadına başı qarışan kişi öz həyat yoldaşına sevgisini azaldır. Bu baxımdan evli insanlarla münasibəti qəbuledilməz hesab edirəm. Amma münasibətə ad qoyurlar ki, sevirəm. Siz o sevgi yaranan dövrə qədər o kişinin evli olduğunu bilirdinizsə, gərək geriyə çəkilərdiniz.

 

– İstər efirdə olsun, istərsə də sosial şəbəkədə sizə müraciət edən qadınları çox vaxt boşanmağa çağırırsınız. Sizcə, boşanmaq xilas yoludur?

– Boşanmanı heç vaxt dəstəkləmərəm. Əslində, mən boşanan qadınların haqlarını müdafiə edirəm. Heç vaxt demərəm ki, döyülürsünüzsə, boşanın. Əminəm ki, döyülən qadın özünü maddi baxımdan təmin edə bilmirsə, o, əxlaqsızlıq etməyə məhkumdur. Söhbət təkcə əxlaqsızlıqdan getmir. Hansısa bir kişinin qoynuna girməkdən də gedə bilər. Qadının arxasında hansısa güc dayanmalıdır. Valideynlər, adətən, boşanan övladlarına dəstək olmurlar. Pis yola düşməkdənsə, elə ərinin şilləsinə dözüb evində otursa yaxşıdır. Amma o qadının boşanmağının tərəfdarı olaram ki, onun işi var. Hər baxımdan, sosial yöndən özünü təmin edə bilirsə, niyə o, kişinin alçaldıcı hərəkətlərinə dözməlidir?

 

– Elə qadınlar da var ki, kişi xəyanət eləməsə də, kişinin gününü göy əskiyə bükür.

– Elə qadınlar var ki, döyülməyə də, söyülməyə də layiqdir. Amma mən kişiləri müdafiə etmirəm. Bu, mənim işim deyil. Onları müdafiə etmək istəyirsinizsə, "azad kişi” saytı açın. Mənim ümumi işim qadınları müdafiə olmasaydı, kişiləri də müdafiə edərdim. O qədər qadınlar var ki, qudurmuşluğundan xəyanət edir.

 

– Qadınları müdafiə edəndə kişilərin haqqı pozulur, kişiləri müdafiə edəndə qadınların. Bu Bərabərlik mümkün deyil.

– Qismən. Hüquq pozuntusu deyəndə, bilirsiniz, mən nəyi nəzərdə tuturam? Kişi gəlir evə, qadın deyir ki, mən valideynlərimin yanına getmək istəyirəm. Kişi deyir, icazə vermirəm. Bu, qətiyyən düzgün deyil. İnsan döyülə bilməz. Amma məcbur edən qadınlar da var.

 

– Bəs qadın onu o həddə çatdırırsa?

– Hədd məsələsinə gələndə bəzən kişi də qadını hansısa həddə çatdırır. Bəyəm qadın durub kişini döyür? Ən azından, stolu götürüb başına çırpa bilər də. Amma etmir, hörməti saxlayır. O da gözləməlidir. Xoşuna gəlmirsə, qapını çırpıb get. Amma sənə kim haqq verir ki, öz gücünü zərif birinin üzərində sınayasan?

 

– Bəs adət-ənənə? Mentalitet?

– Elə bütün problemlər də oradan gəlir. Kişinin babası nənəsini döyüb, atası isə anasını. Övlad da fikirləşir ki, mən də döyə bilərəm.

 

– Bizdə Avropaya baxanda ailə bağları daha çox möhkəmdir. Amma Avropaya baxıb qadın və kişi haqlarından söz edirik. Avropa-Avropa deyirlər. Amma çox adamın xəbəri belə yoxdur.

– Əslində, Avropada ailə bağları bizim ailə bağlarından möhkəmdir. Bilirsiz niyə? Çünki orada nikasız yaşamaq var.O vaxt nikaha daxil olurlar ki, bir-birlərini çox sevirlər, düşünürlər ki, tamamilə bir-birlərinə uyğundurlar. Ondan sonra nikaha girirlər. Amma gəlin, bizdə baxaq. Nikahlı ailələrin demək olar ki, 70 %-i sevgisizdir. Sırf uşaq, ata-ana, ətraf xatirinə qurulan ailələrdir. Bu, möhkəmlik bağı deyil.

 

– Bəs yaxşı, nə etməlidirlər? İki tərəf arasında münasibət yoxdur. Qadının da təlabatları var. Qadın nə etməlidir bu an?

– Qadın o demək deyil ki, evli ola-ola ərinə xəyanət etməlidir. Bunu qəbul edə bilmirsə, ərizəsini yazsın və boşansın.

 

– Boşana bilmir, çünki maddi asılılığı var. Bilir ki, ayrılsa, uşaqlarını saxlaya bilməz. 

– Heç nə, dözməlidir, bu, onun taleyidir. Bu yaxınlarda bir mövzu var idi. İntim mövzu olduğu üçün ictimai yerdə danışmıram. Amma əslində, tibbi və elmi nöqteyi-nəzərdən ginekoloqdan müsahibə alarkən demişdi ki, qadınlar ailəli də ola bilər. Ailə qurmayan qadınlar da ola bilər, qızlar ola bilər ki, onlar orqazm hissini yaşamalıdırlar ki, müəyyən xəstəliklərdən qurtulsunlar. Amma bizim cəmiyyətdə deyirlər yox, bunun yaşı ötüb, cavan qız alaq. Burada bir yol qalır ki, tibbi baxımdan qadın bunu etsin. Bunun adı masturbasiyadır. Masturbasiya haqda danışdım, qalmaqal oldu.

 

– Amma masturbasiya psixoloji baxımdan çox zərbə vurur.

– Bayaq dediyiniz mövzüda əgər heç bir yolu yoxdursa, bu, ona köməkçi bir vasitədir. Bilirsiniz, mən bunu niyə açıqlayıram? Mövzu qoymuşdum ki, masturbasiyaya necə baxırsınız və müzakirə gedirdi. Biri deyirdi səhvdi, biri deyirdi olmaz. Söhbətə qoşuldum. Dedim, bunu həkimlər məsləhət görür. Özü də ki, ciddi şəkildə. Bu lazımlı bir şeydir. Yoxsa ginekoloji problemlər yarana bilər. Həmin söhbətdə dediyim tibbi baxımdan olan məsləhətləri ixtisar etmişdilər. Söhbət gedə-gedə suallar verirdilər, cavablayırdım. Onun özlərinə sərf edən hissəsini paylaşmışdılar. 

 

– Cinsi baxımdan təmin olunmayan qadının başqa yerdə kişi axtarması axı normal ola bilər

– Xəyanət bütün hallarda qəbuledilməzdir. Buna görə deyirəm ki, hər iki tərəf maddi və sosial baxımdan özlərini idarə edə bilirlərsə, onların birlikdə yaşamaqlarındansa, ayrı yaşamaqları daha yaxşıdır. Çünki bir evin içində xəyanət eləməkdənsə, ayrı yaşayıb hər kəs öz həyatını qursa, daha gözəl olar.

 

– Çoxu boşanmış qadına potensial fahişə kimi baxır. Bu fikir nədən formalaşır? Boşanmış qadınlar özləri bu fikri yaradıb, yoxsa cəmiyyətmi bunu belə təbliğ edib?

– Düşünürəm ki, bunu cəmiyyət özü belə yaradıb. Əgər boşanmış qadınlar arasında bu yolu seçən varsa, onlar özləri də cəmiyyətin qurbanıdırlar. Onlara başqa yol qoymurlar. Qadınla ailə qurmurlarsa, o, artıq məşuqə rolunu icra etməyə məcbur qalır. Bir kişinin ikinci qadını olmağa razı olur. Axı onunla evlənmək istəyən çox az hallarda olur. Bəs nə etsin? Bizdə bir fikir formalaşıb ki, kişi mütləq bakirə qızla evlənməlidir. Bunun da əleyhinəyəm. Çünki bakirəlik insanın ruhundadır. Olur ki, boşanmış qadın həyatında bir dənə kişi görüb, əxlaqı yerindədir. Amma elə bakirə qızlar var ki, 100 kişi ilə görüşüb. Bunu necə əxlaqlı sayaq? Əxlaq insanın beynindədir, qızlıq pərdəsində deyil.

 

 – Bəs qarşınıza ailə qura biləcəyiniz kişi çıxmasa necə?

 – Onda artıq sən öz həyatınla barışmaq məcburiyyətindəsən.  

 

– Bəs mübarizə, feminizm?

– Mübarizə, feiminizm o demək deyil ki, kiminsə məşuqəsi olmalıyıq. Qeyri-nikahsız onunla münasibətdə olursansa, bu artıq məşuqəsi olmusan deməkdir.

 

– Bu, Avropada bilirsiniz necə tənzimlənir?

– Vətəndaş nikahı ilə?

 

– Xeyr. Vətəndaş nikahından başqa.

– Necə tənzimlənir?

 

– Təmənnasız, heç bir şey güdmədən. Qadın, kişi tanış olur. Münasibət yaşanır.

–  Xarici ölkə ilə Azərbaycan cəmiyyəti bir deyil. Orda münasibət qurduğu adamlar ürəkləri istəyən vaxt cüt yaşayırlar. Onlar azaddırlar. Bizdə isə qadının əxlaqına pis baxmasınlar deyə, kişi onunla gizli görüşlərə məhkum olur. Bu zaman belə bir nüans yaranır, zəng vurur, iki saatlıq filan oteldə görüşürlər.Yalnız ehtiraslarını öldürsünlər deyə. Bu, mənə çatmır da. Qadın burada da alçaldılır.  Sırf cinsi ehtiyacını ödəmək üçün qadından istifadə edir. Axı qadının tək ehtiyacı bu deyil. Qadına mənəvi təminat da lazımdır. Onu kim etsin?

 

– Sənə elə gəlmirmi ki, onda bu mübarizənin mənası yoxdur? Köklü bir dəyişiklik olmalıdır.

– Mən mübarizəni ona görə qurmuşam ki, cəmiyyətdə boşanmış qadına fikir dəyişsin.

 

– Xoşbəxtliyin əsasında pul dayanır?

– Bəli. Xoşbəxtliyin əsasında pul dayanır. Pula görə o qədər dağılan ailələr var ki.

 

   – Xoşbəxt qadın necə olur?

– Xoşbəxtlik elə bir şeydir ki, hər kəs onu fərqli yerlərdə görür. Elə bir qadın var ki, bunu kariyerada görür, eləsi də var ailədə. Mən birmənalı deyə bilmərəm ki, xoşbəxtlik qadın üçün filan şeydədir. İstəyirəm ki, heç bir qadın haqqında böhtan danışılmasın. Qadın güclü olsun. Xoşbəxt qadın budur mənim üçün.

 

Söhbətləşdilər: Günay Arda, Amil Hacıyev


BULUTUM | 7 iyun 2014 08:22 | Status: Professional user | Şərh: 7 386
Adamin gerek bexti ola.vessalam.
NURLU | 7 iyun 2014 07:58 | Status: Professional user | Şərh: 5 552
menim sebrim catmadi oxumaqa.
nurane55 | 6 iyun 2014 23:50 | Status: Professional user | Şərh: 1 849
Aynur bacının fikirləri ilə razıyam.Doğrudan da qadınların müdafiəyə ehtiyacı var.Belə bir aforizm də var ki,"Bir kişi ilə qadın mübahisə edirsə qadının tərəfini tutun,çünki kişilərin müdafiəyə ehtiyacı yoxdur".
Mən qürursuz insanları, özünə dəyər verməyənləri ucuz insan hesab edirəm.
Amma mən qüruru yalnız qadına yaraşdırıram.Bunu qadın olduğum üçün demirəm.İslamda da bu belədir.Qadınlarda bəyənilən üç xüsusiyyət kişilərdə bəyənilməyən üç xüsusiyyətdir:qürur,qorxaqlıq,xəsislik.Qadın qürurlu olarsa namusunu,iffətini də əsirgəyər.
Gülçin | 6 iyun 2014 20:24 | Status: Brilliant user | Şərh: 6 778
Ailə qurmaq çətindir, onu qoruyub saxlamaq isə daha çətindir. Hər iki tərəf ailəni qorumağa çalışmasa, çətin ki, o ailə ömürlük olsun..
Lumia | 6 iyun 2014 19:53 | Status: Professional user | Şərh: 5 378
İnsanin ruhu temiz,iradesi mohkem olunca,ister kisi olsun,ister qadin,mutleq heyatda mueyyen yeri ve ugurlari olacaq.Eksinesi olarsa o insanlar bedbext yasayib,bedbext de ölmeye mehkumdurlar.Tesekkurler.
Ulviyye | 6 iyun 2014 19:40 | Status: Gümüş user | Şərh: 2 839
Yazilan sozlerle mende raziyam.mende bosanma terefdari dooyurem ama yasamaq mumkun deyilse lazimdi.nece illedi dozduyum cehennem heyatina son qoyub nehayetki yeni heyata baslayiram usaqlarim ve men.doyulub soyulub gun gormemeydense tek basina heyata atilib yasamaq daha gozeldi.
azerin f. | 6 iyun 2014 19:39 | Status: VİP user | Şərh: 1 068
Yaxsi olardi ki,qadinlar oz huquqlarini bilsin.Eyer bele olarsa,onda bosanmalarin sayi da azalar.Qadin maariflendirilmelidir.O etraf xatirine,ailesine gore aile qurmamalidir.Aile ne ucun quruldugunu bilmelidir.
HESENIM | 6 iyun 2014 19:08 | Status: Gümüş user | Şərh: 1 262
Sitat: CEYLA ALIZADE
Allah hec bir qadina bowanmagi nesib etmesin...Ömür boyu qelbisınıq qalmaga hec kes layig deyil.Yenede qismet,qurban olum Allaha..

Sitat: CEYLA ALIZADE
Allah hec bir qadina bowanmagi nesib etmesin...Ömür boyu qelbisınıq qalmaga hec kes layig deyil.Yenede qismet,qurban olum Allaha..
birdane | 6 iyun 2014 18:48 | Status: Professional user | Şərh: 3 726
tesekkurler
Sabahım. | 6 iyun 2014 18:30 | Status: Professional user | Şərh: 3 359
Sitat: DENIZ QIZI3
mubabiqeni axira qeder oxudum hec bir qadina aile qurub isti yuvasini dagitmagini arzulamiramm.
Aytekin82 | 6 iyun 2014 17:38 | Status: Brilliant user | Şərh: 6 586
Mən qürursuz insanları, özünə dəyər verməyənləri ucuz insan hesab edirəm.


Başdan ayağa qədər bir sözünü belə buraxmadım...
Hər sözünlə 100-də 100 razıyam.
DENIZ QIZI3 | 6 iyun 2014 17:27 | Status: Gümüş user | Şərh: 3 858
mubabiqeni axira qeder oxudum hec bir qadina aile qurub isti yuvasini dagitmagini arzulamiramm.
Nergiz love | 6 iyun 2014 17:27 | Status: Professional user | Şərh: 7 871
ELAAAAAAAAAAAA SUPER
SULTANIM | 6 iyun 2014 17:17 | Status: Ekspert | Şərh: 4 742
Musahibeni tam axira qeder oxumaga sebrim catmadi.
Bosanmaq cixis yolu deyil.
SEVDA | 6 iyun 2014 17:06 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah her zaman kömek olsun qadın adına layiq olan xanımlara.....
KoNkReT | 6 iyun 2014 16:32 | Status: Gümüş user | Şərh: 951
Allah hec bir qadina bowanmagi nesib etmesin...Ömür boyu qelbisınıq qalmaga hec kes layig deyil.Yenede qismet,qurban olum Allaha..
SABINA | 6 iyun 2014 16:24 | Status: Professional user | Şərh: 7 410
ELAAAAAAAAAA 0140
ŞokaLaTovA PeÇeNyA. | 6 iyun 2014 16:20 | Status: Gümüş user | Şərh: 2 059
Superrrrrrrrrrrrrr 0140