Aynur Qurbanqızı / TV verilişlər / Qadın taleyi

Bu gün ANS "Adam içində" Səadət əri ilə üz-üzə gələcək

Aynur_Qurbanqizi | 10-03-2014, 10:42
4 414 25

 
Bu gün də ANS "Adam içində" verilişinə dəvət almışam. Hazırda "Təmiz Dünya"nın qadın sığınacaq evində qalan Səadətin əri gəlməlidir bu gün verilişə. Qız da çox qorxur, deyir məni şantaj edəcək-filan. Düzü, bezmişəm ee belə mənasız söhbətlərdən. Özüm aylar öncə elə o efirdə iftira-böhtana məruz qalan biri kimi bu hissin nə qədər acı olduğunu bilirəm. Bu kimi durumlarda mühabisə ən axmaq bir şeydir.  Hələ də peşmanam ki, axmaqlarla orda özümü müdafiə etmək üçün mühahisəyə qoşulmuşam. Ümumiyyətlə, düşünürəm ki, kim nə iş görür özü bilər. İstər Səadətin, istərsə də ərinin şəxsi münasibətləri mənə maraqlı deyil. Məni narahat edən ortalıqda qalan 3 uşaqdır. Səadət uşaqları alsa onlar atasız qalacaq, bunun əksi olarsa anasız... Olmazmı ki, insanlıq, adamlıq edib bir otaqda yaşamaq huququ verərək ananı balalarından ayırmasınlar. Nə də ata özü uşaqlarından ayrı düşməsin. Sonra da kim nə qələt edir, necə yaşayır özü bilər.

Əsas olan məhz o uşaqlardır! Fakt da ortada ev var! Sanki, gorlarına aparacaqlar bu uçuq evi! Uşaqlarını yetim evinə verməyə razıdırlar, amma 10 min manat heç qiyməti olmayan bir otağı vermək istəmirlər. Belə yerdə deyirəm ki, İNSANLIQ ÖLÜB!
 
Azadqadin.az oxucuları üçün dünən facebookda paylaşdığım statusu da olduğu kimi təqdim edirəm.
 
Səadətlə az əvvəl danışdım. Axırıncı dəfə verilişdən çıxandan sonra axşam, elmlərdə yemək yedik, sonra çarəsiz qalmasın deyə az da olsa pul verdim və yola saldım əvvəldən Mehriban Zeynalova ilə danışdığım "Təmiz dünya" ictimai birliyinin qadın sığınacaq evinə... Amma ürəyim də qalıb yanında ( İndi zəng etmişdim. Deyir: Ərimgil deyir ki, 1-ci gün ANS-ə gəlib səni şantaş edəcəm. Çox qorxuram, nolar sən də gəl. Anam da hələ də tapılmayıb. İş də tapa bilmirəm, hələki sənin verdiyin pulu xərcləyirəm. Bilmirəm nə edim. Bilsəydim TV-yə çıxmazdım, qaynanamgil uşaqlarımı vermək əvəzinə məni daha da biabır edirlər. Başımı itirmişəm. Amma, saq olsunlar, hələki burada qalıram, əsas odur ki, blokda yatmıram. ANS uşaqlarıma məni qovuşdursaydı, gedib işləyər, başımın çarəsinə baxardım"
Dedim, günahın yoxdursa nahahat olma və heç bir iftiradan, şantajdan da qorxma.

P.S, Ötən dəfə bu qıza maddi yardımla bağlı çağırışda hamı məni də, onu da qınadı ki, getsin, işləsin, niyə dilənir... Ok. O zaman daha insanlıqdan danışmayın. Mənim şəxsən ürəyim ağrıyır ona... 20 qəpiyi olmadan küçədə düşən insan istənilən halda çarəsizdir.
Hə, bir də mən belə yazanda deyirlər ki, niyə etdiyini deyirsən? Bəli, deyirəm və həmişə də deyəcəm. Sizin etdiklərinizi də yazacam. Çünki, mən istəyirəm yaxşılıq hər zaman göz önündə olsun, digərləri də örnək alsın bundan.... İntihar, kriminal, zorlama zir-zibil bütün günü reklam olunur, yaxşılıqda bəhs edəndə niyə belə insanlar narahat olur bilmirəm...

Yagis_Negmesi | 30 noyabr 2015 14:38 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Nigar
Sitat: SEVDA
kimin haqq,kimin nahaq olduğunu  Allahım bilir....Allah hamıya kömek olsun....
guldeniz | 30 sentyabr 2015 18:04 | Status: Professional user | Şərh: 1 641
tewekurler
Nigar | 24 fevral 2015 19:09 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: SEVDA
kimin haqq,kimin nahaq olduğunu  Allahım bilir....Allah hamıya kömek olsun....
KARAGULUM | 1 noyabr 2014 09:37 | Status: Gümüş user | Şərh: 1 433
Alah yardimcisi olsun
fea | 25 sentyabr 2014 00:04 | Status: Gümüş user | Şərh: 1 737
he yadima dusdu be erinnen ayrilib basqa kisiynen gezirdiiii
Nergiz love | 12 may 2014 08:00 | Status: Professional user | Şərh: 7 871
Sitat: Alice
Kimdi nə səbəbə gəlib bilmirəm.. Allah köməyi olsun.... 
KasIb qIz | 15 mart 2014 20:06 | Status: Şərhçi | Şərh: 254
Ona gore kor kor tehsilsiz ere getmesinler !. Ilk once tehsil .Tehsilden sonra oz ayaqlari uzerinde durmagi bacarsn sonra secim edib ere gede bilerdi. Qadinin vezifesi ere getdi usaq dunyaya getirdi ,ev isleri usagi boyutmek.Erin uzerinde yuk olmaq deyil axi.Qadininda karyerasi olmalidi.Sonra bele pis veziyyetde qalmasin. 
Gulya2676 | 13 mart 2014 11:54 | Status: Gümüş user | Şərh: 2 586
Məncə xanım bu dəqiqə uşaq davası etməkdəndisə,ondan bundan pul istəməkdəndisə birinci ozune ish tapsın.Ozune yatmaqa yer tapmayıb uşaq isteyir.Başa düşürəm anadı,onlarsız qala bilmir..Amma onlar gələndə nə verəcək,harda yatırdacaq...Vallah üreyim ağrıyır bu cür qadınlara.Mən kimisə qınamağı heç vaxt sevmirəm...hələ keçmişinə görə..isə heç vaxt.Çünki o artıq keçmişdə qaldı.Amma bu gün heç olmasa ayağa qalxsın, nəsə eləsin...Allah köməyi olsun!Başqa nə deyim...
Ayanim | 12 mart 2014 15:24 | Status: Gümüş user | Şərh: 1 920
Sitat: yalniz arzu
ALLAHIN 3 UŞAGA YAZIGI GƏLSİN.....

Amin.
MELEK_ | 12 mart 2014 09:49 | Status: Professional user | Şərh: 3 949
dunen evde idim, baxdim, delixanadir, kim kimdir bilinmir
Damla | 11 mart 2014 19:50 | Status: Brilliant user | Şərh: 7 177
 Axi Elgiz nedirki bir onun proqraminada getsinler..Ans-a ar olsun!Elgiz kimisini edib jurnalist aparici...Proqramda ela sesler cixardirki ela bil zooparkdadir...
Hayif senden Cingiz Mustafayev..Gor kimler efire cixir...
Ne gozleyir bu xanim bu kimi show proqramlardan..Elgiz ve onun kimiler hamini cevirib oz showlarina alet..ora gedanlarda gunah..bu verliwe baxanlardadi sehv..Boyuk adam edibler Elgizi..ne proqramdi axi bu bazar sohbetleri,aile mefhumunun mehv oldugunun subutu..Dagil Azerbaycan.mehv ol..yan kul ol ey yalanci Muselman olkesi..Daha ne qalmadi tv-de gosterilmeyen,daha ne qalmadi...
Allahin qanun qaydasini bilseydi bu insanlar bilerdiki kebin olmadan nigah olmadan bir birine toxunmaq olmaz.awna kimi yawayiblar,awna kimi bir birlerine munasibet gosteribler..ne aileden sohbet geda biler axi burda..
Hamisi show kuklasi olub..Ne qazanir bu proqrama cixanlar axi..
Heyatimdan vaxtimdan 1 deqiqe kesib bela menasiz deyersiz proqrama baxmaram men..Gedib bir sehife kitab oxuyaram,1 manat sedeqe veraram.7 defe Ayetel kursi oxuyaram..
yalniz arzu | 11 mart 2014 19:50 | Status: Gümüş user | Şərh: 1 759
ALLAHIN 3 UŞAGA YAZIGI GƏLSİN.....
GUN77 | 11 mart 2014 13:05 | Status: Şərhçi | Şərh: 460
Sitat: Nailya
kimin haqq,kimin nahaq olduğunu  Allahım bilir....Allah hamıya kömek olsun....

 

Nigar | 11 mart 2014 11:05 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Nailya
kimin haqq,kimin nahaq olduğunu  Allahım bilir....Allah hamıya kömek olsun....

Lumia | 11 mart 2014 00:04 | Status: Professional user | Şərh: 5 378
Eger gunahi yoxdusa bu qadin neden santajdan qorxub,cekinmelidir?O verilisde huquqsunaslar da istirak edir.Santajda ireli surulen iddialar oz eksini tapmazsa,ser-bohtan davasi acmaq olar o "ere"Bir de bu xanim niye indiden gedib islemek istemir,usaqlarinin ona verilmesini gozleyir?Belke usaqlari 6 aya ala bilecek,demek 6 ay issiz qalib kiminse hesabina yasamalidir?Sizin insanliq,yaxsiliq mentiqiniz qeribedir Aynur xanim incimeyin.Eli,ayagi yerinde,genc bir qadin ucun deyirsiz ki,kimlerse yardim etsin ona.Evvela bununcun mueyyen dovlet qurumlari var.Ikincisi de lap deyek ki,kimlerse 5-10 manat yardim etdi,bir gun,bes gun,bes sonra?Siz jurnalistsiniz,bir jurnalist kimi var-dovleti basindan asan hansisa memura muraciet ede bilersiz bu qadina yardim ucun?Yox!!!Cunki texminen hemkariniz Arzu Abdullaya verilen cavaba benzer cavab alacaqsiz.Amma siradan,ozunu ve ailesini gucle dolandiran insanlardan yardim isteyirsiz,etmeyende de baslayirsiz "insanliginiz ölüb","cesaretiniz yoxdu" kimi ifadelerle tehqir etmeye onlari.Meseleye duzgun prizmadan yanasin gozel xanim.Allah komeyiniz olsun.
SEVDA | 10 mart 2014 23:15 | Status: Nəzarətçi | Şərh: 17 439
kimin haqq,kimin nahaq olduğunu  Allahım bilir....Allah hamıya kömek olsun....
viska | 10 mart 2014 22:47 | Status: VİP user | Şərh: 512
Aynur mence haqqin terefinde olmaq Allaha daha xow olar.Bu qadinin hereketlerine hec bir haqq qazandirmaq olmaz.
Sabahım. | 10 mart 2014 21:35 | Status: Professional user | Şərh: 3 359
Sitat: 2 kalp
axmiram...

Ulviyye | 10 mart 2014 18:53 | Status: Gümüş user | Şərh: 2 839
Ureyi cox aqridi beledide oqru ciqirdi doqrunun baqri yarildi meselesi.qadinlari cox eziller

Ureyi cox aqridi beledide oqru ciqirdi doqrunun baqri yarildi meselesi.qadinlari cox eziller

Ureyi cox aqridi beledide oqru ciqirdi doqrunun baqri yarildi meselesi.qadinlari cox eziller
Aynur Quluzade | 10 mart 2014 18:21 | Status: Qonaq | Şərh: 0
Aynur xanim hal-hazirda sizi izleyirem ilk olaraq demek isdeyirem ki cox gozel gorunursunuz sizi cox beyenirem eyni zamanda menim de adim Aynurdur.Seadet xanimin taleyine geldikde INSALLAH ALLAH ozu bu xanima komek olar.Beyaqdandi verliwi izleyirem demek olar ki tamawacilarin ekseriyyeti Seadet xanimi bir beyle cay icdiyi ucun qiniyir amma hec kim bu xanimin bawina gelenlere gore ne qaynanani ne de ozunu aile bawcisi adlandiran bu "kisiciyi" qinamir.Bizim xalqimiz hemiwe bele olub omur boyu qadinlar qinanir.:(
2 kalp | 10 mart 2014 17:05 | Status: VİP user | Şərh: 1 280
baxmiram...
Aynur_Mezahirli | 10 mart 2014 16:56 | Status: Qonaq | Şərh: 0
Sozun duzun desem men bu verlise baxmiram, yenede Allah komeyi olsun...
Nefesim | 10 mart 2014 16:44 | Status: Gümüş user | Şərh: 938
Baxiram...ALLAH komeyi olsun...
lalita | 10 mart 2014 15:04 | Status: VİP user | Şərh: 1 390
BULARDA LAP BEZDİRİBLƏR CAAMATİ
Alice | 10 mart 2014 15:01 | Status: Professional user | Şərh: 5 020
Kimdi nə səbəbə gəlib bilmirəm.. Allah köməyi olsun....