Yazarlar / Aynur Qurbanqızı

Aşıq Namiqin iyrənc reklam üsulu - qadınların namusuna sataşmaq (Video)

Azadqadin.az | 22-11-2013, 17:47
19 047 98


ANS-də yayımlanan "Adam içində" verilişində Aşıq Namiqlə azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızı arasında qarşıdurma yaranıb. Qadınların şərəf və layaqətini təhqir edən aşıqa qarşı sərt cavablar verən Aynur Qurbanqızı verilişdən sonra Namiq Fərhadoğlu tərəfindən əvvəlcə əxlaqsız təklifə, daha sonra isə şantaşa məruz qalıb. Belə ki, qadınların əxlaqına toxunmaqla daim gündəmdə qalmağı, özünü reklam etməyi seçən, Aşıq sənətini ləkə gətirən bu şəxs Aynur Qurbanqızı ilə birgə çəkdirdiyi şəkili sosial şəbəkədə paylaşaraq, təhqiredici ifadələr yazıb.

Aynur Qurbanqızı bu mövzuya münasibətini facebook səhifəsində bildirib: "Əsəbimdən ölürəm. Bu Namiq indi də məni şantaj edir, ya görüşək, ya səni biabır edəcəm, saytını bağlatdıracam, filan... Bu adam deyəsən qarşısındakının kim olduğunu bilmir. Puluna güvənir, səni belə saxlayacam, deyir. Pulun başına dəysin, sənin kimi kişilər mənim yanımdan heç yel ötüb keçə bilməz. Məni şantaj edənə bax, arxasında hansı məmur durur bilmirəm, mənim də başımın üstündə Allah var. Qadınam, ele bilir sakit geri çəkiləcəm, amma bu cür kişilərin cavabını kimsə verməlidir. Belələrinə görə qadınların adı ləkələnir. İyrənc təklif et, mən də onun cavabını verim, telefonu ustunə bağlayım və indi də bəyan edib ki, guya mən ona demişəm ki, gəl sənlə birlikdə olum. Əgər, belə bir fikrim varsa, facebookda niyə yazıram ki, bu adam məni şantaj edir. Elə sakitcə münasibət qurardım. Normal, ağıllı insan zaten ortada olan bu məntiqsizliyi anlayar. Əlində də sübut kimi bir şəkil göstərir ki, baxmayaraq ki, mən verilişdən sonra yeməyə Çığatel xanımın xahiş ilə getmişəm, Naiba Allahverdiyevadan saytima yazı hazırlamaq niyyəti ilə... Namiq nə gedəndə, nə gələndə mənim yanımda olmayıb. Qadınlarla yemek yeməyə getməkdə pis nəsə görmürəm. Getdim ki, o da ordadır. Və təbii ki, geri qayıtmadım, çünki efirdə olan efirdə qalır, durub həyatda da kimləsə də dava-qırğına çıxacaq səviyyədə deyiləm. Orada bir nəfərin sazı vardı (Bu saz qətiyyən aşıq Namiqə də aid deyil!) götürdüm sazla şəkil çəkdirəm, tez qaçıb arxamda dayandı və dostuna çək-çək dedi. Sonra da dedi ki, Sən, Aynur, bitdin... Mən də dedim ki, sən kimsənki bir şəkillə məni bitirəsən get işinlə məşqul ol. Buna yanıma olan 6 nəfər şahiddir. Daha sonra heç axşam 9-da olmamış evə qayıtmışam. O Naibə Allahverdiyeva və Çığatel xanımla nəsə toy məclisi vardı, ora çıxdı getdi. Sonra gecə zəng vurub iyrənc təkliflərini etdi. Mən də cavabını verdim! Səhərisi də (yəni söhbət dünəndən gedir) bütün günü zəng edib, cavab verməmişəm. Axşam işdən qayıdanda axır bezdim cavab verdim ki, əl çək məndən. O da dedi ki, mənə HƏ deməsən sənin başına oyun gətirəcəm, səni biabır edəcəm, əlimdə şəklin var-filan. Dedim sən deyəsən məni kimləsə dəyişik salmısan. Mən belə şeylərdən qorxub kişilərə əyilən olsaydım adım Aynur Qurbanqızı olmazdı. Başladı ki, özündən yekə-yekə danışma, mənim arxamda məmurlar durur, MTN dost-tanışım var. Sənin kimi 100 dənə jurnalisti yatağımdan keçirmişəm. Təbii ki, bu iyrənc sözləri eşitdiyim an mübahisəni kəsdim (çünki axmaq mübahisələri sevmirəm) telefonu üstünə bağladım və ondan sonra 100 dəfə zəng etdi cavab vermədim. Və bundan sonra artıq özü dediyi iyrənc fəaliyyətə keçib. Məni məhv edən bilirsiz nədir? Mən qadınlığımla dilimə 1 yalan almaram. Müharibədirsə dürüstcəsinə döyüşərəm. O isə, rəsmən mənə iftiralar yazır. Çünki, qadın zərif məxluqdur, axı bizim namus, əxlaq dəyərlərimiz var. O bu incə nüansla məni "vurmaq" istəyir. İnanın ki, əsəbdən əllərim əsir. İnsan nə qədər mənliksiz ola ki, yalan danışa. Baxın, mənim belə şeylərə çox dözümüm yoxdur, burdan elan edirəm, bu adamı kimsə dayandırmasa, huquq-mühafizə orqanları buna müdaxilə etməsə, qadınları (siyahıda tək mən deyiləm, əksər qadınlar Namiqlə bağlı bu sözləri deyib) iyrənc oyunları üçün bu cür şantaj edən kişilərə etiraz olaraq intahar edəcəm! Ya da məni bu yoldan çəkindirmək üçün nələrsə yazın... Hazırda, oxuduğum yalanlardan dolayısı sadəcə şokdayam. Təsvir edin ki, mən bu adama qurumu endirib şəkilimi paylaşsa da, yazmamışam ki, sil. Çünki, mən aciz bir qadın deyiləm ki, belə şeylərə görə kiməsə yalvaram. Yazılarımla bu cür adamların cavabını verirəm. Amma yazıb ki, guya mən buna yalvarmışam ki, şəkili sil. Haqqımda o şeyləri yazandan, şəkil paylaşandan sonra sübut etsin ki, məndən ona zəng, mesaj gedib, facebookda nəsə yazmışam? Məhkəmədə telefon nömrələri çıxarılar və sübut olunar. Bir kişinin bu qədər saxtakar, yalançı olması məni şoka salır sadəcə... Bu adam özünü belə şeylərlə reklammı etmək istəyir? Reklam etmək üçün qadınlardan, qadınların namusundan, əxlaqından istifadə edən bu cür adamlara nə deyilir?".

Qeyd edək ki, reklam xatirinə, gündəmdə qalmaq üçün Namiq fərhadoğlunun Aynur Qurbanqızına oynadığı bu cür iyrənc oyunlar, bundan öncə də bir çox xanımların başına gətirilib. Bununla bağlı əlimizdə faktlar var. O cümlədən "Adam içində" verilişində xanımlar tərəfindən Afət Rahilqızına şəkli çəkilib göndərilmiş məktublar da buna sübutdur. O məktublarda bu aşıqın qadınlara iyrənc təklifləri öz əksini tapmışdır. Hətta, ofisində 300 manata xadimə işi təklif etdiyi qadına da "həm də mənimlə sevişəcəksən" mesajını göndərib. Sosial şəbəkədə bir sıra xanımlar metroda bu adamın onların qolunu dümsükləyərək nömrə təklifi etməsini bildiriblər. Və aşıq Namiq də bunların hamısını təsdiqləyərək, "Yaxşı etmişəm, qadın nə üçün yaranıb, başına ... oyunlar gətirilmək üçün" deyə cavab verib. Yazı qabiliyyəti olmayan bu savadsız aşıq, durmadan qadınları təhqir edir, onları aşağılayacaq ifadələr işlədir... Bir sıra mənbələrin bildirdiyinə görə, bu səbəbdən AZTV artıq onun televiziya efirinə çıxmasına qadağa qoyub. Düşünürük ki, digər televizya kanalları da bu cür dardüşüncəli insanların, qadınları təhqir edənlərin efirə çıxmasına qadağa qoymalıdır.

P.S. Bu qadın manyakını toylara çağıran şəxslər də bilməlidirlər ki, beləsi onların həyatyoldaşına, bacısına, anasına, qızına da göz dikər... Əgər bir kişi qadını əldə edə bilmədiyi üçün bu cür yalan, iftira danışarsa, bu adamın mənliyi ortadır və abırsız, utanmaz insan cəmiyyət üçün qorxulu fərddir.

Bu da verilişdən sonra Namiqin Aynur Qurbanqızı ilə tək restorana getdiyini iddia etdiyi qonaqlığın şəkilləri



Aşıq Namiqin iyrənc reklam üsulu - qadınların namusuna sataşmaq (Video)


  


ESMERRi | 17 aprel 2016 20:25 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Miraj
baxmisdim bu verlise
Miraj | 2 fevral 2015 17:35 | Status: Professional user | Şərh: 2 624
baxmisdim bu verlise
sirin bala | 11 dekabr 2014 13:14 | Status: Gümüş user | Şərh: 1 669
Sitat: SELENA
hecne anlamadim kim duzdu kim sehv/qaranliq meqamdi recourse
SABINA | 10 iyul 2014 09:36 | Status: Professional user | Şərh: 7 410
hecne anlamadim kim duzdu kim sehv/qaranliq meqamdi recourse
Lady Nara | 13 mart 2014 15:47 | Status: VİP user | Şərh: 1 026
utanmireeee hemiwe qadinlarnan spora girir 
ramile79 | 1 dekabr 2013 09:43 | Status: VİP user | Şərh: 646
mesele ne yerdedi goresen cox maraqlidir mene
Gülçin | 27 noyabr 2013 21:02 | Status: Brilliant user | Şərh: 6 778
mence, bu qerariniz daha mentiqlidir.
Aynur_Qurbanqizi | 27 noyabr 2013 11:35 | Status: Technical | Şərh: 1 170
Sitat: FARIZ NAMAZLI
Aşıq padxod edib, rədd cavabı alıb, vəssalam. nə qədər çox şişsə, prinsiplər də olacaq . boş verin getsin .

Redd cavabi alib redd olub getmedi axi. Sonra da bohtan, yalan, iftira. Men de cavab verdim sadece. Amma bu gunden hech neye cavab vermeyecem ve yazmayacam. Mehkemede hell olunar. Ele heyasiz adamlara ayiracaq zamanim yoxdur
SULTANIM | 26 noyabr 2013 15:07 | Status: Ekspert | Şərh: 4 742
Aynur xanim, nece vaxtdir efirden izleyirem...
Atalar gozel deyib,abirsizdan, abrini gozle..Mence bele abrsiz,heyasiz insanlara bas qosmaga deymez.Amma birinci o basladigi ucun, siz davam etditib, mubarize aparin.Sizin arxanizda biyuk azad qadinlar ordusu dayanib...
nur gun ma me | 26 noyabr 2013 14:57 | Status: Şərhçi | Şərh: 356
Sitat: ALSU AZERI
VALLAH BAS ACA BILMEDIM KIM DUZDU KIM SEHVDI....!?
Lola. | 26 noyabr 2013 13:41 | Status: Professional user | Şərh: 2 230
Bu namikdir nedir men onu tanimiram amma onun danisigindan seviyyeside gorsendi!
ALSU AZERI | 26 noyabr 2013 12:31 | Status: VİP user | Şərh: 511
VALLAH BAS ACA BILMEDIM KIM DUZDU KIM SEHVDI....!?
Nermine1 | 25 noyabr 2013 19:56 | Status: Gümüş user | Şərh: 673
namiq nece seviyyesiz adamdiye-eseblesmisem yaman.niye bizim sayta qeribe yanasdi ooooo-kiwi ele olmaz.ele bagirirki,,,,dogrunun bagri yarilir

AYNUR XANIM guclu olun.....onun cavabini verin....
B A D i | 25 noyabr 2013 18:55 | Status: Şərhçi | Şərh: 332
AAAAAA BU ALCAGA BAXE OZU SEVIYYEDEN DANISIR OZUNUNDE DANISIQ TERZINE BAXIN TERBIYESIZ BASINI VURALARAM UREYIMNEN TIKANLAR CIXA BU MURDAR SIFET GORENDE BUTUN HUCEYRELERIM OYANIR ASIQDI YOXBIR YERINEN QALXAN ASIQ OLUR

NAMIQ YOX BIR CINDIR IYRENC
fuad_ehmedli | 25 noyabr 2013 18:03 | Status: Qonaq | Şərh: 0
aynur xanim deyerli jurnalist onu tehqir eden ve santaj eden Azerbaycan vetendasi dimeye utaniram namiq ferhadoglu leaqetsiz serefsiz ermeniden de beter bir insandi.yatagina kimi salibsa dusunsun ki qeyretini o yanina salib AYNUR XANIM size halal olsun belelerinin sozu sizi yixmaz o sozu deyeni yixar ki sizi cox qisqanir
B A D i | 25 noyabr 2013 15:37 | Status: Şərhçi | Şərh: 332
EFIR DEYILE QARGA BAZARIDI
Lumia | 25 noyabr 2013 14:44 | Status: Professional user | Şərh: 5 378
Bele seviyyesizlerin seviyyesine enmek lazim deyildi.Bunun ucun huquq muhafize orqanlari var.
Gulya2676 | 25 noyabr 2013 14:38 | Status: Gümüş user | Şərh: 2 586
Allah komeyiniz olsun!
Nigar | 25 noyabr 2013 13:38 | Status: Gümüş user | Şərh: 6 063
heee nem vallah
Meryem_Duyqu | 25 noyabr 2013 05:11 | Status: Yazar | Şərh: 4 130
O,ne kishidir ki,oz kishilik qururu ile yox yalniz ,shantaj yolu ile qadini ozune celb etmek isteyir.
FARIZ NAMAZLI | 24 noyabr 2013 22:27 | Status: Hüquqşünas | Şərh: 993
bu məsələni niyə bu qədər şişirdir admin xanım?
Aşıq padxod edib, rədd cavabı alıb, vəssalam. nə qədər çox şişsə, prinsiplər də olacaq . boş verin getsin .
ramile79 | 24 noyabr 2013 18:03 | Status: VİP user | Şərh: 646
bu verlise sayenizde basdan ayaga baxdim birinci hec kim meni qinamasin o qizin uzunden anasinin da i=uzunden melumdur kim olmaqlari amma burda qizda da gunah var oglanda da qizin gunahi odurki tanimadigi birine inanib oglandaki ne bilime azerbaycanli oglu sozu ona yarasmir utanmazin sirtigin birine oxsayir ne bilime ne deyime cox utandim ki milletimin bele ovladi var men onu oz milletimden saymadim hec bu gunden onu oz veteninden olan qizlarin adlarini lekeyen biri kimi tanidim halbuki onun kim oldugunu hec bilmirdim kaski hec bilmezdimde
MELAYKA | 24 noyabr 2013 13:11 | Status: VİP user | Şərh: 600
dogurdan bu adami qeseng reklami getdi.men hec tanimirdim uje harda gorsem taniyaram. meshur etdiz onu.mence cox ustune getmeyin.sizi taniyan taniyir.sizi taniyan ne ewitsede gozu yumulu size hak verer.vermeyende sizi tanimir demekdi.onun xeste olduguda melumdu baxan baxib.cox wiwirtmeye mene ele gelir ehtiyac yoxdu..
ramile79 | 24 noyabr 2013 09:56 | Status: VİP user | Şərh: 646
quruyuramda bele insanlari namiq deyilen o insancigin gulmeyinden melumdurki nece exlaqsiz insanciqdir
aysel memmedov | 23 noyabr 2013 20:54 | Status: Qonaq | Şərh: 0
gullem olsa onun tepesinin ortasina vuraram;;; seviyyesiz

Sitat: Elvina Babazadeh
qara yere soxum ele onu onun sorgozluyu sifetinden bilinir ele
mmmmmm

Sitat: Elvina Babazadeh
qara yere soxum ele onu onun sorgozluyu sifetinden bilinir ele
Elvina Babazadeh | 23 noyabr 2013 20:36 | Status: Qonaq | Şərh: 0
qara yere soxum ele onu onun sorgozluyu sifetinden bilinir ele
Laura81 | 23 noyabr 2013 19:14 | Status: VİP user | Şərh: 1 275
belelerine kiwi demek olmaz eclaflar qadina leke yaxanlar Aynur xanim siz kefinizide pozmayin hec onun sifetinde kiwi sifeti varmiki qadindanda eksikdi menim gozumde beleleri
Gülçin | 23 noyabr 2013 18:27 | Status: Brilliant user | Şərh: 6 778
namiqin seviyyesine dusmek lazim deyildi, aynur xanim..
azerin f. | 23 noyabr 2013 18:10 | Status: VİP user | Şərh: 1 068
amma Aynur axrinci cixisinda qefilden aqressiv davranmamaliydi.diqqetle baxdim,o verlisde ekseriyyeti qisqirir,danismir
luce | 23 noyabr 2013 17:24 | Status: Professional user | Şərh: 2 922
Sitat: Ag Melek
BU SOZU HARDA DEYIB KI,ESITMEMISIK
Xeberin icinde yazilib. Xeberi diqqetle oxuyun, goreceksiniz.