Aynur Qurbanqızı / Qadın və problemlər

Aynur Qurbanqızı: Qızımı xilas etmək üçün boşandım (fotolar)

Aynur_Qurbanqizi | 15-08-2013, 02:31
16 188 91

 


 

 

Bir il yarımdır boşanmışam. Və hələ də valideynlərim, iş yoldaşlarım, bir sözlə ətrafımdakı bütün insanlar məni məcbur edir ki, boşandığım şəxsə cəza olaraq uşağı ondan gizlədim, görüşlərinə qadağalar qoyum, qızımda atasına nifrət yaradım.

Reaksiyalar belədir: "Sənin yerinə olsam o əclafın başına bu cür oyun açardım. Qoy, bilsin ki, ailəni başsız qoymaq nədir. Day, uşağı ilə bütün günü bir yerdədirsə, onun üçün boşanmanın heç bir ağır təsiri yoxdur. Onu uşağından məhrum etməklə cəza ver"...

Yəqin ki, bu sözlər uğursuz ailə həyatı yaşayan hər kəsə tanışdır. Çox qadınlar məhz belədir. "Əgər o ata kimi yaxşıdırsa, alimentini vaxtında ödəyirsə..." söylədikdə, sözümü axıra qədər dinləmədən deyirlər: "Yaxşı ata uşağı atasız qoymazdı, bir də ki, tüpür onun verdiyi alimentə də, uşağa aldığı nələrəsə də! Yəni sən pula görə hislərini satırsan? Kişiləri cəzalandırmaq lazımdır"...


Təbii ki, mən bu sözlərin heç birinə əhəmiyyət vermədən öz doğrularımla hərəkət etdim. Boşandığım şəxs mənim üçün bir kişi olaraq çoxdan "ölüb", bir qadın olaraq xoşbəxt ailəyə sahib olma şansımı əlimdən aldığı üçün.... Amma, bu mənə məxsus hislərdir. Öz şəxsi hislərimə görə, bir kişini övladından və bir uşağı atasından ayırmaq nə dərəcədə düzgündür? Bu eqoistlik deyilmi? Eyni zamanda ağılsız hərəkətdir. Qadın öz hislərinə görə, uşaqla atanı ayırırsa, bu o deməkdir ki, öz övladını gələcəkdə arxasız qoyur. Rəsmi boşandıqdan 3 ay sonra uşağın atasının ad günü idi. Vurduğu zərbə təzə idi, "yara" hələ qaysaq bağlamamışdı, amma buna baxmayaraq o adamı övladı tərəfindən aldığı hədiyyə ilə sevindirmək, eyni zamanda bu diqqətə görə uşağı ilə arasında daha sıx sevgi bağlılığı yaransın deyə gözəl bir hədiyyə düşündüm. Komputerimin arxivinə baxdım, 7 il evlilik dönəmində ata-balaçəkdirdiyi, özünün belə unutduğu fotoları toplayıb, şəkilləri çıxartdırdm, gözəl bir albom alıb hamısını səliqə ilə yığdım. Bu hədiyyə üçün həm pul ödədim, həm vaxt və enerji sərf etdim. Bütün bunlar o insana əsla dəyməzdi! Amma, bu mənim insanılıq vəzifəm idi. Buna görə heç saq ol da demədi. Zatən, heç təşəkkür üçün də bunu etmirdim. Məqsədim, bizim dağılan münasibətlərin onlara təsir etməməsi idi. Bu aylar ərzində bayramlarda da eyni vəzifəni yerinə yetirirəm. Yeni ayrılanda buna görə atasına nifrət edən 6 yaşlı qızımı hər gün məcbur edirdim ki, zəng edib onu sevdiyini söyləsin. Sonra bu onlar arasında vərdişə çevrildi. Artıq, mənə ehtiyac yoxdur. Qızımı elə tərbiyə etmişəm ki, atasını az qala məndən çox sevir. Təbii ki, atası da ona bağlıdır. 


Qarşı tərəfin münasibəti isə, azərbaycanlısayağıdır, yəni sanki məni heç tanımamış kimi davranır. Telefon adi formada "necəsən?" deyəndə dilini sürüyərək cavab verir, kobud danışır, sanki normal insani münasibətlərin başqa reaksiya doğuracağından qorxur. Bəlkə də, səmimiyyətin barışıq üçün bir siqnal olacağını düşünür. Mənsə, tamam fərqli düşünürəm. Təbii ki, cəmiyyətimizdə boşanma mədəniyyəti olmadığı üçün, illərlə bir evin altında yaşayan insanlar düşmən kimi ayrılırlar. Bəs, görəsən o illərdə gözəl bir şey olmadımı? Gözəl şeyləri heç olmamış kimi yerlə-yeksan etmək haqsızlıq deyilmi? Xususilə də, bu sevib-sevilib ailə quran gənclərə aiddir.


İki insanın xarakteri uyğun deyilsə, boşanma normaldır. Ömrünün sonuna kimi, həyatı bədbəxt yaşamağa dəyməz. Amma ayrılanda da insan kimi ayrılmaq lazımdır. Bəzən deyirlər ki, uşağın xətrinə dözmək lazımdır. Əslində, bu absurd fikirdir. Şəxsən, öz təcrübəmdən deyirəm, qızım indi daha xoşbəxtdir. Evli qalsaydıq, əminəm ki, dava-dalaş, sevgisizlik, nifrət o balaca qızımı məhv edəcəkdi. Yadımdadır, mən ağlayırdım, o isə toppuş, balaca əlləri ilə göz yaşlarımı silirdi, deyirdi, böyüyəndə ev alacam, gedərik burdan, pisdirlər onlar... Mən qızımı xilas etmək üçün boşandım. Anladım ki, bu ailədə o məhv olacaq. İndiki aqressivliyini də həkimlər uşaqlıqda aldığı travma ilə bağlayırlar. Atası məni vurmaq istəyəndə, 3-4 yaşlı balaca körpə qışqırırdı, ortaya girib onu yumruqlayırdı, anasını incitməsinlər deyə... Mənzərəni təsvir etdiniz... İndi, isə sakit və rahat yaşayır. Qulağı təhqir, dava eşitmir. Hər həftə atasının yanına gedir. Ayrı-ayrılıqda onu daha xoşbəxt edirik. Demək, bəzən boşanma uşaqları xilas etməkdir. Amma, yalnız boşandıqdan sonra valideynlərin humanist davranışları davam edərsə...

Burada, özümün timsalında qadınlardan bəhs etdim. Amma yazdıqlarım boşanmış kişilərə də aiddir.


P.S. Yazımın qəhramanı öz uşaqlarını sevən, onlara sahib çıxan atalar idi. 80 manat alimenti övladına çox görən, illərlə arxasınca gəlməyənlər mövzuma aid deyillər. İlk vaxtlar səbrli olub şansınızı sınayın, alınmırsa, yəni övladı ona heç maraqlı deyilsə, onları həyatınızdan birdəfəlik silmək daha doğru olar.


Müəllif: Aynur Qurbanqızı


Aynur Qurbanqızı - facebook

 


 


 




Aynur Qurbanqızı: Qızımı xilas etmək üçün boşandım (fotolar)


Hətta bu gün qızım üçün yaratdığım facebook səhifəsində soyad yerinə atasının adını qoymuşam...

Gələcəkdə uğurlarını bu imza ilə qazansın...




B.Fereh | 17 aprel 2016 20:43 | Status: Nəzarətçi | Şərh: 6 971
Sitat: pirenses
allah hamiya komek etsin sizde icinde..

AMIN.
ESMERRi | 9 mart 2016 12:28 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: luce
Allah saxlasin, Allah size de guc versin ki ovladinizi boyudub boya basa catdirasiniz.
Reaksiyalar belədir: "Sənin yerinə olsam o əclafın başına bu cür oyun açardım. Qoy, bilsin ki, ailəni başsız qoymaq nədir. Day, uşağı ilə bütün günü bir yerdədirsə, onun üçün boşanmanın heç bir ağır təsiri yoxdur. Onu uşağından məhrum etməklə cəza ver"...
Bu fikirlerin ise qetiyyen elehineyem! Bosanan insanlarin hec birinin, usagi ata ve ya anadan mehrum etmeye haqqi yoxdur (elbette ki qanun qarsisinda istisnalar olan hallar bura aid deyil).
pirenses | 19 fevral 2014 00:41 | Status: VİP user | Şərh: 1 397
allah hamiya komek etsin sizde icinde..
Vasilisa | 3 fevral 2014 03:23 | Status: Qonaq | Şərh: 0
men bu haqda indi oxuyuram,cemiyyetiz eledir ki,qadin her zaman gunahkardi.bunu yaradada ele kiwden cox qadinlardi biri diqerin azadliqin,xowbextliyini qisqanir ve uwaqliqdan oglanlarin beynine qadin senin kolendi ,qizlarin beynine ise kiwi senin agandir fikrini yerlewdirirler.azca tolerant olsa aileler hec kim bu mecburiyyetler qarwisinda qalmaz,qinaqlardan qorxub mecbur ailenin ayaqda saxlamaqa caliwmazlar,insan dunyaya bir defe gelir ve onuda laiqince yawamalidir mence....
request   no
luce | 23 noyabr 2013 17:32 | Status: Professional user | Şərh: 2 922
Allah saxlasin, Allah size de guc versin ki ovladinizi boyudub boya basa catdirasiniz.
Reaksiyalar belədir: "Sənin yerinə olsam o əclafın başına bu cür oyun açardım. Qoy, bilsin ki, ailəni başsız qoymaq nədir. Day, uşağı ilə bütün günü bir yerdədirsə, onun üçün boşanmanın heç bir ağır təsiri yoxdur. Onu uşağından məhrum etməklə cəza ver"...
Bu fikirlerin ise qetiyyen elehineyem! Bosanan insanlarin hec birinin, usagi ata ve ya anadan mehrum etmeye haqqi yoxdur (elbette ki qanun qarsisinda istisnalar olan hallar bura aid deyil).
ww.ss | 10 noyabr 2013 00:37 | Status: VİP user | Şərh: 695
Ne bilim ozunuz bilen meslehetdir
HAYATyolu | 9 noyabr 2013 23:49 | Status: Şərhçi | Şərh: 242
niwanli qalmaq insanlar birbirlerini tanimaq erefesidir..bu erefede mence insan daha yaxwi taniyir birbirini.kaw ki aile dagilmiw insanlar aile heyatlarini quracagi geleceklerini yaxwi duwunub aile qurmalidirlar ki,gelecekde bele problem olmasin....ama AYNUR xanim siz cox guclu xanimsiz..her qadin bunu ede bilmez..size hesed apardim ki,AZERBAYCANDA bele gozel duwuncelere sahib olan qadin var..ALLAH RAZI OLSUN..
Ayanim | 9 noyabr 2013 22:04 | Status: Gümüş user | Şərh: 1 920
bu haqda nese soz demek cox cetindi. amma onuda deyim ki aileni dagitmag onu butov saxlamagdan cox cetindi.bunu 6illik tecrubeme esaslanarag deyirem.
ALLEGRETTO | 6 oktyabr 2013 13:21 | Status: Gümüş user | Şərh: 2 218
Doğrusu indi gördüm bu yazını ..geç də olsa sual verirəm .bu vurduğu zərbə sohbəti məni şaşırtdı ..Məgər yoldaşınız sizə xəyanət etmişdır.ki .ondan ayrıldız!
..
maralim | 7 sentyabr 2013 07:15 | Status: Qonaq | Şərh: 0
Aynur,fikrimce aile mövzusunu (her ne qeder boshanmish olsaniz da) bele "afisha" vermek düzgün deyil... ne haqla? cekinmirsiz ki,eriniz ümumiyyetle size onun haqqinda danishmagi qadagan eder? axi söhbet bitmish münasibetden gedir...
Vetenperver | 30 avqust 2013 11:12 | Status: Professional user | Şərh: 6 699
Aynur hələki boşanma səbəbini açıqlamırsan bir şey demək çətindir,belə baxıram boşanmanın günahkarı daha çox sən olmusan.Çünki səninlə heç bir kişi tab gətirə bilməz,o mənada ki dünyaya baxışın başa cürədir.Bircə qızının atası ilə görüşünün təşkil edilməsi yaxşıdır,buda məcburidir,çüki ata aliment verirsə anada məhkəmənin qərarı ilə uşağı müəyyən vaxtlarda atası ilə görüşdürməlidir.Başqa hərəkətlərin qınalınasıdır.
Günel,sümeyye,damla,leyla məhərrəmovanın fikirləri ilə razıyam.
Azizova | 19 avqust 2013 09:22 | Status: Professional user | Şərh: 224
Mənsə, tamam fərqli düşünürəm. Təbii ki, cəmiyyətimizdə boşanma mədəniyyəti olmadığı üçün, illərlə bir evin altında yaşayan insanlar düşmən kimi ayrılırlar. Bəs, görəsən o illərdə gözəl bir şey olmadımı? Gözəl şeyləri heç olmamış kimi yerlə-yeksan etmək haqsızlıq deyilmi?

İki insanın xarakteri uyğun deyilsə, boşanma normaldır. Ömrünün sonuna kimi, həyatı bədbəxt yaşamağa dəyməz. Amma ayrılanda da insan kimi ayrılmaq lazımdır. Bəzən deyirlər ki, uşağın xətrinə dözmək lazımdır. Əslində, bu absurd fikirdir.

Aynur xanim, bu fikirleriniz müasir, düshüncüli, rahat insana mexsus fikirlerdir amma ki yuxarida yazdiqlarinizla bir-birini teqzib edirler.
Boşandığım şəxs mənim üçün bir kişi olaraq çoxdan "ölüb", bir qadın olaraq xoşbəxt ailəyə sahib olma şansımı əlimdən aldığı üçün...
Rəsmi boşandıqdan 3 ay sonra uşağın atasının ad günü idi. Vurduğu zərbə təzə idi, "yara" hələ qaysaq bağlamamışdı

Özünüz arxasinca bele sözler yazib özünüz de telefonda sizle soyuq danishdigini deyirsiz.
Size eziyyet etdiyini deyirsiz amma boshananda agladigini, boshandigi ucun onu qinadiginizi deyirsiz, boshanmanin yara oldugunu deyirsiz. Ve sonra da bunu adi ve normal bir shey oldugunu... Aglim qarishdi Aynur xanim.
sevinc keder | 18 avqust 2013 23:21 | Status: Professional user | Şərh: 3 818
he Aynuw ne edirsen duz edirsen bawqalaridi da bunu ele bunu ele senin yerinde olsam ..ewi sen menim yerimde deyilsen axi oz axlin oz fikrin var tutduqun yol ile de davam et
sarakamil | 18 avqust 2013 11:39 | Status: Şərhçi | Şərh: 114
sizi həsəd apardim.nə yaxşı ki bizdədə belə analar var. sizinlə tamamilə razıyam.kişini cəzalandırmaq üçün uşaqdan istifadə etmək lazım deyil. o gün olsun hamı sizin kimi düşünsün
Seyidli | 17 avqust 2013 00:58 | Status: Yazar | Şərh: 2 706
Hmm, sona qədər oxudum. Çox dogru qeyd etmisiniz Aynur xanım. Öz timsalınızda Azərbaycan reallıgını açıb tökmüsünüz. Bəli əgər ata maraqlanırsa övladı atadan ayırmaq olmaz. Maraqlanmırsa elə həsrət qalsa yaxşıdır...
AYKA-Z | 16 avqust 2013 21:11 | Status: Qonaq | Şərh: 0
ne olursa, yaxwiliga dogru olur
Feride 18 | 16 avqust 2013 18:36 | Status: VİP user | Şərh: 686
Allah hamiya komek olsun elecede size ve ovladiniza Aynur xanim.Amma bu qeder aqresiv ve ozunuzu hecde bedbext hiss etmeyin cunki sizdende pis vezziyyetde olanlar var.Hec olmasa sizin ovladiniz yaninizdadi.Ele bowanan qadinlari taniyiram ki oturub durub haliniza sukur edersiz.
ayruska | 16 avqust 2013 18:20 | Status: Professional user | Şərh: 3 978
Ilk evvel bir qadin olaraq seni basa dushmeye calishiram Aynur her terefli.Qinamiramda cunki buna hec haqqimda yoxdur.Amma her kes cox yaxshi qeyd edib burda ne sebebe sen oz shexsi heyatini bu qeder ictimaileshdirirsen?Vallah sozun acigi senin yoldashinin sebrine mashAllah deyirem.Cunki yadimda oldugu qeder bu senin shexsi ailen haqda ilk yazin deil bir neceside olub hele.Ve cox yeqinki erin bundan xebersizde deil her ne olsa catdirmamish olmazlar onaki Aynur saytinda senin haqda yazib.Amma bax gor hec bir defe bele olsa gelib cavab veribki haqqina danishirsan ya yox?O her sheyi oldugu kimi qebul edib ve barishib her sheyle.Amma sen her defesinde aciq ashkar edirsen her kese her sheyi.Qadin dediyin biraz gizli qalmalidiree bu qeder de semimi olma ay sene qurban.Basha dushurem hisslerini bolushmek istemisen ozunu haqli cixartmaq istemisen balana gore "fedekar ana" adi qazanmaq istemisen amma olmaz bele vallah olmaz.Bir terefli hec vaxt danishmaq olmaz.Bu aile ishi her zaman cox cetin olub burda ancaq sen ve yoldashindir sebebkar o uzden de men hec bir fikir bildirmeyecem senin boshanmagin haqda.Cunki ne senin ailende bash verenleri deqiqliyi ile bilirem nedeki erinin sene qarshi olan munasibetini.Her sheyin en dogrusunu bilen yegane Allahdir.Birce o Nuray balaya en boyuk arzum odurki boyuyub aile quranda secimini ele duzgun etsinki sonradan bax bu cur peshmanciliqlari olmasin heyatinda.Bu qeder.


tam raziyam senle bacim gerek sexsi heyatini aciqlamamalidir burda
nurka85 | 16 avqust 2013 16:46 | Status: Şərhçi | Şərh: 242
Amma menim fikrim bir basqadir. Mence Aynur xanim hec ozu de bilmir ama ureyinin derinliyinde kecmis heyat yoldasini sevir.Sevmeseydi ona maraqli olmasaydi nye onun haqqinda yazir ki??????? O qeder bosanan ailler taniyiram ki zamanla cavanliq sehfini anlayib barisiblar ve xosbext aile olublar.
MELEK_ | 16 avqust 2013 16:26 | Status: Professional user | Şərh: 3 949
Sitat: Gunel
Ilk evvel bir qadin olaraq seni basa dushmeye calishiram Aynur her terefli.Qinamiramda cunki buna hec haqqimda yoxdur.Amma her kes cox yaxshi qeyd edib burda ne sebebe sen oz shexsi heyatini bu qeder ictimaileshdirirsen?Vallah sozun acigi senin yoldashinin sebrine mashAllah deyirem.Cunki yadimda oldugu qeder bu senin shexsi ailen haqda ilk yazin deil bir neceside olub hele.Ve cox yeqinki erin bundan xebersizde deil her ne olsa catdirmamish olmazlar onaki Aynur saytinda senin haqda yazib.Amma bax gor hec bir defe bele olsa gelib cavab veribki haqqina danishirsan ya yox?O her sheyi oldugu kimi qebul edib ve barishib her sheyle.Amma sen her defesinde aciq ashkar edirsen her kese her sheyi.Qadin dediyin biraz gizli qalmalidiree bu qeder de semimi olma ay sene qurban.Basha dushurem hisslerini bolushmek istemisen ozunu haqli cixartmaq istemisen balana gore "fedekar ana" adi qazanmaq istemisen amma olmaz bele vallah olmaz.Bir terefli hec vaxt danishmaq olmaz.Bu aile ishi her zaman cox cetin olub burda ancaq sen ve yoldashindir sebebkar o uzden de men hec bir fikir bildirmeyecem senin boshanmagin haqda.Cunki ne senin ailende bash verenleri deqiqliyi ile bilirem nedeki erinin sene qarshi olan munasibetini.Her sheyin en dogrusunu bilen yegane Allahdir.Birce o Nuray balaya en boyuk arzum odurki boyuyub aile quranda secimini ele duzgun etsinki sonradan bax bu cur peshmanciliqlari olmasin heyatinda.Bu qeder.



men bu fikirlerle tamamile raziyam,Allah qizina ve sene ele bir xosbextlik nesib etsin ki, kecmis acilarini unudasan.......Amin _define001
Damla | 16 avqust 2013 13:13 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: LARA SOFI
MENDE AYRILMISAM AMA MENIM KECMIS ERIM AYDA 1-2 DEFE ZENG EDIB USAQI SORUSUR 5 AYDADA 2 DEFE GORUB,ONDADA 5-10 DEQIQELIK USAQDA DALINCA AAQLAMISDI DEMISEMKI,ARTIQ NE ALIMENTI ALCAM NEDEKI USAQI GOSDERMEYECEM,OQLUM TALASEMIYA XESDESIDIR AQLAYANDA COX STRES KECIRDIR.HELE SIZINKI YAXSIDIRKI HER HEFDE GELIB APARIR.SIZIN SOZUNUZE QUVVET ZENG EDIB SORUSANDADA HEC ALLAHIN SALAMINIDA VERMIR.ALLAH HER KESE KOMEK OLSUN

BIRDEKI KECMIS ERINIZIN 2 SEKLINDE GOZUNE QARA LENT QOYMUSUZ 3CUSUNDE YOX DAHA HEC BIRINE QOYMAYARDINIZDA

Dagil ay dunya! fellow
LARA SOFI | 16 avqust 2013 08:32 | Status: VİP user | Şərh: 735
MENDE AYRILMISAM AMA MENIM KECMIS ERIM AYDA 1-2 DEFE ZENG EDIB USAQI SORUSUR 5 AYDADA 2 DEFE GORUB,ONDADA 5-10 DEQIQELIK USAQDA DALINCA AAQLAMISDI DEMISEMKI,ARTIQ NE ALIMENTI ALCAM NEDEKI USAQI GOSDERMEYECEM,OQLUM TALASEMIYA XESDESIDIR AQLAYANDA COX STRES KECIRDIR.HELE SIZINKI YAXSIDIRKI HER HEFDE GELIB APARIR.SIZIN SOZUNUZE QUVVET ZENG EDIB SORUSANDADA HEC ALLAHIN SALAMINIDA VERMIR.ALLAH HER KESE KOMEK OLSUN

BIRDEKI KECMIS ERINIZIN 2 SEKLINDE GOZUNE QARA LENT QOYMUSUZ 3CUSUNDE YOX DAHA HEC BIRINE QOYMAYARDINIZDA
Gunel | 15 avqust 2013 23:57 | Status: Professional user | Şərh: 4 087
Ilk evvel bir qadin olaraq seni basa dushmeye calishiram Aynur her terefli.Qinamiramda cunki buna hec haqqimda yoxdur.Amma her kes cox yaxshi qeyd edib burda ne sebebe sen oz shexsi heyatini bu qeder ictimaileshdirirsen?Vallah sozun acigi senin yoldashinin sebrine mashAllah deyirem.Cunki yadimda oldugu qeder bu senin shexsi ailen haqda ilk yazin deil bir neceside olub hele.Ve cox yeqinki erin bundan xebersizde deil her ne olsa catdirmamish olmazlar onaki Aynur saytinda senin haqda yazib.Amma bax gor hec bir defe bele olsa gelib cavab veribki haqqina danishirsan ya yox?O her sheyi oldugu kimi qebul edib ve barishib her sheyle.Amma sen her defesinde aciq ashkar edirsen her kese her sheyi.Qadin dediyin biraz gizli qalmalidiree bu qeder de semimi olma ay sene qurban.Basha dushurem hisslerini bolushmek istemisen ozunu haqli cixartmaq istemisen balana gore "fedekar ana" adi qazanmaq istemisen amma olmaz bele vallah olmaz.Bir terefli hec vaxt danishmaq olmaz.Bu aile ishi her zaman cox cetin olub burda ancaq sen ve yoldashindir sebebkar o uzden de men hec bir fikir bildirmeyecem senin boshanmagin haqda.Cunki ne senin ailende bash verenleri deqiqliyi ile bilirem nedeki erinin sene qarshi olan munasibetini.Her sheyin en dogrusunu bilen yegane Allahdir.Birce o Nuray balaya en boyuk arzum odurki boyuyub aile quranda secimini ele duzgun etsinki sonradan bax bu cur peshmanciliqlari olmasin heyatinda.Bu qeder.
OZ_DUNYAMIZ | 15 avqust 2013 23:48 | Status: Gümüş user | Şərh: 1 205
duzun deyimki men bu haqda cox seyler esitdimeee gerek ozum Aynurla sohbet edim
Torpaq | 15 avqust 2013 23:25 | Status: Professional user | Şərh: 3 570
Sitat: Damla
Vili meni tapdi...Allah razi olsun Dark Lady!

sukur can!!!)))
oyy avikde kimi gorureeem cannnn Salikomm caaan!!! nn11
KasIb qIz | 15 avqust 2013 22:50 | Status: Şərhçi | Şərh: 254
Bir fikrimide qeyd edim.Xeberin basligindaki cumle...Mence o cumleynen siz ozunuze teselli verirsiniz. Bir defe yazmisdiniz ki, bosanmagi qabaqcadan planlasdirmisdim. Bele bir cumle xatirlayiram.. Yeniki hecde uygun gelmir indiki basliqla o fikr. Bosanmaq duzgun deyil ,soz sohbet dava her ailede olur.Sirin dil sadece sirin dil cox komek olur .
JustMe | 15 avqust 2013 22:31 | Status: Qonaq | Şərh: 0
Aynur xanim cox sag olun. Cemiyyetde sizin kimi qadinlar olmasa elelxsus da bu gunku Azerbaycan cemiyyetinde aile qurmush ve sonradan ailesinde problemlerle uzleshen qadinlarimiz cashqinliq icinde qalarlar ve nece ki,cox zaman qalirlar. Hem ushaqlarini hem de ozlerini bedbext edirler. Bu gunki Azerbaycan qadini eere gedir ushaq dogur amma sonradan ona hormet edilmeyende oz huquqlarini qoruya bilmir alcalir. Bashqasi ne deyer, qohum var qonshu var ayibdir. Bu kimi xeste fikirlerle ozunu de qururunu da alcaldir. Niye? Chunki ozune goveni yoxdur. Bele hallarda ozune beraet de qazandirir ve ustelik oz xeste fikirlerini bashqalarina da meslehet gorur. Siz esl huququnu, qururunu, menliyini qoruyan muasir qadinsiniz. Bele de davam edin. nn
konul38 | 15 avqust 2013 22:21 | Status: Şərhçi | Şərh: 2
Men sizinle tamamile raziyam,Aynur xanim. Ve herektinizi de alqishlayirm.Kash ki butun ayrilan valideynler hem kisi , hem de qadinlar bax bele sivil ayrilaydilar. Sizin birlikde yashaya bilmemenizin usaqa hec bir aidiyyati yoxdur. Cunki onun ucun ata ele ata , ana da ele ana olaraq qalir.Sizin dediyiniz kimi esl ata ve abalar haqqinda deyirem , daha illerle usaqini yadina salmayan , alimenti almaq ucun surunden atalar haqqinda yox. Ancaq bizde bele sivil ayrilmalar , boshanmalr yeqin ki cox iller sonra bash verecek , belke de hec olmayacaq.
Nurus. | 15 avqust 2013 22:12 | Status: Brilliant user | Şərh: 6 982
Aynus Allah heremize bir cur tale yazib omrumuze.Bizde hemin taleni yasayiriq.Demek senincun Allah bele meslehet bilibse nese yaxsi bir wey olar yeqinki.Allah senin gul balanin bextini talehini gozel elesin.Xow gunlerini gorub senin yasadigin pis gunlaer unudulub geder insallah.
Birde meni maraqlandiran xeberde o olduki sekillerin coxunda qizinin atasinin gozlerini gizletmisen,amma axirinci sekilde ise yox,neden?oun sekli deyil,yoxsa orda yarawiqli duwduyune gore sekili aciq vermisen?Senin ailene xowbextlik arzulayiram nn41
Billurə | 15 avqust 2013 21:46 | Status: Professional user | Şərh: 4 892
Siz özünüzü düşünərək boşanmısız.