Yazarlar / Aynur Qurbanqızı

Qadın olmaq mənim günahım deyil...

Aynur_Qurbanqizi | 24-08-2011, 00:25
4 967 112


Azadlıq! Sözün səslənməsi belə insanın ruhunu dincəldir. Bütün canlılar azad olmaq istər.

 

Bədbəxtlikdən qadınların azad olmadığı bir ölkədə, özü də məhz qadın kimi dünyaya gəldim. Bu mənim günahım deyildi. Xromosomların bəd cütləməsindən yarandım, evin ilki olduğum üçün isə ana bətnindəykən bıçaq altına düşmə şansım da olmadı. Bir sözlə mən doğuldum. Elə doğulandan bu cinsə mənsubluğun çətinliklərini yaşayıram. Gəlişim anamın göz yaşlarına, əzablarına səbəb olub. Çünki qız doğulduğuma görə atam bir müddət onunla danışmayıb. Baxmayaraq ki, gənc ailənin düz üç il sonra dünyaya gəlmiş ilk övladı idim.


Ailədə iki qardaşımla mənim aramda fərq qoyulduğu üçün daim mübarizə aparmışam və hələ uşaq ikən hüquqlarımı müdafiə etməyim daim döyülməklə nəticələnirdi. Bayramlarda sinif yoldaşlarım şənliklərdə əylənərkən mən bağlı qapı arxasında o cür yerlərə getməyin qadağası isə göz yaşı tökürdüm…

 

Bu xatirə heç yadımdan çıxmır. Məktəbdə şəkil çəkdirmişdik. Şəkillərdən biri belə idi. 5 qız və ortada da bir oğlan sinifyoldaşımız... Müəllimimiz bizi bu cür sıraya düzmüşdü. Atama sevinə-sevinə məktəb şəkillərini göstərərkən qəfildən üzümə dəyən şillədən sevinc gözlərimdə dondu.  Səbəb isə günü bu gün də xatırlayanda bu cəmiyyətdə doğulduğuma nifrət edəcək qədər acı idi. Şəkildə 5 qızın arasında bir oğlanı olması mənim mühafizəkar atam tərəfindən döyülməyimə səbəb idi….

 

Daha sonra uzun müddət «Qız nədir, təkbaşına Bakıya gedib oxumaq nədir?» cahil düşüncələrlə mübarizə aparmalı oldum. Nə olursa-olsun bu mühitdən qaçmalıydım, təhsil almalıydım, şəxsiyyət olaraq özümü təsdiqləməliydim. Başa düşürdüm ki, özüm-özüm xidas etməsəm kimsə məni xilas etməyəcək. Sonunda intahara cəhdim imtahan verməyimə bir şans oldu.

 

Universitetə qəbul oldum! Bəli, artıq azadlıq uğrunda mübarizəmə doğru ilk addımı atdım. Amma, təəssüf ki, sonadək gedə bilmədim. Cəmiyyətin yazılmamış qanunlarına uduzdum. Hələ 22 yaşında ikən «evdə qaldın, yaşın ötəcək, biabır olacağıq, ərə getməlisən», “Biz qızın olsun o da belə evdə qala” kimi dar düşüncələrin qurbanı oldum. Özlüyümdə guya ailəm üçün fədakarlıq etdim ailə qurmaqla. Amma bu hissi dərk etmədən atdığım addımla bütün arzularım alt-üst oldu…

 

 

 


Daha sonra gəlin kimi yaşadığım qadağalar… İlahi, bu qadınlar üçün nə qədər qadağalar varmış həyatda… Heç düşünən yoxdur sən nə istəyirsən, nə arzulayırsan, nə üçün yaşayırsan?! Qadının hisləri, düşüncələri cəmiyyətə vacib deyildi sanki.

 

Yox! Bəsdir! Mən bu cür qadağalarla yaşamaq istəmirəm! Mən də insanam. Nə olsun ki, dünyaya qadın kimi gəlmişəm. Axı bu mənim günahım deyildi. Mənə aid olmayan günaha görə niyə cəzalanmalıyam?

 

Kimsədən qorxmadan məni qul-kölə etmək istəyənlərə üsyan etdim. Axı nədən qorxmalıydım?! Əgər buna görə məni öldürəcəklərsə, qoy öldürsünlər! Hər halda ruhumun ölməyindənsə, cismimin ölməyinə üstünlük verərdim. Qəribəydi, mən üsyan etdikcə onlar geri çəkilməyə məcbur olurdu. Artıq kimsə məni istəklərinə qurban edə bilmirdi. Bir şeyi anladım. Demək ki, günah bizim özümüzdəymiş. Qorxaraq susmağımızda, geriyə çəkilməyimizdəymiş.

 

Azadlıq üçün mübarizə aparmaq lazımmış! Bir də özünü maddi baxımdan saxlayacaq bir gücə sahib olmalısan. Təkbaşına çox əziyyətlərlə, zəhmətimlə buna da nail oldum...

 

Mən rühən artıq azadam! Kimsənin məni əzməyinə icazə vermərəm, öz hüqüqlarımı bilirəm, ən əsası özümü qorumağı bilirəm. Cəmiyyətin dar, cahil düşüncələri əsla məni maraqlandırmır. Qarşımadakı bütün sədləri darmadağın edib keçirəm. Mən özümü qismən xilas etdim. Amma, Azərbaycanda bu dar məngənədə çırpınan, fiziki və mənəvi zorakılığa məruz qalan, həyatlarını göz yaşı içərisində keçirən bədbəxt, məzlum, carəsiz minlərlə qadın var.  Onların da xilası üçün çalışmaq, onlara mübariz, cəsarətli və güclü olmağı aşılamaq lazımdır.

 

Çünki, qadın da insandır və o dünyaya gəlməyib ki, ömürlərin sonuna kimi ancaq başqalarının onlara cızdığı qanunlarla yaşasın, əmrlərə tabe olsun və öz istəklərindən məhrum olsunlar.


YaratdığımAzadqadin.az saytının da ən ümdə məqsədi atılmış, kimsəsiz, köməksiz qadınlarımızı qorumaq, hüququ baxımdan onlara yardım etməkdir. Bundan sonrakı həyatımı bu missiyaya həsr edəcəm... Çünki, Azərbaycan qadınını çarəsiz, məzlum və göz yaşları içərisində görmək istəmirəm.

 

Hər kəsi öz gücü çatacaq qədər bu yolda xanımlarımızı qorumağa çağırıram... Qonşuluqda 13 yaşında qızı ərə verirlərsə, bir qadını döyürlərsə susmayın, "Mənə nə?" deməyin, onları xilas edin...

 

Aynur Qurbanqızı

(İmzam olmadan mənə aid bu yazının başqa saytlarda getməsini qadağan edirəm)

 

Facebook profili olanlardan xahiş edirəm bizə dəstək olmaq üçün


azadqadin az saytı səhifəmizi


"bəyəndim" edəsiniz.



beehive | 29 noyabr 2013 11:23 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,

Kadın olmak suç değilki. ve dolayısı ile suçu kabul etmek asla hoş bir şey değil. Kadın en kutsal varlıktır. Kadın baş tacıdrı . Kadın annedir. Kadın bacıdır. Kadın yar dır. Kadın aşktır. kadın sevgidir. Kadın şevkattir. Kadın merhamettir.
Gulesci | 17 iyul 2013 09:35 | Status: Qonaq | Şərh: 0
salamlar
fellow
Sitat: simuska
Min sukur ALLAHIMA mene cox gozel aile bexs esdib 1 sozum iki olmayib her gun ALLAHIMA dua eliyirem menim idealim atamdi Insallah atam kimi 1 oglan menim qarsima cixar
Sehri. | 7 iyun 2013 22:04 | Status: Qonaq | Şərh: 0
"Bir şeyi anladım. Demək ki, günah bizim özümüzdəymiş. Qorxaraq susmağımızda, geriyə çəkilməyimizdəymiş."-Çox güclü bir qadınimişsiniz.Mən bunu bu yazını oxuyandan sonra daha da yaxşı başa düşdüm.
"Öz hüqüqlarımı bilirəm"-Hüququnu bilən insan cəmiyyətdə əsla tapdalanmaz.Hər zaman bu şüar ilə yaşayıram.Amma şükrlər olsun ki,mənim ailəm hər zaman yanımdadır.Mənə dəstəkdir.İstəklərimə hörmətlə yanaşırlar.Bəzən övladlarına istədikləri peşəni seçmək üçün izin vermir valideynlər,amma şükrlər olsun mənim valideynlərim belə məsələlərdə də hər zaman yanımda olub və yanımdadır.Çünki onlar mənə inanır.Və mən də layiqincə və əlimdən gələn qədər onların ümidlərin doğruldmağa çalışıram və çalışacam.İnşallah.Allahım kömək olsun.Amin!
A.Sebine | 17 may 2013 00:15 | Status: Şərhçi | Şərh: 235
cox maraqli movzudur.azerbaycanda ne qeder qadinlar onlara qoyulan yersiz qadagalara ve kisilerin adini qisqancliq qoyduqlari inamsizliqlara goz yumub,taleleri ile razilasib,ezilirler,
NURLU | 11 may 2013 19:17 | Status: Professional user | Şərh: 5 552
qadinlar ne qeder susurlarsa o qeder huquqlari pozulur
simuska | 4 mart 2013 15:21 | Status: Qonaq | Şərh: 0
Min sukur ALLAHIMA mene cox gozel aile bexs esdib 1 sozum iki olmayib her gun ALLAHIMA dua eliyirem menim idealim atamdi Insallah atam kimi 1 oglan menim qarsima cixar
Aytekin82 | 30 yanvar 2013 15:53 | Status: Brilliant user | Şərh: 6 586
Nece oxşar taleyimiz varmiş(((( Canim menim, oxudum ve agladim.
AGAA | 5 yanvar 2013 02:54 | Status: VİP user | Şərh: 1 153
cooox sukur qadin olsamda hec vaxt bele problemim olmayib,eslinde atam ve yoldasim cox qisqanc insanlardi.ancaq insan ozune guvenende qiraqdakilarda ona guvenir.mes menim atamda yoldasimda bilirki men ozumu nece mudafie etmeyi bacariram ve ne derecede mesuliyyetli insanam.onlar ikiside mene guvenib ve hec vaxt onlarin guvenlerini sarsiltmaram.tesekkurler heyatim en onemli 2 kisisine.
meryem30 | 5 yanvar 2013 02:42 | Status: Şərhçi | Şərh: 156
aynur xanim cox gozel movzudur.men de aileliyem sevdiyim heyat yoldawim ve 3 uwagim var.oxudugum ixtisas uzre qoymadi iwleyim.iller kecdikce ozumu lazimsiz bir ewya kimi hiss edirem.indi duwunurem ki gerek ayaqlarim uste durmagi oyrenerdim vaxtinda.soz vermiwem ki qizlarima senet verib sonra aile qurmaqda destekleyecem.cunki qadinlar ne qeder susurlarsa o qeder huquqlari pozulur
Feriha. | 5 dekabr 2012 19:55 | Status: Professional user | Şərh: 4 746
tewekkurler
Munik | 23 avqust 2012 15:12 | Status: VİP user | Şərh: 703
wukurler olsun men uwaqliqdan azad boyumuwem Allah mene cox gozel bir valideyinler bexw edib
gozel tesirli ve her bir qadin ucun lazimli yazidi
TATLI GUZEL | 5 avqust 2012 10:28 | Status: Professional user | Şərh: 5 781
Milay,
Amin