Sağlamlıq / Xalq təbabəti

Zob xəstəliyi və türkəçarə mualicəsi

Hande. | 24-07-2012, 14:46
137 733 46
 
 
 
 
Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır.
Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.

Endokrinoloq Lena Hacıyeva zobdan əziyyət çəkənləri xaricən tanımağın asan olduğunu söyləyir: «Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələolurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir».
Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir.

L. Hacıyeva yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğunu bildirir: "Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb i
çirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırmənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər.ır, daha da böyüdür".
Endokrinoloq məsləhət görür ki, yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilsin. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadəsi də zəruridir. Dəniz heyvanları, dəniz məhsulları yoda zəngindir. Məsələn, laminariya adlı dəniz yosunu yodla zəngindir. Yodlaşdırılmış duzdan da istifadə olunur.
Duz ağzı bağlı qabda saxlanmalıdır.

Həmçinin orqanizmdəki yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara — süd və dəniz məhsulları, balıq, ikra, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xirnik, feyxoa kimi meyvə — tərəvəz əlavə olunmalıdır.
Zob xəstəliyinin müalicə üsulları:
 

 


Ev üsülunda zob xəstəiyinin türkəçarə müalicəsi:
1)1 stəkan ilıq suya, 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən 1 içmək.Ayda 3 dəfə...
 
2)Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)

 3)Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən...
 
4)1 vanna təxminən 40dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb,üstünə kənarda bir qabda marqanisi suya qarışdırıb,həmin vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
 
5)1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib,üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...

6)Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, yada qolun altında yoddan + şəkilli bir neçə isarə qoyub ,quruyana qədər gözləyib,(yorğan döşeyi yodlamamaq üçün) yatırsan. Səhər duranda həmin o + səkilli işarələr tam sovrulubsa deməli bədəndə yod çatəşmamazlığı var. Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrar etmək lazımdır.Yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır...
 
 

Ümumiyyətlə hər bir kəs bədəndə yodun səviyyəsini ən azı hər 6 aydan bir yoxlamalıdır...Əgər ehtiyac olarsa lazımi tədbirləri görmək lazımdır.

rosee | 24 iyul 2012 19:00 | Status: Professional user | Şərh: 1 850
nedense inanmiram turkecare mualice kömek olsun zoba bos seylerdi.
zobun xususi dermani var 6 ay boyunca o derman icilmelidir 6 aydan sonra yene hekime gedib yoxlanilmalidir bogaz.
menim xalam qizinda zeherli zob var idi bakida hekimler ona dediler ki öleceksen yasamag şansin 5-6 aydi gör insanada bu söz deyiler?
yazig qiz irana getdi iranda onun zobunu yoxladirlar dediler zeherlidi amma ölen deilsen bakidaki hekimler seni aldadib pul almag ucun. qizin bogazini yoxladilar qan aldilar zoba qarsi derman verdiler 6 ay boyunca icdi 6 aydan sonra getdi irana hekim yeniden kontrol etdi dedi hersey qaydasindadi zeheri cekilib....
zob varsa en yaxsisi irana uz tutun...



menimde zobum var derman vermisdi hekim icirdim 6 aydan sonra kontrol olundu funksiyasi normal idi bir nece ilden sonra funksiyasi biraz asagi dusmusdu yene derman icdim zoba qarsi indi qaydasindadi amma zobdu ömurluk kecmir qalir.
6 aydan bir 2 ilden bir qan alinib yoxlanilmalidir.
Banu. | 24 iyul 2012 18:55 | Status: Admin | Şərh: 2 266
Zob xesteliyi cox geniş yayilib,gerekli bir yazidir,hec olmasa kiminse bir yaxini bu xestelikden eziyyet cekir.
xowbext_olum | 24 iyul 2012 18:08 | Status: Şərhçi | Şərh: 304
təşəkürlər əsl mənə lazım olan deyerli məlumatdir secilmişlərə atdim emel etcem men zobdan eziyet cekirem
Sekine Hesen | 24 iyul 2012 17:55 | Status: Gümüş user | Şərh: 3 113
Sitat: yerbezeyi
anam zəhərli zobdan rəhmətə gedib.əməliyyat da oldu,türkaçarə də etdi.düzəlmədi.mənə vəsiyyəti hər il yoxlatdır dedi.2 dəfə getmişəm.agir xəstəlikdi.


COX PIS OLDUM CANIM.ALLAH KOMEYIN OLSUN.
SoFiYYa AnGeL | 24 iyul 2012 17:50 | Status: Professional user | Şərh: 957
Sitat: Sumeyye
mən qoca nənələrdə görürəm qalın muncuqlar taxırlar sep kimi deyirlərki o zobun şişin azaldır...

hə məndə görmüşəm .Allah heç kimə göstərməsin xalamgilin bir yaxini var idi onda da zob var idi .Bəzən onun nəfəs alması çətinləşirdi .Mən ona baxanda çox pis olurdum gözəl qadın idi amma belə problemi var idi.. Nə isə Allah belə xestəliyi olanlara şəfa versin bizədə belə bir şey göstərməsin Amin!Tesekkurler Handecim
sheh | 24 iyul 2012 17:40 | Status: Yazar | Şərh: 3 353
Sitat: yerbezeyi
anam zəhərli zobdan rəhmətə gedib

Allah rəhmət eləsin.
nergiz_zz | 24 iyul 2012 17:37 | Status: Professional user | Şərh: 3 815
TESEKKURLER.MARAQLI VE LAZIMLI XEBERDI.
G-----16 | 24 iyul 2012 16:45 | Status: Gümüş user | Şərh: 2 227
cox tesekkurler canim xebere gore :n28:
yerbezeyi | 24 iyul 2012 16:39 | Status: Şərhçi | Şərh: 198
anam zəhərli zobdan rəhmətə gedib.əməliyyat da oldu,türkaçarə də etdi.düzəlmədi.mənə vəsiyyəti hər il yoxlatdır dedi.2 dəfə getmişəm.agir xəstəlikdi.
nurashka | 24 iyul 2012 16:24 | Status: Qonaq | Şərh: 2 167
yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır..

Bunu bilirdim...Yoxlamişam işarələr azca silinmişdi....(rəngi solmuşdu))
HEYATIM | 24 iyul 2012 16:19 | Status: Professional user | Şərh: 2 110
MARAQLI XEBERDI MENDE EWITMIWEM ZOBU OLANLAR YOD VURMALIDILAR BOQAZA ELERIN ICINE BIRDE AYAQIN ALTINA HER GECE BU DAVAM ETMELIDI O COX XEYIRDI BIRDE KEHREBANIN XEYRIN COX EWITMIWEM .... ALLAH OZU QORUSUN BELE WEYLERE EHTIYAC OLMASIN HEC KIMIN AMIN...... TEWEKKURLER
TATLI GUZEL | 24 iyul 2012 16:19 | Status: Professional user | Şərh: 5 781
menim padruqam vr onun emisinde zob var idi.O ancaq bogazin a qurbaga qoyardi.Qurbagada diri olurdu yeni diri qoyurdularda bogaza.Oda cirki ve ya basqa ne varsa hamisini cekennen sora olurdu.tesekkurler handecim
fatdali xeberdi
Seva-Azer. | 24 iyul 2012 15:26 | Status: Qonaq | Şərh: 2 351
Sitat: Sumeyye
mən qoca nənələrdə görürəm qalın muncuqlar taxırlar sep kimi deyirlərki o zobun şişin azaldır... Allah qorusun


Sari rəngdə kəhraba muncuqdu.
Kimin bogazinda zob varsa diri qurbagani bogazina sariyib saxlayarsa xəstəliyi keçib gedər
_Almira_ | 24 iyul 2012 15:14 | Status: Professional user | Şərh: 1 167
Sitat: Sumeyye
qalın muncuqlar taxırlar sep kimi

O kehrebadir deyesen,men de eşitmişem ki,kehreba zobun qarşisini alir.Amma zob tekce qocalarda olmur,cavanlarda da olur...Xebere gore de teşekkurler canim!
Glass heart | 24 iyul 2012 15:12 | Status: Gümüş user | Şərh: 484
Saqlam diwdere, savadli stamatoloqlar gerekdiyini unutmamaq lazimdir!
Sumeyye | 24 iyul 2012 15:09 | Status: Professional user | Şərh: 1 720
mən qoca nənələrdə görürəm qalın muncuqlar taxırlar sep kimi deyirlərki o zobun şişin azaldır... Allah qorusun

mən qoca nənələrdə görürəm qalın muncuqlar taxırlar sep kimi deyirlərki o zobun şişin azaldır... Allah qorusun