Sağlamlıq / Xalq təbabəti

İsti çay ömürünüzü uzada bilər

Nazlı_Kız | 30-01-2014, 13:30
6 550 44
 

 

Bunun üçün edilməsi lazım olanları və bilinməyənləri "Reem Nevrologiya Mərkəzi" qurucusu Dr. Mehmet Yavuz bu şəkildə sıralayır.


Yeməklərdən sonra isti çay ya da su içmək insanları, infarkt ya da beyin damar xəstəliklərindən qorumaqdadır. Çinlilər və Yaponlar yeməklərindən sonra soyuq su deyil isti çay içirlər. Bizim ölkəmizdə də çox bölgələrimizdə yeməkdən sonra çay içmək bir ənənədir.

Yemək arasında su içmək zərərli deyil. Lakin yeməklərdən sonra su, limonad, ayran və bənzəri soyuq şeylər içmək damar xəstəliklərinə səbəb ola bilər. Yeməkdən sonra soyuq bir şey içmək sizi rahatlaşdırar, ancaq istehlak etdiyiniz soyuq su qatılaşaraq yağlı bir maddə halına dönür və yavaş bir şəkildə həzm olunur.
 
 


Alınan qidaların mədə ya da nazik bağırsaqda ən yaxşı şəkildə sağlam olaraq həzmi üçün əvvəlcə bunların mədə turşusu və fermentlərlə çox yaxşı parçalanması lazımlıdır. Bu orqanizmimizin sağlam işləməsi üçün də isti mühitə ehtiyac vardır. Qidaları parçalayacaq fermentlər isti mühitlərdə çox yaxşı funksiya görərkən, soyuq mühitlərdə isə vəzifələrini tam edə bilməzlər. Qidalar tam parçalana və qana keçən molekullar yaxşı parçalanamadıqları üçün də damar divarlarında xolesterol ya da yağ zərrəcikləri halında yığılır. Bu isə bədənin həyati bölgələrində, irəliləyən zaman müddəti içində damar xəstəliklərinin (ürək böhranları, beyin damar xəstəlikləri kimi) inkişafına səbəb olur.
 

   

Bədənin gənc və dinamik qalması və yaşlanmanın gecikməsi üçün damar divarlarının sağlam olması şərtdir. Çünki bütün enerji parçaları və hüceyrələr üçün lazım olan oksigen və quruluş daşları bədənimizin bütün damar şəbəkəsi sayəsində reallaşar. Damarlar nə qədər təmiz olarsa, toxumaların qidalanması da o qədər mükəmməl olar. Toxumalar nə cür yaxşı qidalansa, bədəndə o qədər sağlam olar və ömür uzanar. Bu səbəblə yeməklərdən sonra çay kimi isti bir mayenin içilməsi mədə və bağırsaqda yağların tam əridilməsinə və damar divarlarına yapışmadan enerji molekulları halında toxumalara daşınmasına səbəb olar. Eyni şəkildə yemək əvvəli içilən şorba yağların tam əriməsi üçün kömək edir.

 

 

Içilən çay isə açıq, ya da ən çox normal tündlükdə olmalıdır.

Bu səbəbdən yeməklərdən sonra açıq, ya da yüngül isti çay içmənin ömürü uzatdığını, yaşlanmağı və yaşlılıqda görülən təzyiq, ürək və damar xəstəlikləri, Alzheimer kimi xəstəlikləri də olduqca azaltdığını söyləyə bilərik. Lakin gecə yatmadan əvvəl çayı çox tövsiyə etmirik, çünki ehtiva etdiyi kafenin sayəsində yuxu pozuqluğuna səbəb ola bilər. Buna görə yatmadan əvvəlki periodda isti çay yerinə, yağsız isti süd ya da isti limonad seçilməlidir.

  Xüsusilə ölkəmizdə də tez-tez yaşanan infarkt və iflic xəstəliklərinin 60% - i gecə yuxusu əsnasında ortaya çıxır. Bunların bir çoxu da ölümlə nəticələnir. Bunun səbəbi, gecə yuxu əsnasında qan sürətinin yavaşlaması və nizamsız, qeyri - kafi qidalanma nəticəsində damar divarının pozularaq, mənfəzdə laxtalanma meydana gəlməsi və damar tıxanmalarının inkişafıdır. Buna görə gecə yatmadan bir neçə saat əvvəl yağı alınmış isti süd ya da isti şərbət, isti limonad kimi içkilər gecə inkişaf edən damar xəstəliklərinin bir çoxuna maneə törədə bilər.

Damar sağlamlığınıza diqqət edin gənc və dinamik qalın ...İsti çay ömürünüzü uzada bilər
 

Redaktə etdi: Leyla Məhərrəmova


sara sara | 30 yanvar 2014 15:14 | Status: Şərhçi | Şərh: 156
isti cay hecde xeyirli deyil
mirane | 30 yanvar 2014 15:04 | Status: Qonaq | Şərh: 0
twk.......maraqli melumat idi  tongue
Gülçin | 30 yanvar 2014 14:59 | Status: Brilliant user | Şərh: 6 780
 maraqli melumatdir, tesekkurler.
Meryem_Duyqu | 30 yanvar 2014 14:44 | Status: Yazar | Şərh: 4 130
İsti çayı tortla,piroqla,şokoladla,içməyi xoşlayıram...Sudan da çox istifadə edirəm...Tibbi məlumatlandırıcı xəbər üçün təşəkkürlər G-Damla.
Gulya2676 | 30 yanvar 2014 14:39 | Status: Gümüş user | Şərh: 2 586
Menim ucun chay hech ne ile evez edilmeyen bir içhkidi. Amma yemekten sonra en azı bir iki saat kechmelidi. Maraqli xebere gore tesekkurler. 
Ay_Sun | 30 yanvar 2014 14:36 | Status: Brilliant user | Şərh: 13 409
CAYI ELEDE SEVEN DEYILEM.YOLDASIM COX CAY ICIR.MEN SUYU COX ICIREM GUNDE 3 LITR winked
aska93 | 30 yanvar 2014 14:29 | Status: Şərhçi | Şərh: 252
evvel yox,ama indi cayi cox icirem winkedxeber ucun twkler...
Ayanim | 30 yanvar 2014 14:27 | Status: Gümüş user | Şərh: 1 920
suyu cayi cox icirem. fikir vermiwem mayeni azaldanda yemeyimi artirmasamda kokelirem, ona gore gunde 2-3 litr maye qebul edirem. xebere gore tewekkurler
Günəş.ay | 30 yanvar 2014 14:23 | Status: Qonaq | Şərh: 0
mən çayi cox içirem.özüde yemekden hemen sonra qaynar-qaynar.
Ayan92 | 30 yanvar 2014 14:22 | Status: Professional user | Şərh: 3 056
Təşəkkürlər.Qardaşım yemək yeyəndən sonra,üstündən hökman çay içməlidir.Axı mən eşitmişdim ki,yeməkdən 2 saat sonra çay içmək daha doğrudur.Nə bilim,vallah,yalan,doğru gündə bir söz eşidirik.
Alice | 30 yanvar 2014 14:09 | Status: Professional user | Şərh: 5 020
Mən  suyu da çayı da çoooox sevirəm və içirəm... Yeməkdən sonra əsla çay içmirəm ən azı  2 saat keçməlidi...  Amma yemək arası su çoooooox içirəm.... Gün ərzində isə 6-7 stəkan çay içməliyəm...   Çayıda özüm dəmləməsəm olmazlove ...  
Röyamsan. | 30 yanvar 2014 14:04 | Status: Brilliant user | Şərh: 6 102
Evvələr çayı elede çox sevmirdim.Amma indi çox içirəm.
AYAN A-VA | 30 yanvar 2014 14:02 | Status: Gümüş user | Şərh: 1 722
BIZIM AILEDE YENI MENDE YEMEKDEN SONRA KAMPOT YA TEBII SOKLAR ICIRIK.BIZDE YEMEKDEN SONRA CAY ICILMIR.HEC SUDA ICILMIR.MEN SUYU HEC ELE BELE VAXTIDA ICMIREM,HERDEN SU ICIREM MEN.FAYDALI XEBERE GORE TEWEKKURLER
Miss_Xerceng | 30 yanvar 2014 14:01 | Status: Şərhçi | Şərh: 314
O qederde isti sevmirem, ama cayi cox sevirem. Tesekkurler