Sağlamlıq / Xalq təbabəti

Faydalı meyvələr

Banu. | 5-05-2015, 19:30
5 538 19

Əncir.

Əncir ürək - damar sistemi xəstəliklərində, trombozda (damarlarda qan laxtası əmələ gəlməsi) faydalıdır və qanəmələgətirmə vasitəsidir. Onu tərlədici, sidikqovucu, yüngül işlədici və həzm prosesini yaxşılaşdıran qida kimi yemək məsləhətdir.

Əncir beyin fəaliyyətini gücləndirir, fəhimi artırır. Yaponiya alimləri əncirin meyvələrindən şiş əleyhinə dərman təklif ediblər. Əncirin yarpaqları qurd əleyhinə təsirə malikdir.

Əncir xalq təbabətində qədimdən məlumdur. Meyvələrin süddə həlimi quru və göy öskürəkdə və səs telləri şişində işlədilirdi. Xalq təbabəti mürəbbə və həlimini qastrit və qəbizlikdə məsləhət görür.

Əziyyətverici quru öskürək zamanı ənciri süddə qaynadıb onun həlimini uşağa vermək çox faydalı vasitədir, bu həm də çox dadlıdır.

Qəbizlikdə əncir 100 qr, qaysı–10 qr, tumsuz qara gavalı 10 qr, ½ stəkan murdarça həlimi, bal-100 qr. Meyvələri yumaq, ət maşından keçirtmək və bunların hamısını bir qaba töküb qarışdırmaq. Yatmazdan qabaq 1 x.qaşığı bu dərmandan 100 ml soyuq su ilə qəbul etmək.

Göy öskürəkdə və güclü öskürəkdə 16 ədəd ağ quru ənciri 1 litr süddə qaynatmaq. Yeməkdən sonra isti-isti bir stəkan içmək.

Dolamada əncir və nar qabığından bərabər miqdar götürüb qarışdırmaq, yaxşı xırdalamaq və xəstə yerə qoymaq.

Səs xırıltılı və boğuq olduqda 2 x.qaşığı quru əncir meyvəsini 250 ml südə töküb 10 dəq. bişirmək. 100 ml gündə 2-4 dəfə isti-isti qəbul etmək.

Əncirin qurusu yüksək kaloriyalıdır, belə ki tərkibində 77% şəkər var. Qan azlığında, pozulmuş maddələr mübadiləsinin bərpasında, xroniki qəbizlikdə işlədici kimi və hərarəti aşağısalma vasitəsi kimi əncir istifadə edilir. Əncir ürək - damar sistemi xəstəliklərində, xüsusilə müxtəlif növlü aritmiyalarda və həmçinin aterosklerozda, hipertoniyada, tromboflebitdə faydalıdır. Sağlamlığı zəif, yaşlı adamlar əncir ilə qidalanmalıdırlar, çünki əncir qurusu həzm prosesini yaxşılaşdırır, xəstəlikdən sonra və qocalıqda qüvvəni bərpa edir. Müalicəvi əhəmiyyəti qaynanmış isti südlə yedikdə daha çox olur.

Bunun üçün 5-6 ədəd əncir qurusunu 1 stəkan qaynanmış südlə yeməkdən 30 dəq qabaq gündə bir dəfə qəbul etmək.

Feyxoa.

Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır. Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etmək profilaktika və müalicə vasitəsidir.

Zob xəstəliyində feyxoa meyvəsi yemək və şirəsini içmək çox faydalıdır.

Feyxoa stenokardiyada kömək edir.

Zob xəstəliyində 1 kq şəkər və 1 kq feyxoanı ət masasında keçirtmək və bankaya yığıb, feyxoa şirəsini tam buraxana qədər gözləmək. Bundan səhər və axşam 1 x.qaşığı qəbul etmək. 10 gün qəbul edib 10 gün istirahət etmək.

Naringi.

Naringinin meyvələri iştaha artırır, maddələr mübadiləsini yaxşılaşdıran və orqanizmi qış boyu vitaminlə təmin edən qiymətli pəhriz ərzağıdır. Meyvələri sınqa əleyhinə təsirə malikdir. Spirtdə çəkilmiş arağı iştahanı artırır, həzm prosesini yaxşılaşdırır və yuxarı tənəffüs orqanlarının iltihabını yumşaldır. Şərq təbabətində qabıqlarının arağı və həmçinin meyvələrinin bişmiş həlimi öskürəkdə, bronxitdə istifadə edilir və bu həzmi yaxşılaşdıran vasitədir.

Şaftalı.

Meyvələrindən, yarpaqlarından və yağından istifadə olunur. Belə hesab edilir ki, şaftalının meyvələri sakitləşdirici, bir qədər işlədici və sidikqovucudur. Qusmanın qarşısını almaq qabiliyyəti vardır. Qidanın yaxşı həzm olunmasına kömək edir. Bronxitdə, öskürəkdə və astmada şaftalının meyvələri şəfaverici təsir göstərir. Şaftalı xarici mühitin namünasib təsirinə qarşı orqanizmin uyğunlaşmasına (təzəsi, mürəbbəsi, kompotu və qurusu) kömək edir. Xalq təbabətində yarpaqlarının və çiçəklərinin həlimi işlətmə vasitəsi kimi istifadə edilir. Müasir kosmetikada şaftalının həlimindən üzə maska çəkirlər ki, bu maska üzün dərisini təmizləyir, onun elastikliyini və gözəlliyini artırır.

Yadda saxlamaq lazımdır ki, diabet (şəkər) və əsəb xəstələri, şaftalını az yeməlidirlər. Qurd olan zaman şaftalının yarpaqlarından 2 x.qaşığı götürüb 2 stəkan qaynar su töküb gecədən termosda dəmləmək, süzmək. Gündə yeməkdən 1 saat qabaq 4 dəfə 100 ml. içmək məsləhətdir.

Əsəb xəstəliyindən əziyyət çəkənlər vaxtaşırı şaftalı, alma yeməlidirlər. Yeməkdən qabaq şaftalı, üzüm, turşməzə alma yemək iştahanı artırır.

Vaxtaşırı şaftalı yemək öd kisəsinin normal işləməsinə kömək edir.

Ardı var.

  1. dılay | 8 mart 2016 17:20 | Status: Brilliant user | Şərh: 8 185
    en cox xowladigim encirdi..
  2. Sunay Elizade | 23 may 2015 19:37 | Status: Gümüş user | Şərh: 2 157
    maraqli xeberdi onsuz her meyveden yeyirem
  3. Real Madrid CF | 9 may 2015 17:58 | Status: Qonaq | Şərh: 0
    En sevdiyim meyve banandi amma hersi bir derdin dermanidir tesekkurler.
  4. jale elizade | 7 may 2015 21:08 | Status: Şərhçi | Şərh: 323
    menim en cox sevdiyim meyve banandi bir de ciyelek immmmmm 0140
  5. Ag Gul | 7 may 2015 14:19 | Status: Professional user | Şərh: 4 333
    Əncir xaric hər birin xoşduyuram
  6. SEVDA | 6 may 2015 15:15 | Status: Nəzarətçi | Şərh: 17 443
    Naringiden bawqa qalan meyvelerin vaxtı deyil indi,twk
  7. Real Madrid CF | 6 may 2015 13:51 | Status: Qonaq | Şərh: 0
    Meyve-terevezden daima istifsade etmek lazimdir vitamin anbaridir,minerallarla zengindir.Xususende kicikyasli usaqlar daha cox meyve yemelidirler ki imuntetleri guclu olsun amma indiki usaqlar meyve-terevezden cox cipsi,suxari bele seylere ustunluk verirler(hec mende onlardan geri qalmiram).
  8. Sariwka1 | 6 may 2015 08:37 | Status: VİP user | Şərh: 1 774
    Sitat: Gülçin-70
    Faydalı məlumatlardır, təşəkkürlər, Banu bacım. love
  9. Dəniz qızı | 6 may 2015 08:37 | Status: Brilliant user | Şərh: 8 019
    Sitat: lady sweet
    Faydali melumat üçün tesekkureler
  10. boris arxan | 6 may 2015 07:01 | Status: Professional user | Şərh: 4 784
    Sitat: Nurus.
    Meyvəsiz 1gunumuz belə olmur evde...
  11. Nurus. | 6 may 2015 02:11 | Status: Brilliant user | Şərh: 6 982
    Meyvəsiz 1gunumuz belə olmur evde...
  12. kristal | 6 may 2015 01:11 | Status: VİP user | Şərh: 1 184
    Sitat: lady sweet
    Faydali melumat üçün tesekkureler
  13. lady sweet | 6 may 2015 01:05 | Status: Gümüş user | Şərh: 1 880
    Faydali melumat üçün tesekkureler
  14. Gülçin | 5 may 2015 21:40 | Status: Brilliant user | Şərh: 6 781
    Faydalı məlumatlardır, təşəkkürlər, Banu bacım. love
  15. esma inci | 5 may 2015 21:26 | Status: Gümüş user | Şərh: 1 096
    meyvenn faydaszzi olmur heresnn ozne gore faydasi var allahin yaratdiginn hamsnda 1xeyir var
  16. Nergiz love | 5 may 2015 20:23 | Status: Professional user | Şərh: 7 871
    Butun meyveleri cox xosluyuram.kiviyle alcadan basqa
  17. Nur | 5 may 2015 20:19 | Status: Professional user | Şərh: 3 989
    Cox sevirem meyve yemeyi,en esasda calisiram alma hem ozum hem usaqlar cox yesin.burda qeyd olunan meyveleride cox sevirem,en coxda feyxoani
  18. Nara88 | 5 may 2015 20:07 | Status: Professional user | Şərh: 4 254
    Sitat: BULUTUM
    Meyvesiz gunuz olmasin.menim awkim meyve yeyendi.evimizde corek olmasa daniwmaz meyve olmasa deli olar.

    eynen bizdede))
  19. BULUTUM | 5 may 2015 20:03 | Status: Professional user | Şərh: 7 392
    Meyvesiz gunuz olmasin.menim awkim meyve yeyendi.evimizde corek olmasa daniwmaz meyve olmasa deli olar.