Sağlamlıq / Xalq təbabəti

Zob xəstəliyi və türkəçarə mualicəsi

Hande. | 24-07-2012, 14:46
136 777 46
 
 
 
 
Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır.
Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.

Endokrinoloq Lena Hacıyeva zobdan əziyyət çəkənləri xaricən tanımağın asan olduğunu söyləyir: «Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələolurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir».
Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir.

L. Hacıyeva yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğunu bildirir: "Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb i
çirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırmənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər.ır, daha da böyüdür".
Endokrinoloq məsləhət görür ki, yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilsin. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadəsi də zəruridir. Dəniz heyvanları, dəniz məhsulları yoda zəngindir. Məsələn, laminariya adlı dəniz yosunu yodla zəngindir. Yodlaşdırılmış duzdan da istifadə olunur.
Duz ağzı bağlı qabda saxlanmalıdır.

Həmçinin orqanizmdəki yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara — süd və dəniz məhsulları, balıq, ikra, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xirnik, feyxoa kimi meyvə — tərəvəz əlavə olunmalıdır.
Zob xəstəliyinin müalicə üsulları:
 

 


Ev üsülunda zob xəstəiyinin türkəçarə müalicəsi:
1)1 stəkan ilıq suya, 2 çay qaşığı alma sirkəsi töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən 1 içmək.Ayda 3 dəfə...
 
2)Dəniz kələmindən istifadə etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)

 3)Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən...
 
4)1 vanna təxminən 40dərəcə suya 3 xörək qaşığı dəniz və ya xörək duzu töküb,üstünə kənarda bir qabda marqanisi suya qarışdırıb,həmin vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...
 
5)1 vanna suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edib,üstünə 5-6 damcı yod töküb 5 dəqiqə uzanmaq.Həftədə 2 dəfə...

6)Yodun səviyyəsini bədəndə yoxlamaq üçün axşam yatmazdan əvvəl bədəninin görünməyən bir yerində ya böyründə, yada qolun altında yoddan + şəkilli bir neçə isarə qoyub ,quruyana qədər gözləyib,(yorğan döşeyi yodlamamaq üçün) yatırsan. Səhər duranda həmin o + səkilli işarələr tam sovrulubsa deməli bədəndə yod çatəşmamazlığı var. Belə olan halda yuxarıda göstərilən əməliyyatları həftədə 4 dəfə təkrar etmək lazımdır.Yox əgər səhər-səhər duranda axşamdan çəkdiyin + işarələri səhər-səhər az da olsa bilinirsə,onda əməliyyatları dayandırmaq lazımdır...
 
 

Ümumiyyətlə hər bir kəs bədəndə yodun səviyyəsini ən azı hər 6 aydan bir yoxlamalıdır...Əgər ehtiyac olarsa lazımi tədbirləri görmək lazımdır.

dılay | 6 mart 2016 20:19 | Status: Brilliant user | Şərh: 8 185
tewekkurler xebere gore
Nigar | 27 yanvar 2014 14:11 | Status: Gümüş user | Şərh: 6 064
tewekkurler xebere gore
canlarim | 22 oktyabr 2013 22:42 | Status: Şərhçi | Şərh: 40
Sitat: Princess_93
ALLAH HEC KIME GOSTERMESIN

Sitat: Princess_93
ALLAH HEC KIME GOSTERMESIN

amin butun xesdeliklerden uzaq olaq insallah

Sitat: Princess_93
ALLAH HEC KIME GOSTERMESIN

Sitat: Princess_93
ALLAH HEC KIME GOSTERMESIN

amin butun xesdeliklerden uzaq olaq insallah

Sitat: Princess_93
ALLAH HEC KIME GOSTERMESIN

Sitat: Princess_93
ALLAH HEC KIME GOSTERMESIN

amin butun xesdeliklerden uzaq olaq insallah
eset | 15 avqust 2013 00:51 | Status: Qonaq | Şərh: 0
menimde zobum vardi illerdi mualice aldim irana getdi orda mene qozu tam balaca yetismemis zobu ac qarnina udmagi meslehet gorduler 2ay icdim indi yoxdu qozun cox xeyri var
sevinc8 | 25 iyun 2013 14:48 | Status: Qonaq | Şərh: 0
allah sefa versin
ayruska | 25 may 2013 01:13 | Status: Professional user | Şərh: 3 978
Sitat: mugan qizi
qizlar məsləhətinizə ehtiyacım var mən hamiləyəm Bu gun analiz verdim her sey ela imis bir tek bu zibil xəstəlikdən başqa Həkimim deyir Qalxanabənzər vəzinin hormonlari normal həddi keçib Hələ dəqiq dioqnoz qoyulmayıb ama ehtimalı var ele gerginləşirəm kiii offf

ALLAH KOMEK OLSUN
mugan qizi | 11 fevral 2013 19:30 | Status: VİP user | Şərh: 699
qizlar məsləhətinizə ehtiyacım var mən hamiləyəm Bu gun analiz verdim her sey ela imis bir tek bu zibil xəstəlikdən başqa Həkimim deyir Qalxanabənzər vəzinin hormonlari normal həddi keçib Hələ dəqiq dioqnoz qoyulmayıb ama ehtimalı var ele gerginləşirəm kiii offf
Mavish | 7 sentyabr 2012 23:09 | Status: Brilliant user | Şərh: 2 389
mənim sinif yoldaşımın anasın zobu vardı qurbağa bağlayırdı üstünə axırda zobu getdi.
azeri_oglu | 5 sentyabr 2012 02:02 | Status: Gümüş user | Şərh: 2 243
cox pisdi
laleyka | 28 iyul 2012 10:48 | Status: Professional user | Şərh: 652
zob cox ciddi xestelikdir
Hande. | 27 iyul 2012 17:14 | Status: Professional user | Şərh: 1 357
Werhlerinize gore cox sag olun.....
Princess_93 | 27 iyul 2012 16:26 | Status: Brilliant user | Şərh: 5 877
ALLAH HEC KIME GOSTERMESIN
Feriha. | 27 iyul 2012 16:05 | Status: Professional user | Şərh: 4 746
allah uzaq etsin
G-----16 | 27 iyul 2012 15:48 | Status: Gümüş user | Şərh: 2 227
Allah uzaq elesin tesekkurler cox pis xestelikdi :n28:
life82 | 25 iyul 2012 17:46 | Status: Gümüş user | Şərh: 985
COX PIS XESTELIKDI.ALLAH HEC KIME GOSTERMESIN
zoluwka | 25 iyul 2012 16:47 | Status: Professional user | Şərh: 3 172
emimin yoldawinda var ama onu kokeldir.onda amawukur zeherli deyil.tewekkurler.derdi veren Allah dermaninda verir
Esmerim-S | 25 iyul 2012 14:59 | Status: Qonaq | Şərh: 0
menime zobum var.mene cox eziyyet verir.calişiram qizimin qidasina fikir verim hec olmsa onda olmasin.movzuya gore teşekkurler
xalide | 25 iyul 2012 11:29 | Status: Şərhçi | Şərh: 148
Sitat: yerbezeyi
anam zəhərli zobdan rəhmətə gedib.əməliyyat da oldu,türkaçarə də etdi.düzəlmədi.mənə vəsiyyəti hər il yoxlatdır dedi.2 dəfə getmişəm.agir xəstəlikdi.

çox pis oldum :n27: Allah rəhmət eləsin ananıza...
Mənim mamamda da zob var- zəhərli+düyünlü zob. əvvəlcə dəhşət dərəcədə arıqladı, bir dəri bir sümük qalmışdı. müalicə ilə tədricən normaya düşdü. ama dərmanları həmişə davam etməlidir, o da bu barədə səhlənkardır. deməsəm heç yadına da düşməz... həkim mamaya demişdi stressdən artıb səndə bu xəstəlik, çalış uzaq ol əsəb-stresdən.. həqiqətən də nənəmi ölüm yatağında görən gündən mama bu vəziyyətə düşdü, 3 gün içində inanılmaz arıqladı və halı pisləşdi..indi çox şükür Allahıma, o dəhşətli günlər geridə qalıb...
Mən də hərdən özümdən şübhələnirəm,əlamətlər demək olar ki məndə var. bu aralar o qədər əsəb keçirmişəm ki..ehhh :n27: həm də deyirlər yod çatışmazlığı olan qadınlarda hamiləlik alınmır...bunu daha yaxşı doktorumuz bilər, gərək soruşaq :n16:
sheyla | 25 iyul 2012 08:36 | Status: Professional user | Şərh: 836
Sitat: XEDICE

bu xesdelik hakda hec bir melumatim yox idi twekurler birce onu bilirdim ki bucuq varee bidene sari reg onu taxilar qarwisin alir zob xesdeliyinin

həmin muncugun adi Kəhrabadir canim.Amma o,da təmiz olanda xeyir edir.

cooox təəssüf ki,mən özüm də bu xəstəlikdən əziyyət cəkirəm.Təşəkkürlər.Sinayacam dediklərini

3)Hər yemək yeyəndə baş soğanı salat kimi yemək. Nə qədər yeyə bilsən

ay canim mən ildə bir dəfə sogan yemirəm harda qaldı hər yeməkdə

Ümumiyyətlə hər bir kəs bədəndə yodun səviyyəsini ən azı hər 6 aydan bir yoxlamalıdır...Əgər ehtiyac olarsa lazımi tədbirləri görmək lazımdır.

:n43:
Damla | 25 iyul 2012 06:35 | Status: Brilliant user | Şərh: 7 178
Zob xesteliyini evda turkecare usullarla mualice etmak duzgun deyil,fesadlari cox pis ola biler.Hele hemin zob el arasinda deyilen zeherli zobdursa cerrahi mudaxile vacibdir.
BAYACAM | 25 iyul 2012 01:15 | Status: Professional user | Şərh: 1 042
TEWEKKURLER HANDECIK COX LAZIMLI BIR XEBERDI.
Alizes | 25 iyul 2012 00:05 | Status: Yazar | Şərh: 2 588
Sitat: semaВ dagistanli
o gundende men soz yox xurmani cooox sevirem amma indi dahada cox yemeye basladim ne olsun xeste deyilem amma yodla zenginlesdirirem ozumuki xestyelik olmasin mende

Bol-bol ye,canım... Xəstəliklərdən uzaq ol həmişə... :n17:
sema dagistanli | 25 iyul 2012 00:03 | Status: Yazar | Şərh: 1 340
Sitat: Alizes
Qalxanabənzər vəzinin fəaliyyətinin pozulması nəticəsində yaranan xəstəlikdir. Təbii yollarla müalicəsindən biri də xurmadır. Xurmanın tərkibi yodla zəngin olduğu üçün zobun müalicəsinə çox kömək edir. Xurma mövsümündə bol-bol qəbul etmək zobu olan xəstələrə çox xeyirlidir...

bunu mende demek isterdim sen cox gozel yazmisan .menim dayimoglunda zob var idi iranli hekim ona aynen sen dediyin kimi xurmani meslehet etmisdi.o gundende men soz yox xurmani cooox sevirem amma indi dahada cox yemeye basladim ne olsun xeste deyilem amma yodla zenginlesdirirem ozumuki xestyelik olmasin mende :n10:
_Peri_ | 24 iyul 2012 23:25 | Status: Gümüş user | Şərh: 1 662
TWK.XEBER UCUN
Solnuwka. | 24 iyul 2012 21:04 | Status: Həkim | Şərh: 974
bu xestelik qadin orqanizimine mexsusdur.demek olarki butun qadin orqanina witavidni jelezanin tesiri var.esasda orqanizimde yodun terkibi awaqi duwende bu xestelik yaranir.qaldi turkecareye.ne bilim.mence cetin.
Alizes | 24 iyul 2012 20:16 | Status: Yazar | Şərh: 2 588
Qalxanabənzər vəzinin fəaliyyətinin pozulması nəticəsində yaranan xəstəlikdir. Təbii yollarla müalicəsindən biri də xurmadır. Xurmanın tərkibi yodla zəngin olduğu üçün zobun müalicəsinə çox kömək edir. Xurma mövsümündə bol-bol qəbul etmək zobu olan xəstələrə çox xeyirlidir...
Nazar | 24 iyul 2012 19:31 | Status: Professional user | Şərh: 1 184
Təşəkkütrlər maraqlı və dəyərli xəbərdir .
Sumeyye | 24 iyul 2012 19:27 | Status: Professional user | Şərh: 1 720
Sitat: Vetenperver
Bir almanın içindəki tumlarını yeməklə bir günlük yodun tələbatı ödənilir,amma gündə bir almanın tumundan çox yemək olmaz.

bilmirdim maraqlıdı
Vetenperver | 24 iyul 2012 19:14 | Status: Professional user | Şərh: 6 700
Zob xəstəliyinə daha çox qadınlar tutulur.Bir almanın içindəki tumlarını yeməklə bir günlük yodun tələbatı ödənilir,amma gündə bir almanın tumundan çox yemək olmaz.
yagmur gozlum | 24 iyul 2012 19:00 | Status: Şərhçi | Şərh: 45
Sitat: banuisc

Zob xesteliyi cox geniş yayilib,gerekli bir yazidir,hec olmasa kiminse bir yaxini bu xestelikden eziyyet cekir.