Sağlamlıq / Xalq təbabəti

Ürək-damar sistemini yaxşılaşdırır, immuniteti gücləndirir-UNİKAL RESEPT

Banu. | 16-12-2019, 09:31
678 0

 AzadQadin.az Qadin.az-a istinadən xəbər verir ki, sarımsaq və qırmızı şərab faydalı xüsusiyyətlərini özündə birləşdirir, meydana gələn qarışıq bir çox xəstəliklərin qarşısını alır, qanı təmizləyir, immunitet sistemini gücləndirir, pis xolesterolu aradan qaldırır, ürək-damar sistemini yaxşılaşdırır, bədəndən artıq duzu çıxarır, bədəni gücləndirir, enerjini artırır və müxtəlif infeksiyalara qarşı mübarizə aparır.


Sizə lazım olanlar:

12 ədəd sarımsaq;
1/2 litr keyfiyyətli qırmızı şərab.

Hazırlanması:

Sarımsağın qabığını soyun və yarım litr şərabla şüşə qabda qarışdırın. Marketlərdə satılan Çin sarımsağından istifadə etməməyi məsləhət görürük. Sarımsağın yarı bölə bilərsiniz, bu formada daha güclü təsiri olacaq. 


Qarışığı qapalı bankada iki həftə günəş işığından uzaq, qaranlıq yerdə saxlayın. Eyni zamanda gündə 2-3 dəfə çalxalayın.
Sonda maye süzülür və qeyri-şəffaf bir qabda saxlanılır.


Bu iksir ildə ən azı iki dəfə edilə bilər. Ay ərzində gündə 2-3 çay qaşığı içirlər.