Sağlamlıq / Xalq təbabəti

Yasəmən çiçəyini bankaya yığın , evdə olan bitki yağı əlavə edin-1001 dərdin dərmanı

Banu. | 12-05-2019, 17:19
1 582 0
Dərininin sağlam, təmiz, təravətli olması üçün hər bir xanım bu yasəmən yağından istifadə edə bilər. Bu haqda sizə yazacağım yağ isə yasəmən yağıdır. Bu yağ da digər yağlar kimi çox faydalıdır.Yasəmən yağının faydalarını yazmaqla bitirməz.
Yasəmən yağı saçlara,
bədənin quruluğuna,
revmatizm ağrılarına,
soyuqdəymədə bəlğəm gətirici 
yanıqlarda,
yuxu gətirici 
təngənəfəslik
xroniki öskürək
iflic xəstəliklərinə kömək edir.
Həmçinin  zəhərə qarşı müqavimətli və cinsi həvəs oyadan xüsusiyyətləri var. Yasəmən yağından saç, bədən, və üz maskalarının tərkibinə 5 damcı tökülür, maskanı yenidən qarışdırıb və lazım olan bölgəyə tətbiq edilir. Yasəmən yağı quru dəriləri çox gözəl nəmləndirir. Qış aylarında dəridə quruluq çox hiss olunur. Yarım stəkan suyun içinə 3 damcı yasəmən yağı töküb içmək həm dərinin nəmləndirər, həm də insanı bəzi mikroblardan da qoruyar.
Yasəmən yağını həftədə 2 dəfə üz maskasının tərkibinə qatsaq dərini ölü hücüyrələrdən də təmizləyir. Dərini tam dincəldir. Dərini qidalandırır və elastik edir. Yasəmən yağını həmçinin sellülit olan bölgələrə də davamlı olaraq sürtsək faydasını görərik.
Aparılan təcrübələr zamanı məlum olub ki, yasəmən qadınların əsəb sisteminin sakitləşməsinə güclü təsirə malikdir. Bu təsir əsəb sistemi pozulan xanımların qəbul etdikləri prepratlardan daha təsirlidir. 
Ən çox da portağal yağı ilə qarışdırsanız daha da effektini görərsiz. 
Maska 1.
1 çay qaşığı-yasəmən yağı
1 çay qaşığı-portağal yağı
5 damcı -limon suyu
Bunları yaxşıca qarışdırıb sellülit olan yerə sürtün.Bu maska həmçinin dəri sallanmalarının da qarşısını alır.Bəzən doğuşdan sonra qarında və yaxud da kökəlmə, arıqlama vaxtı yaranan çatlarda da istifadə olunur.Məsamələri möhkəmləndirən tərkibə malikdir. 
Hətta yasəmən yağından tonik kimi də istifadə edirlər.
Maska 2.
1 xörək qaşığı- herkules
1 çay qaşığı - yasəmən yağı
1 çay qaşığı-qliserin

Bu məhsulları bir birinə yaxşıca qatıb üzə və boyunaa çəkilir. Əgər maska həddindən artıq qatı alınarsa, o zaman 1 çay qaşığı içməli su əlavə edə bilərsiniz. Bu maska dərini uşaq dərisi kimi zərif və təravətli edəcək.

Bu xəbərləri də oxuyun:

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Birinci arvadını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda inanılmaz OLAY

SON DƏQİQƏ: Azərbaycan-Gürcüstan sərhədi bağlandı -FOTO

Ən yaxşı sevişən bürc hansıdır?- İnanılmaz faktlar

Azərbaycanda dəfn qaydalar dəyişdi - Prezident qanunu təsdiqlədi