Sağlamlıq / Xalq təbabəti

Qəbizlikdən xilass olun! Çarə - KİŞMİŞ SUYU

Banu. | 29-11-2018, 12:34
2 442 0

Kişmiş və kişmiş suyu kaliumla zəngindir.
Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.
Kişmiş suyunu hazırlamaq çox asandlr. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür.

Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.
Həmçinin kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.
Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.