Sağlamlıq / Xalq təbabəti

80 qəpiklik nar və şirəsinin xərçəng əleyhinə təsiri sübut olundu – Onkoloji xəstələr üzərində eksperiment

Banu. | 3-11-2018, 10:00
472 0

Azərbaycanın əvəzsiz neməti olan nar mövsümdə bol, qiyməti də münasibdir. Çox ölkələrin insanlarının göydə axtardığı nar, bizdə ayaqlar altındadır. 
Narın insan səhhətinə inanılmaz faydalarını bilirsiz. Nar və şirəsinin xərçəng əleyhinə təsirini araşdırmışıq. Narın onkoloji şişlər, xüsusən metastazlara qarşı effektiv təsiti Kaliforniya universitetinin alimləri tərəfindən sübut olunub. 

Onların son elmi araşdırması süd vəzi xərçəngində metastazın qarşısını alan 3 açara malik olması göstərir. 
Bir çox xərçəng növlərində şiş hüceyrəsi kolonlarına qarşı narın təsiri heyvanlar üzərindəki təcrübələrdə araşdırılıb. 

Laboratoriya siçanlarına nar ekstraktı oral olaraq qəbul etdirilib və ondan sonra heyvanlarda ağciyər, prostat, dəri, ağciyər şişlərinin böyüdüyünün dayandığı müşahidə olunub. 

Digər 10 kliniki sınaqlarda nar və şirəsinin onkoloji xəstəliklərdə möcüzəvi təsiri qeydə alınıb – bu təcrübələr prostat xərçəngi və limfomada aparılıb. 
Xəstələrə verilən nar ekstraktlı tərkibli tabletlər 2 həftə ərzində şişə qarşı antigenlərin miqdarını 2 dəfə artırmışdı. Bir tablet 225 qram təbii nar şirəsinə bərabər idi. 
 

Kişi ginekoloq süni mayalanma adı altında özü donorluq edirmiş

Yod+ sarmısaq- "Sehirli Yod" bütün ağrıları bir dəqiqədə kəsir, nənəmin təcrübəsi-VİDEO

"Toppuş bacı"nın əri hamını şoka saldı: "Mənim Allahım həyat yoldaşımdır"

41 yaşlı qadın 70 yaşlı kişi ilə xəyanət etdi - Gədəbəydəki hadisənin şok təfərrüatları



Kaliforniya alimlərinin süd vəzi xərçəngi üzərində nar ekstraktının sınağı da göstərdi ki, bir faizli şirə konsentrasiyası şiş hüceyrələrinin böyüməsinin qarşısını aldı, 5%-li şirə isə xeyli miqdarda şiş hüceyrələrini məhv etdi. 

Nar şirəsi metastazın inkişafına əngəl olan genləri stimulə edərək aktivləşdirdi. 
Bu təcrübədə şiş hüceyrələrinin sümük toxumasına metastaz verməsi riski dəfələrlə azaldı. 

Əgər orta bədən çəkisi 75 kiloqram olan süd vəzi xərçəngi xəstəsi gündə 3 fincan nar şirəsi içərsə, bu o deməkdir ki, narda olan bütün fitokimyəvi maddələr orqanizmə yayılacaq. 

Əgər siz müalicə məqsədilə nar şirəsi istifadə etmək istəyirsizsə, onu tərkibində Qenistein olan soya və ya digər BAD-la sintez edin. 

Nar meyvəsi özü B qrup vitamini, C, PP, A vitaminləri ilə zəngindir və orqanizmdə karbohidrat, yağ piy mübadiləsinə təsir edir. 
Narda olan antidoksidantlar hüceyrələrin qocalmasının qarşısını alır, müxtəlif iltihabi prosesləri sağaldır. 

Bir neçə elmi tədqiqatlar göstərib ki, nar ağacının kökləri vərəm, tif, bağırsaq çöplərini öldürür. 

Nar şirəsi ödqovucu, sidikqovucu, qurdtökücü təsirə malikdir. 

Virus infeksiyaları zamanı xəstə müntəzəm olaraq nar şirəsi qatılmış ilıq su içsə, immuniteti güclənər, tez sağalar. Medicina.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.