Sağlamlıq / Xalq təbabəti

Öskürək zamanı bu asan və ucuz vasitələr kömək edir

ESMERRi | 24-06-2016, 15:00
2 296 4

 

Öskürək zamanı bu asan və ucuz vasitələr kömək edir

Çox zaman qrip, soyuqdəymə və bronxit qızdırma, zəiflik, əzələ ağrıları, burun tutulması və öskürəklə müşayiət olunur. Bu yazıda sizlərə sonuncu ilə ev şəraitində necə mübarizə aparmalı olduğunuzu aydınlaşdıracıq. Burada bizə xalq təbabəti kömək olacaq.

_ Balın xeyirli olması heç kəsə sirr deyil. Şişirtməyərək söyləmək olar ki, bal öskürəyə qarşı ən effektiv vasitədir. Hətta bir stəkan isti suda bir qaşıq balı qarışdırıb içsəniz, öskürəyiniz sakitləşəcək.

_Limon.Sitrus meyvələri C vitamini ilə zəngindirlər və qədimdən öskürək və soyqdəyməyə qarşı əla vasitə hesab olunurlar. C vitamini orqanizmə güc verir və immuniteti artırır. 1 ədəd limonun şirəsini 3-4 xörək qaşığı balla qarışdırın. Alınmış qarışımı gündə 3-4 dəfə çay qaşığı ilə qəbul edin.

_  Soğan.Öskürək və soyuqdəymənin profilaktikası üçün ən çox istifadə olunan tərəvəzdir. Quru öskürəyi müalicə etmək üçün 2 baş soğanın şirəsini yarım stəkan şəkər tozu ilə qarışdırın və 10 dəqiqə bişirin. Alınmış qarışımı süzün və 50 qr bal əlavə edin. Gündə 4-6 dəfə çay qaşığı ilə qəbul edin.

_ Qara turp.Turp insan orqanizminə olduqca xeyirlidir. Bu öskürəyə qarşı ən qədim və sınanmış üsullardan biridir. Ən yayılmış üsul: turpu yaxşıca yuyub ortasını yarıb balla doldurmaq və 24 saat ərzində saxlamaq lazımdır. Balı sonradan gündə 3-4 dəfə 1 çay qaşığı ilə qəbul etmək lazımdır.

_ Sarmısaq.Öskürək zamanı dabanlarınızı sarımsaqla sürtməniz məsləhət görülür. Əgər siz daha dözümlüsünüz isə 5 diş sarımsağı 300 ml süddə qaynadıb gündə 50 ml qəbul etməniz məsləhətdir.

_  Əzvay şirəsi (aloye).Bal və limon qarışığı ilə Əbirlikdə soyuqdəyməni aradan götürə biləcək vasitələrdən biridir. Mərsin və balla olan qarışımı bəlğəm gətirici keyfiyyətə malikdir.

_ Adaçayı.Soyuqdəyməni aradan götürür, bəlğəm gətirici keyfiyyətə malikdir. Yaş öskürəkdə ən çox istifadə olunur.

_Evkalipt yağı. İnqalyasiyada istifadə olunur. Nəfəs borularını açır, həm quru, həm də yaş öskürək zamanı istifadə oluna bilir. Quru öskürək zamanı çobanyastığı yağı ilə, yaş öskürək zamanı isə rozmarin yağı ilə qarışıqdan istifadə etmək lazımdır.

_ Moruq mürrəbbəsi.Öskürək zamanı moruq mürəbbəsi ilə çay sənin öskürəyivi sakitləşdirəcək.

 


SEVDA | 25 iyun 2016 13:38 | Status: Nəzarətçi | Şərh: 17 443
Meslehetlercun twk....
Əsmər1 | 25 iyun 2016 13:13 | Status: VİP user | Şərh: 1 584
Çox kirib olurdum öskürürdüm hamiləlikdə.İndi helə deyləm.Məsləhətiniz üçün təşəkkürlər
Dəniz qızı | 25 iyun 2016 09:01 | Status: Brilliant user | Şərh: 8 019
Təşəkkürlər canım....
B.Fereh | 24 iyun 2016 17:09 | Status: Nəzarətçi | Şərh: 6 978
Mende yayin bu cirhacirinda qriplemiwem:((amma wukur oskurmurem.Meslehetlere gore tewekkur,gozelim.