Sağlamlıq / Xalq təbabəti

Almanın 33 faydası

Banu. | 16-04-2016, 12:00
4 066 5

 
 Almanın 33 faydası

 
1 - Almanın verdiyi enerji, 100 qramda 54 kaloridir. Bu enerji yağdan deyil, meyvə şəkəri və orqanizm tərəfindən ağır olaraq həzm olunan şəkərdən gəlməkdədir. Qətiliklə hər gün istehlak edilməsi şərt olan bir meyvədir.

2 - Gündə bir alma yemək, sizi bütün xəstəliklərdən qoruyar. İki alma yesəniz ürək və damar xəstəliklərindən qorunmuş olarsınız.

3 - Diyetalar üçün mükəmməl bir variantdır.

4 - Çağın bəlalı xəstəliyi xərçəngdən, xolesterola qədər bir çox xəstəlik riskini azaltmaqda və  qarşısını almaqda əhəmiyyətli rol oynayır.

5 - Nahar yeməyindən əvvəl yeyildiyində, ya da qabığıyla bişirildiyində bağırsaqları işlədər, yumşaldar, qəbizliyin qarşısını alar.

6 - İçindəki pektin maddəsi zərərli xolesterolu salarkən, faydalı xolesterol nisbətini də yüksəldər.

7 - Dalağın qan istehsal etməsini təmin edir.

8 - İçindəki C vitamini sayəsində immunitet sistemi güclənir.

9 - Nəfəsi rahatlaşdırar. Edilən bəzi araşdırmalar, alma yeyənlərin daha asan nəfəs aldığını göstərməkdədir.

10 - Gastritdən qaynaqlanan mədə yanmalarını yüngülləşdirər.

11 - Alma şirəsi, bağırsaq, böyrək, sidik kisəsi xəstəlikləri və hemoroit müalicəsində də çox işə yarayar.

12 - Səhər aç qarına yeyildiyində qanı təmizləyər və toksinləri atmağı təmin edər.

13 - Dişləyərək yeyilsə, dişləri təmizləyər və diş ətlərini gücləndirər.

14 - Yuxudan əvvəl yeyilsə rahatlaşdırar və asan yatmağı təmin edər.

15 - Yaşıl, yüngül, turş olanları mədə bulantılarını önləyər.

16 - Aşağı kalorili ( 50 kalori ) olduğu üçün kökəltməz, qan şəkəri səviyyəsini və yüksək təzyiqə müsbət bir şəkildə təsir edər.

17 - Ortasına bir az marmelad əlavə edərək sobada bişirilib, rejim edənlərin şirin yemə istəyini aradan qaldırmaq üçün istifadə edilə bilər.

18- Ağız və damaq sağlığı üçün faydalıdır.

19- Enerji verir.

20- Alma ürəyi qoruyar.
 
1 - Anaların hamiləlikləri əsnasında istehlak etdikləri yeməklərdən, uşaqların astmaya yoluxmamasında qoruyucu təsirə sahib tək qida almadır.
Hamiləlik əsnasında ananın yediyi alma, körpəni astmadan qoruyur.

22- Hər gün bir alma infarkt riskini salar % 24-ə endirər.

23- Yüksək təzyiqə qarşı birə-birdir.

24 - Köhnə Çin təbabətində almanın atəş salıcı olduğuna inanılar və ağciyərin qızdırmalı xəstəliklərində sərinləşdirici təsiri olduğu qəbul edilərdi.

25 - Ehtiva etdiyi alma turşusunun zərərli bəzi bağırsaq bakteriyalarının istehsalını dayandırdığı düşünülür.

26 - İçində bol C vitamini və lifli zülallar olan alma, ehtiva etdiyi flavinoidlər sayəsində hüceyrə ölümünə səbəb olan sərbəst radikal adlı kimyəvilərlə döyüşür. 

27 - Alma, idmandan əvvəl istehlak edildiyində enerji verər. Sonrasında istehlak edildiyində 85% nisbətindəki su tərkibi ilə orqanizmin ehtiyacı olan suyu tamamlayaraq, toksinlərin bədəndən atılmasını asanlaşdırar. İdman əsnasında istehlak edildiyində orqanizmə müxtəlif mineral və vitaminlər verər.

28 - Gündəlik olaraq yeyilən 3 ədəd almanın 2 ayda təxminən 10% nisbətində xolesterolun düşməsinə köməkçi olduğu bilinir.

29 - Artrit və bağırsaq xəstəliklərində çox faydalıdır.

30 - Qaraciyər xərçəngi, qalın bağırsaq xərçəngi və sinə xərçənginə qarşı qoruyucu təsirə malikdir.

31 - Dəriyə parlaqlıq və gözəllik verir.

32 - Soyuqdəyməyə və öskürəyə yaxşı təsir edir.

33 - Baş ağrısına qarşı faydalıdır.

BULUTUM | 19 aprel 2016 09:45 | Status: Professional user | Şərh: 7 388
Gunde bir alma hekime mohtac qalma.Meyveleri cox sevirem ALMA basda olmaqla.
Dəniz qızı | 19 aprel 2016 09:11 | Status: Brilliant user | Şərh: 8 019
Qırmızı almanı xoşlayıram.
dılay | 16 aprel 2016 23:09 | Status: Brilliant user | Şərh: 8 184

Almani xowlayiram..
SEVDA | 16 aprel 2016 17:53 | Status: Nəzarətçi | Şərh: 17 441
Başdan ayağa sağlamlıqdır alma...
Gülay | 16 aprel 2016 13:16 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər