Xalq təbabəti / Məsləhətlər

Şəfa qaynağı olan böyürtkənin faydaları.

Gülçin | 25-06-2015, 12:00
4 614 16
Şəfa  qaynağı  olan  böyürtkənin  faydaları.



Qaraya çalan meyvəsi olan əsi tanıdığımız böyürtkən, göbələk və mikroblara  qarşı güclü  təsiri olduğu  kimi damarları da gücləndirir.
Böyürtkənin dodaq uçuklaması, (göbələk əleyhinə) damar büzücü, antibakterial, (bakteriya əleyhinə) antiseptik (mikrob əleyhinə) və canlandırıcı olaraq müzakirə edilməz bir təsiri vardır.
Böyürtkən eyni zamanda, kapilyar damarları gücləndirir, yarpaqları çox şiddətli olmayan ishal hadisələrində rahatlıqla istifadə edilə bilir.Bu cür yüngül ishal hadisələrində, bir şorba qaşığı quru böyürtkən yarpağını, bir su stəkanı qaynamış suyun içinə dərhal atıb on dəqiqə qədər dəmləyin. Gündə üç fincan bu çaydan içərək vəziyyəti nəzarət altına ala bilərsiniz.
Böyürtkən yarpaqları ağız xorası, boğaz ağrısı, ağız və diş əti infeksiyasıyalarında qarqara olaraq istifadə edilir.
Ağır yaxşılaşma göstərən dəri xoralarının müalicəsi və yara sarğısı üçün də böyürtkən yarpağı təsirli bir müalicə vasitəsidir.
Bəlğəm qovucu xüsusiyyəti də olan böyürtkən, hər içildiyində təzə olaraq hazırlanan çayı soyuqdəymə, qrip və öskürək müalicəsi üçün istifadə edilir.
Edilən araşdırmalarda böyürtkən qismən insulin ifraz etdiyi xüsusiyyətinə görə həm normal, həm də diabetik insanların qanındakı şəkər səviyyəsini azaltdığı ortaya çıxdı.
Ən ideal şəkildə günəşli yerlərdə və nəmli torpaqda yetişib yayılan böyürtkənin həm yarpağı, həm də meyvələri C vitamini baxımından olduqca zəngindir.
Yarpaqları ayrıca tanin, flavonoit, orqanik turşular, flavonoit qlükozit, limon və izostrik turşu kimi orqanik turşuları da bolca saxlayar.
Boğaz ağrısında, böyürtkən yarpağını bu şəkildə istifadə edə bilərsiniz: Üç şorba qaşığı qurudulmuş yarpağı bir su stəkanı suyun içinə qoyun və qaynadın. Təxminən beş dəqiqə kaynattıktan sonra ocaqdan alın və dəmlənməsi üçün on beş dəqiqə qədər gözləyin. Ardından tel süzgəclə süzüb qarqara edin. Bu qarqara gündə üç dəfə edə bilərsiniz.
Böyürtkənin təzə yarpaqları yazda hələ çiçək açmadan toplanır. Yarpaqlar çay ya da məlhəm hazırlamaq üçün qurudulur və əzilir. Göstərilən narahatlıqlar üçün müalicə edici çay bir yarım şorba qaşığı quru yarpaq, bir su stəkanı qaynadılmış suyun içində on dəqiqə qədər dəmlənir. Sonra süzülərək gündə üç dəfə yemək arasında içilir.
Boğaz ağrısı və ağız infeksiyalarının yaxşılaşmasına köməkçi olmaq üçünsə on qram qədər quru yarpaq bir su stəkanı suyun içinə qoyular və qaynadılar. Təxminən olaraq, on beş dəqiqə dəmlənməsi gözlənilər. Süzüldükten sonra ağız və boğaz qarqarası olaraq gündə iki dəfə istifadə olunur.
Böyürtkən yarpaqları, dəri xoraları və yaraların müalicəsində kompres şəklində tətbiq olunur. Çay istehsalında olduğu kimi, iki şorba qaşığı qədər böyürtkən yarpağı bir su stəkanı qaynadılmış suyun içinə atılıb on beş dəqiqə dəmlənir. Daha sonra təmiz bir tənzif və ya təmiz bez bu çayın içinə batırılaraq problemli bölgəyə gündə iki dəfə tətbiq edilir. Hamilə və əmizdirən qadınlar böyürtkən yarpaqlarını istifadə etməməlidir.


dılay | 10 mart 2016 20:50 | Status: Brilliant user | Şərh: 8 182
Yemeyi de xoslayiram.murebbesin de
Sabahım. | 27 iyun 2015 20:32 | Status: Professional user | Şərh: 3 359
Yemeyi de xoslayiram.murebbesin de her il ed direm
SEVDA | 27 iyun 2015 15:15 | Status: Nəzarətçi | Şərh: 17 437
Her il kompotunu ve mürebbesini edirem.twk...
Dəniz qızı | 27 iyun 2015 14:14 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: boris arxan
xowum gelir murebbesinden
Lumia | 27 iyun 2015 13:01 | Status: Professional user | Şərh: 5 378
Cox sevirem boyurtkeni tesekkurler Gul xalam.
Nergiz love | 25 iyun 2015 17:48 | Status: Professional user | Şərh: 7 871
Cox xosladiqim meyvedi umumiyyetle butun meyveleri sevirem.hamisida insan orqanizmicin faydalidi
nunuuuu | 25 iyun 2015 17:23 | Status: Qonaq | Şərh: 0
Daddidìiiii 0110
NurRuslan | 25 iyun 2015 17:04 | Status: Şərhçi | Şərh: 376
Qizdirmam olanda murebbesin qati eleyib cayla icirem faydalidi
Ay_Sun | 25 iyun 2015 16:09 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: boris arxan
xowum gelir murebbesinden
Sienna | 25 iyun 2015 14:43 | Status: Şərhçi | Şərh: 287
Melumat ucun tewekkurler
Ag Gul | 25 iyun 2015 14:42 | Status: Professional user | Şərh: 4 333
Sitat: Gulus.
Boyurtkeni xowlayiram,kende olanda meseye boyurtken yigmaga ve yemeye gedirdik
BULUTUM | 25 iyun 2015 14:32 | Status: Professional user | Şərh: 7 386
Cox sevirem.Faydali oldugunu bilirdim.
gül həyat | 25 iyun 2015 14:03 | Status: VİP user | Şərh: 548
Kənddə nənə gilin həyətinnən yığırdıq,mürebbəsidə qeşəngdi.Lap yadıma düşdü eeee,
boris arxan | 25 iyun 2015 13:49 | Status: Professional user | Şərh: 4 783
xowum gelir murebbesinden
Gulus. | 25 iyun 2015 12:46 | Status: Professional user | Şərh: 2 436
Boyurtkeni xowlayiram,kende olanda meseye boyurtken yigmaga ve yemeye gedirdik
Real Madrid CF | 25 iyun 2015 12:21 | Status: Qonaq | Şərh: 0
Ela meyvedir .