Sağlamlıq / Xalq təbabəti

Tərxun təbii dərmandır

Gülçin | 19-04-2015, 14:38
4 196 24
 
 


Tərxun (avropalılar bu bitkini "estraqon" adlandırırlar) qədim vaxtlardan müalicəvi bitki kimi çox geniş istifadə olunurdu.
Qədim vaxtlarda tərxunun köməyi ilə sinqa (vitaminsizlik nəticəsində dişlərin laxlanması və tökülməsi), baş ağrıları, cinsi zəiflik və bir çox digər xəstəlikləri müalicə edirdilər.
Müasir tibbdə də tərxun istifadə olunur, onu dərman preparatların tərkibinə daxil edirlər.
Tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində tərxundan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu - 2 həftə.
Tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir. Tərxundan çox yaxşı enerji içki hazırlamaq olar. Lakin dükanlarda satılan enerji içkilərdən fərqli olaraq bu təbii vasitə sizə yalnız xeyir gətirəcək. Bunun üçün 100 qr tərxun, 2 orta ölçüdə limon, şəkər tozu (zövgünüzə görə) istifadə olunur. Tərxunu xırda doğrayın, limonu 2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l su əlavə edin. Vam odda qaynayana kimi qızdırın, 1-2 dəqiqə ərzində qaynadın və sonra oddan götürüb termosa tökün də 1-2 saat ərzində dəmləyin. Daha sonra şüşə qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için.
Tərxun həmçinin orqanizmə qurdəleyhinə təsir edir. Bu xüsusilə uşaqlara üçün vacibdir. Tərxunu salatlara, qidalara əlavə edin.
Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur.
Tərxun orqanizmə yüngül sidikqovucu təsir edir və həmçinin iltihabəleyhinə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlər tərxunu sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə edir.
Ağız boşluğu iltihabları zamanı tərxunun dəmləməsi çox yaxşı müalicəvi təsir edir. Tərxun dəmləməsi həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını və diş ağrılarını azaldır.
Müxtəlif dermatitlər, ekzema və s. dəri xəstəlikləri zamanı tərxun dəmləməsi ilə islatmalar çox yaxşı kömək edir. Dəmləmədə steril tənzif isladın və dəriyə qoyub 20-30 dəqiqə ərzində saxlayın.
Tərxun damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.
Tərxun antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi cavanlaşdırır və ziyanlı maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir.
 
sağlamol.az

  1. dılay | 8 mart 2016 17:31 | Status: Brilliant user | Şərh: 8 185
    Faydali oldugunu bilirem,cox sevirem.
  2. Real Madrid CF | 1 iyun 2015 21:16 | Status: Qonaq | Şərh: 0
    Tesekkurler terxunu sevmesemde faydasi haqqinda bilirdim.
  3. Sunay Elizade | 23 may 2015 19:39 | Status: Gümüş user | Şərh: 2 157
    faydali xebere gore twk canim
  4. Ay_Sun | 29 aprel 2015 19:41 | Status: Brilliant user | Şərh: 13 409
    Faydali oldugunu bilirem,cox sevirem.
  5. gulu_95 | 22 aprel 2015 00:54 | Status: Şərhçi | Şərh: 568
    tərxumun faydaların bilirəm.amma sevmirəm
  6. Nara88 | 21 aprel 2015 17:24 | Status: Professional user | Şərh: 4 254
    tesekkurler
  7. Gulya2676 | 21 aprel 2015 14:55 | Status: Gümüş user | Şərh: 2 587
    Sitat: Sevgim
    Twk xeber ucun)
  8. lady sweet | 21 aprel 2015 03:41 | Status: Gümüş user | Şərh: 1 880
    Sitat: Lumia
    Olurem terxun ucun,hele limonadini lap cox sevirem.Tesekkurler Gul xalam.
  9. boris arxan | 21 aprel 2015 02:08 | Status: Professional user | Şərh: 4 784
    Sitat: Lumia
    Olurem terxun ucun,hele limonadini lap cox sevirem.Tesekkurler Gul xalam.
  10. Nergiz love | 21 aprel 2015 00:57 | Status: Professional user | Şərh: 7 871
    [quote=kristal]Yalnız limonad icirem.hec bir goyertini ciy halda yeye bilmirem.
  11. Dəniz qızı | 20 aprel 2015 19:29 | Status: Brilliant user | Şərh: 8 019
    Sitat: Ag Gul
    Tərxunu sevirəm təşəkkürlər xalacan
  12. Ag Gul | 20 aprel 2015 16:56 | Status: Professional user | Şərh: 4 333
    Tərxunu sevirəm təşəkkürlər xalacan
  13. Gülçin | 20 aprel 2015 14:10 | Status: Brilliant user | Şərh: 6 781
    Şərh yazan hər kəsə təşəkkür edirəm. love
  14. Gulshen. | 20 aprel 2015 11:59 | Status: Qonaq | Şərh: 0
    Terxun sevmirem, yemirem, tewekkur melumat ucun
  15. Sariwka1 | 20 aprel 2015 08:37 | Status: VİP user | Şərh: 1 774
    Sitat: Sevgim
    Twk xeber ucun)
  16. kristal | 20 aprel 2015 08:15 | Status: VİP user | Şərh: 1 184
    Yalnız limonad icirem.hec bir goyertini ciy halda yeye bilmirem.
    Bilirem ki hec bir vitamini qalmir biwende.sehv edirem.
  17. Narin-Ulker | 20 aprel 2015 01:37 | Status: Gümüş user | Şərh: 2 749
    ah o terxununu kotuyuqarisiq mene baqisliyan olsaydi omur boyu ona minnetdar olardim
  18. SEVDA | 20 aprel 2015 00:21 | Status: Nəzarətçi | Şərh: 17 443
    Melumatlara göre twk...
  19. isabala | 19 aprel 2015 23:36 | Status: Şərhçi | Şərh: 457
    cox sevirem terxunu ona görede yoldaşim cox alir limonadini da cox sevirem.
  20. BULUTUM | 19 aprel 2015 22:37 | Status: Professional user | Şərh: 7 392
    Qaynanam terxundan kampot hazirlayir super dadli olur.yayda serin halda icirik.cox sevirem.tewkkurler
  21. Aynur_Mezahirli | 19 aprel 2015 22:02 | Status: Qonaq | Şərh: 0
    Sitat: Lumia
    Olurem terxun ucun,hele limonadini lap cox sevirem.Tesekkurler Gul xalam.

    Məndə. Təşəkkür Gülçin xanım. 0140 love
  22. Lumia | 19 aprel 2015 20:28 | Status: Professional user | Şərh: 5 380
    Olurem terxun ucun,hele limonadini lap cox sevirem.Tesekkurler Gul xalam.
  23. FarizEhmedli | 19 aprel 2015 16:44 | Status: Şərhçi | Şərh: 198
    tewekur xeberw gore
  24. Sevgim | 19 aprel 2015 16:36 | Status: Şərhçi | Şərh: 116
    Twk xeber ucun)