Sağlamlıq / Xalq təbabəti

Nar suyu ürək dostudur

Ag Gul | 27-12-2014, 13:30
2 420 25
 
Анимашки Линии
 
Latınca punica granatum olaraq bilinən nar, yaz aylarında sərin meyvə suyu olaraq, sağlamlıq baxımından da xüsusilə qışda istehlak edilməsi lazım olan bir meyvədir. Eyni zamanda təbii antibiotikdir. Çünki immunitet sistemini gücləndirərək bir çox xəstəlikdən qoruyur. Ehtiva etdiyi bəzi maddələr sayəsində xolesterol və şəkəri tarazlayır, ürək sağlamlığını qoruyur, xərçəng hüceyrələrinin inkişafına maneə törədir. Bədənin müdafiə sistemini güzləndirir. Dənə olaraq istehlak edildiyi kimi suyu da sıxılıb içilə bilən narın dəri xərçənginə və prostat xərçənginə qarşı qorucuyucu təsiri var. Narın, enerji verici və təzyiq salıcı xüsusiyyətləri var. İshala qarşı istifadə edilə bilən nar, eyni zamanda bağırsaq paraziti olan tenyaları yox etmək üçün çox təsirlidir. Mövsümündə suyu sıxılaraq, salatlara sous olaraq istifadə edilərək nəfs bir dad və rəng verir. Nar kalium və dəmir baxımından çox zəngindir və C vitamini anbarıdır. Qüvvətli bir antioksidan olan narın əhəmiyyətli xüsusiyyətlərindən biri də ümumi damar sağlamlığını, xüsusilə də ürəyi qorumasıdır. Mütəxəssislər, narın damar tutulmalarının yüzdə 44 nisbətində gerilətdiyini söyləyir.
Narın damar sərtliyinə qarşı güclü təsirinin olduğu elmi işlərlə göstərilmişdir. Araşdırmalarda, nar suyunun qırmızı şərab və yaşıl çaya nisbətən üç qat daha güclü antioksidan təsirə sahib olduğu tapıldı. Antioksidanların oksidlənməyi önlədiyi bilinir. Bunu bədənimizdəki bəzi fermentləri artırıb müdafiə mexanizmamızı daha da gücləndirərək edərlər. Qabığının güclü virus və mikrob öldürücü xüsusiyyəti var. Nar çiçəyi, Hindististanda şəkər xəstəliyi üçün istifadə edilir.
 
 
Nar suyunun faydaları:
 
 
Təzyiqi salar, ürəyi qoruyar.
 
 İnsanı infeksiyalara qarşı qoruyar.
 
Damar sağlamlığını qoruyar.
 
Qanı artırar, enerji verər.
 
İmmunitet sistemini gücləndirər.
 
 Mikrob öldürücü təsirə malikdir.
 
 Xolesterol və şəkəri tarazlayır.
 
 Bağırsaq parazitlərinin düşmənidir.
 
İshala qarşı yaxşı gəlir.
 
 

dılay | 9 mart 2016 23:12 | Status: Brilliant user | Şərh: 8 183
Faydalı xəbərdir narı çox sevirəm
Sunay Elizade | 23 may 2015 19:43 | Status: Gümüş user | Şərh: 2 156
nar širesini cox sevirem herden ičirem.
Narin-Ulker | 28 dekabr 2014 23:28 | Status: Gümüş user | Şərh: 2 748
meyvelerin hamisini cox sevirem basdada nari ne yazziqki men yasayan yerdenar deficittdi
Ag Gul | 28 dekabr 2014 19:21 | Status: Professional user | Şərh: 4 333
Təşəkkür edirəm hər kəsə çox sağ olunnnnn
SEVDA | 28 dekabr 2014 17:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Wirin narı xosluyuram...twk
Ay_Sun | 28 dekabr 2014 15:38 | Status: Brilliant user | Şərh: 13 408
Cox beyendim,cox faydali xeberdir.Tesekkur canim.
Nergiz love | 28 dekabr 2014 15:31 | Status: Professional user | Şərh: 7 871
Sitat: Aynur_Mezahirli
Faydalı xəbərdir narı çox sevirəm, təşəkkür canım.


Mende cox xosluyuram.
Dəniz qızı | 28 dekabr 2014 09:06 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: dream reality
Nardan xoşum gəlir təşəkkürlər.
ALLEGRETTO | 27 dekabr 2014 19:54 | Status: Gümüş user | Şərh: 2 218
Həəə Naaar siz nardan danışırsız laughing )))) gerçəkdən gözəl meyvə tipkı sevgilimin dodaqlarına oxşayır qıpqırmızı )))) amma dadı xasiyyətinə oxşayır ..sevgilimin xasiyyəti narın dadı kimi tum turşşş off bilmirəm onun əlindən harya gedim wink
Girl | 27 dekabr 2014 19:38 | Status: Professional user | Şərh: 8 206
Çox xoşlayıram narı.
dream reality | 27 dekabr 2014 19:27 | Status: Professional user | Şərh: 1 449
Nardan xoşum gəlir təşəkkürlər.
Aytekin82 | 27 dekabr 2014 19:02 | Status: Brilliant user | Şərh: 6 587
Düzdü ürəyin dostudu, amma bağırsaqların düşməni... wink
SABINA | 27 dekabr 2014 18:39 | Status: Professional user | Şərh: 7 410
men nari hec sevmirem
Qanad | 27 dekabr 2014 18:27 | Status: Yazar | Şərh: 4 357
NAR TACLI MEYVE
Nar agaci ,nar ciceyi
ehtibar | 27 dekabr 2014 17:44 | Status: Gümüş user | Şərh: 2 547
nari sevmeyen varmi ?
Gülçin | 27 dekabr 2014 17:07 | Status: Brilliant user | Şərh: 6 780
Nar ən çox sevdiyim meyvələrdən biridir. Ancaq, bir dənədən artıq yeyə bilmirəm, təzyiqim aşağıdır.
BULUTUM | 27 dekabr 2014 15:40 | Status: Professional user | Şərh: 7 387
Nari coxxx sevirem evimiz doludu.

Sitat: sonsuz ucurum
he canim men de her gun qaynanam ucun sixiram,qani azdir deye

Qetiyyen qn qaldirmir.qani durulawdirir.yuxaridada sehv yaziblar.
Elgun_Azizov | 27 dekabr 2014 15:29 | Status: Professional user | Şərh: 1 393
- Narı sevirəm adı hələndə belə kifayədiki ağız sulansın çoh qəribə meyvədi.
Aynur_Mezahirli | 27 dekabr 2014 15:00 | Status: Qonaq | Şərh: 0
Faydalı xəbərdir narı çox sevirəm, təşəkkür canım.
xanim KAPRIZKA. | 27 dekabr 2014 14:29 | Status: Qonaq | Şərh: 0
Masallah narin ne qeder faydasi var imis wink
Menim balam. | 27 dekabr 2014 14:20 | Status: Şərhçi | Şərh: 25
Teşekkürler. Faydasını bu qeder bilmirdim.
Nazlı_Kız | 27 dekabr 2014 14:15 | Status: Brilliant user | Şərh: 6 473
Faydalı məlumat üçün çox sağol canım narı çox sevirəm love
Naranin Ureyi | 27 dekabr 2014 13:58 | Status: Gümüş user | Şərh: 1 577
Cox sevirem nari.Tezyiqim awagi olur deye az yeyirem.
SARAXATUN | 27 dekabr 2014 13:41 | Status: Professional user | Şərh: 1 529
Her gun yeyirem sevdiyim meyvedi
sonsuz ucurum | 27 dekabr 2014 13:38 | Status: Gümüş user | Şərh: 786
he canim men de her gun qaynanam ucun sixiram,qani azdir deye