Sağlamlıq / Xalq təbabəti

Qoz mürəbbəsi hansı xəstəliklərin dərmanıdır? - cavabı bizdə

leyla meherremova | 22-10-2014, 18:00
20 674 27

 
 Qozun, xüsusilə də yaşıl qozla hazırlanan mürəbbənin faydaları saymaqla bitməz. B1, B2 C, E vitamin bolluğu ilə bilinən mürəbbə müntəzəm istehlak edilməlidir. Belə ki, uşaqların böyüklərin sağlam qidalanmasına köməkçi olması üçün səhər, günorta axşam qəbul edilməsi lazımdır...
Xüsusilə də klimaks dövründə qadınlarda yaranan sümük əriməsini qarşısını almaq baxımından olduqca faydalı olduğu məlimdur.
 
Bundan başqa qoz mürəbbəsi aşağıda sadaladığımız xəstəliklərə qarşı da olduqca təsirlidir...
  
      Astma və bronxitə yaxşı təsir edir, bronxlar rahatlaşdırar.

     Yaşıl qoz dəri xəstəliklərinin (Eqzema, Vərəm, xərçəng və s.) müalicəsində istifadə olunan Juglon və Paradontosis maddəsi ehtiva edir.

     Hamiləlikdə körpənin zehni və fiziki inkişafına böyük qatqı təmin edir.

     Eyni zamanda möhtəviyatında (şirəsində) bol miqdarda Absorbik turşusu vardır.

     Yaşıl qozun C, B1, B2, PP, karotin kinon, kimi vitaminlər baxımından da boldur.

     Qoz preparatlarının bakteriyaları öldürən və ümumi mənada sağlamlığı yaxşılaşdıran antisklerotik, anti-enflamatuar, soxulcanları öldürən və yaraları sağaldan xüsusiyyəti vardır.

     Kalori dəyəri baxımından birinci sinif ağ çörəyin kalori dəyərinin iki qatıdır.
   
  Cinsi gücü artırır.
    
Cinsi istəksizliyi aradan qaldırır.
  
Hər baxımdan təbii doping qaynağıdır.
  
   Həzm sistemini tənzimləyir.
    
Bağırsaqları təmizləyir.
 
     Xolesterol salıcıdır.
 
    Bədən müqavimətini artırir.
 
     Qurdqovucu təsiri vardır.
   
  C vitamini mənbəyidir.
 
     Yaşıl qoz, maddələr mübadiləsini yaxşılaşdırır.
 
   Orqanların qoruyucu təsirini artırır.
 
     Kiçik uşaqlarda sümük hüceyrələrinin inkişafına faydalıdır.
   
   Qandakı xolesterolu xoşxassəli HDL -sini yüksəldib, pis xasiyyətli LDL  və triqliserid səviyyəsini də aşağı salır.
 
Qoz mürəbbəsinin hazırlanma qaydası
  
Yaşıl, hələ bərkiməmiş, qabığı soyulmuş qoz – 1 kq.
 
 Şəkər – 1,5kq
 
Limon turşusu – 3 x/q.
 
Mixək – 3 x/q. və ya hil – 3 x/q. 
 
Qeyd: 50 ədəd qoza 1 kq şəkər
 

Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəngli suya qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşərək yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün təmiz suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20-25 dəq. pörtlədilir. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda limon turşusu, zövqə görə vanilin, mixək və ya hil əlavə edilir və ümumilikdə qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.

 

Əhəngli suyun hazırlanması.

 

Əhəng suyunu hazırlamaq üçün 500 qr. təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

 
Nuş olsun, hər zaman sağlam olun!
 http://sifalibitkilervedogaltedavi.com/resimler/sifalibitkiler/ceviz.gif
@Xəbər azadqadın. az saytına məxsusdur, istifadə edərkən istinad mütləqdir.



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. Mister Elyana | 6 sentyabr 2016 21:22 | Status: Şərhçi | Şərh: 379
    biwirem.cox sevirem.bilirem xeyirini.hemde qonaq qarwilayanda da sufre ucun yaxwidi innocent
  2. Gülay | 27 aprel 2016 20:44 | Status: Qonaq | Şərh: 0
    Sitat: ESMERRi
    Sitat: kiraz mevsimi
    Duzun desem qozu ele bele yemeyi sevirem amma evde hec kim sevmediyi ucun anam hazirlamir.

    G
  3. ESMERRi | 8 dekabr 2015 21:26 | Status: Brilliant user | Şərh: 5 395
    Sitat: kiraz mevsimi
    Duzun desem qozu ele bele yemeyi sevirem amma evde hec kim sevmediyi ucun anam hazirlamir.
  4. dılay | 8 noyabr 2015 16:15 | Status: Brilliant user | Şərh: 8 222
    Hec sevmirem
  5. Elcin sangu........ | 18 oktyabr 2015 00:33 | Status: VİP user | Şərh: 631
    men hecde xoslamiram
  6. Real Madrid CF | 9 may 2015 17:59 | Status: Qonaq | Şərh: 0
    Duzun desem qozu ele bele yemeyi sevirem amma evde hec kim sevmediyi ucun anam hazirlamir.
  7. gunay.asadova | 9 yanvar 2015 15:09 | Status: Qonaq | Şərh: 0
    Menim anam bisirir
  8. SARAXATUN | 3 yanvar 2015 14:14 | Status: Professional user | Şərh: 1 532
    En Cox sevdiyim murebbedi amma bu qeder xeyri oldiqunu bilmirdim
  9. Narin-Ulker | 21 dekabr 2014 12:42 | Status: Gümüş user | Şərh: 2 755
    men bu il birinci defe birdim eheng tapmadim ,basqa olkede yasayiram, sodali suya qoydum yazildiqi kimi bisirdim amma xosum gelmedi meyveleri yumusaq oldu suyuda pesoklasdi men qoz nurebbesini berk xosduyuram
  10. SEVA | 25 oktyabr 2014 21:06 | Status: Professional user | Şərh: 5 156
    tesekkurler
  11. Röyamsan. | 24 oktyabr 2014 10:03 | Status: Brilliant user | Şərh: 6 103
    Qoz mürəbbəsi ən sevdiyim mürəbbədir. Faydalı xəbər üçün təşəkkürlər canım.
  12. Sevda_88 | 23 oktyabr 2014 23:08 | Status: Şərhçi | Şərh: 371
    bilmirdim, oyrendim
  13. ehtibar | 23 oktyabr 2014 08:51 | Status: Gümüş user | Şərh: 2 548
    xowlamadigim bir weydir qoz murebbesi
  14. SEVDA | 23 oktyabr 2014 08:43 | Status: Nəzarətçi | Şərh: 17 483
    Qoz mürebbesini heç xowlamıram.twk...
  15. Sariwka1 | 23 oktyabr 2014 08:36 | Status: VİP user | Şərh: 1 778
    Bu mən bacaran iş deyil
  16. Dəniz qızı | 23 oktyabr 2014 08:14 | Status: Brilliant user | Şərh: 8 054
    Mamam bişirə bilir,mən yox
  17. gulya20 | 23 oktyabr 2014 00:30 | Status: Professional user | Şərh: 4 680
    Vallah hec faydalari ile maraqlanmamisdim.Sadece cox xoslayiram.Tesekkurler melumata gore.
  18. SABINA | 22 oktyabr 2014 23:12 | Status: Professional user | Şərh: 7 416
    Cox sevdiyim murebbedir.tesekkurler.faydalarini bilmirdim
  19. (((RM))) | 22 oktyabr 2014 21:56 | Status: Şərhçi | Şərh: 66
    Çox sağ olun xəbərə görə bizdə həmişə bişiririk qoz mürəbbəsi çox da xoşlayıram 1 i qaldı demədiz süd verən anaların da süfnü artırır
  20. Ay_Sun | 22 oktyabr 2014 20:28 | Status: Brilliant user | Şərh: 13 432
    Oluremde qoz murebbesi ucun.Gelen ay Insallah yene mama gonderecek,beh-beh.
  21. amerika | 22 oktyabr 2014 19:41 | Status: Şərhçi | Şərh: 278
    Çox sevirem ,qoz mürebbesin.bon appetit!
  22. Qoz murebbesini esitmemisdim nede yememmisdim.tesekkurler
  23. ada.. | 22 oktyabr 2014 18:47 | Status: Qonaq | Şərh: 0
    Qoz murebbesini hec canli gormemisem yememisem feel
  24. Ag Gul | 22 oktyabr 2014 18:44 | Status: Professional user | Şərh: 4 338
    təşəkkürlər son bir ildi qoz mürebbesine bağlanmışam
  25. Nazlı_Kız | 22 oktyabr 2014 18:44 | Status: Brilliant user | Şərh: 6 475
    Düzünü desəm qoz mürəbbəsini sevmirəm amma yenədə faydalı məlumat üçün çox sağol canım mənim 0109
  26. fea | 22 oktyabr 2014 18:37 | Status: Gümüş user | Şərh: 1 737
    Sitat: ♥Sevgi♥
    Çox sevirəm qoz mürəbbəsini...Faydalı olduğunu bilirdim.Amma bilmədiyim faydalarını da öyrənmiş oldum.Xəbər üçün təşəkkür canım.

    aynen canim
  27. Aynur_Mezahirli | 22 oktyabr 2014 18:05 | Status: Qonaq | Şərh: 0
    Qoz murebbesi cox dadli olur, bu qeder faydali oldugunu bilmirdim bilmis oldum tesekkurler baci 0100