Sağlamlıq / Xalq təbabəti

Təzə sıxılmış meyvə sularının faydaları

RaySum | 23-01-2014, 19:30
11 202 25
 
 

Xəstəliklərdən qorunmaq üçün təzə sıxılmış meyvə suyu üçün.
 
 
 
Təzə sıxılmış meyvə sularının konsentrasiya olunmuş meyvə sularından çox daha faydalı olduğunu hamımız bilirik. Konsentrasiya olunmuş meyvə suları vitamini olmayan şəkərli sulardır. Qış aylarında xəstəliklərdən qorunmaq üçün vitamini bol olan qidaları qəbul etmək lazımlıdır.
 
 
Portağal şirəsi
Portağal suyunun faydaları saymaqla bitməz. Portağalın meyvəsi və suyu qış aylarının imtina edilməzdir. İçərisindəki C vitamini sayəsində bizləri soyuqdəymədən qoruyar. Bu tərz sıxılmış meyvə suları təzə olaraq qəbul edilməlidir. Portağal C vitaminilə yanaşı B vitamini, kalium, kalsium, maqnezium da ehtiva edir. Liflər, orqanik turşular və şəkər baxımından da zəngindir. Edilən bir araşdırmaya görə portağal suyunun içərisindəki kalium və maqnezium infarktından qoruyur.
 
Kök şirəsi
İçərisindəki A vitamini gözlərə çox faydalıdır, eyni zamanda immunitet sistemini də gücləndirir və təbii bir antioksidandır. Müalicəedici xüsusiyyətləri çoxdur, digər tərəvəzlərin suyu ilə  uyğunlaşması baxımından böyük bir sağlamlıq anbarıdır. Kök şirəsi orqanizmə daxil olduqda, birbaşa olaraq A vitamininə çevrilir. Bu da bizim gözlərimizə, immunitet sistemimizə, sümüklərimizə və dişlərimizə böyük ölçüdə güc qazandırır. Xərçəngə gətirib çıxaracaq  bir çox zərərli maddənin bədənimizdən atılmasını asanlaşdırar və yaşlanmağı gecikdirər. Mütəxəssislər xüsusilə hamilə qadınların kök suyu içməsini tövsiyə edirlər. Əgər kök sununu tək başına içmək istəməsəniz alma suyu ilə qarışdıraraq içə bilərsiniz, bu çox ləzzətlidir.

 Nar şirəsi
Bazardan aldım 1 dənə evə gəldim 1000 dənə! wink Rəngi ​​və kiçik dənələriylə böyük və kiçiklərin sevdiyi çox faydalı bir meyvədir. Latınca adı "Punica Granatum" olan nar, təbii bir dərman olaraq təyin olunmaqdadır. İmmunitet sistemini gücləndirir. Infeksiyalara qarşı bədənin müqavimətli olmasını təmin edir. Xolesterol salıcı və tənzimləyici təsiri ilə ürək dostudur. Nar suyunu sıxmaq çətin kimi görünsə də artıq çox praktik nar sıxma və ya dənələrini ayırma aparatları vardır, bunlardan təmin edə bilər və ya təzə sıxılmış meyvə suları satan markətdən  faydalana bilərsiniz.
 
Alma şirəsi
Tox tutma xüsusiyyəti ilə bilinən alma diyeta saxlayan kəslərin imtina edilməz meyvəsidir. Almanın suyu və özü olduqca faydalıdır. Dadının çox ləzzətli olmasından əlavə dəri üçün də çox faydalıdır. Alma suyunda bol miqdarda C və E vitamini var. Bundan əlavə alma suyundakı antioksidant maddələrin dəri sağlamlığına böyük qatqısı vardır. Yaşıl və qırmızı almanı yeməkdən ya da suyunu içməkdən qorxmayın. Kafi vitamin və minerallardan faydalanmaq üçün gündə 1 stəkan içmək kafi olacaq.
 
Pomidor şirəsi
Pomidorun faydalarını hamımız bilirik bəs pomidorun suyu?! Pomidor tam bir sağlamlıq anbarıdır. Oynaq ağrılarınızdan tutmuş, mədə ağrısı, yanması və qripə qədər hər cür xəstəliyin təbii dərmanıdır. Bol miqdarda C və E vitamini qəbul etməkdədir. Qan təzyiqini azaldır, bədənin su tutmasına maneə törədər və bağırsaqların düzgün bir şəkildə işləməsini təmin edər. Nişastalı yeməklərdən sonra pomidor suyu içmək həzmi asanlaşdırır, xüsusilə dəriyə təravət və sağlam rəng verər.
 
 
Qreypfrut şirəsi
Portağala bənzəyən və sitrus bitkiləridən olan qreypfrut, faydaları baxımından dərman kimidir. Kalori və yağ yandırmadan maddələr mübadiləsini tezləşdirməkdə olduqca təsirlidir. İngilislər səhər yeməklərində qrepfrutu ortadan ikiyə bölüb üzərinə toz şəkər səpib qaşıqla yeyirlər. Diş əti qanamalarında da olduqca təsirlidir. Nikotinin bədəndən atılmasını və siqaret çəkmə istəyini azaldır. Dərmanların təsirlərini artırma xüsusiyyəti mövcuddur. Faydalarının yanında bəzi hallarda zərəri də ola bilər. Bu səbəblə diqqətli qəbul edilməsində fayda vardır. Qəti olaraq dərmanlarla birlikdə qəbul edilməməsi lazım olduğunu ifadə etməliyik, bu zəhərlənmələrə yol aça bilər. Təzyiq salıcı xüsusiyyəti vardır. Gündə ən çox bir stəkan qreyfurt şirəsi lazımlı vitaminləri almağınızı təmin edəcək.
 
Ananas Suyu 
İçərisindəki B vitamini səbəbi ilə dərinin və saçların gözəlləşməsini təmin edir. Son zamanlarda diyeta saxlayan kəslər ananas yeməyin ya da suyunu içməyin arıqlamada təsiri olduğunu bildirirlər. Mədə və bağırsaqları təmizləmə xüsusiyyəti vardır. Ananas alarkən üzərindəki yarpaqların yaşıl və təzə olmasına diqqət yetirin. Ananasın qan durulducu dərmanlarla birlikdə istifadə edilməsi tövsiyə edilmir. Suyunu sıxaraq və ya meyvəsini yeyərək bu meyvədən faydalana bilərsiniz. 
 
 
 
Redaktə etdi: Leyla Məhərrəmova

leyla_nazim | 10 aprel 2015 16:11 | Status: Qonaq | Şərh: 0
Men ogluma her gun verirem
Röyamsan. | 29 sentyabr 2014 14:15 | Status: Brilliant user | Şərh: 6 102
Faydalı və lazımlı xəbərdir. Təşəkkürlər...
FLOVERandGİRL | 17 avqust 2014 17:17 | Status: Professional user | Şərh: 3 251
Sitat: cuci
TESEKKURLER
SABINA | 14 iyul 2014 14:19 | Status: Professional user | Şərh: 7 410
TESEKKURLER
Zulya | 12 iyul 2014 17:38 | Status: Gümüş user | Şərh: 1 640
Faydali xeberdi .ama men sire sevmirem icmirem
Gulshen. | 19 fevral 2014 08:23 | Status: Qonaq | Şərh: 0
Sitat: Nailya
faydalı xebere göre twk...

Nefesim | 13 fevral 2014 09:29 | Status: Gümüş user | Şərh: 938
Sitat: Gulus.
faydali xeberdir tesekkurle

SevilenQadin | 26 yanvar 2014 17:41 | Status: Şərhçi | Şərh: 384
Qreyfrutun sokun,almanin,portagalin,pomidorun sokun,meyve sokun cox sevirem bir sozle lovetewekkurler
gulya20 | 25 yanvar 2014 02:54 | Status: Professional user | Şərh: 4 677
Portagal siresini ve alma siresina kok eleve olunduqda xoslayiram,qreyfurtun xeyirli oldugunu bilirdim urek damar sistemi xesteliklerinede cox xeyirlidi.Tesekkurler.
Ay_Sun | 24 yanvar 2014 21:15 | Status: Brilliant user | Şərh: 13 409
HAMSINDANDA ISTIFADE EDIREM COX FAYDALIDIR XEBER UCUN TESEKKUR
Gulus. | 24 yanvar 2014 15:19 | Status: Professional user | Şərh: 2 436
faydali xeberdir tesekkurler
NURLU | 24 yanvar 2014 13:34 | Status: Professional user | Şərh: 5 552
beh-beh nece gozel gorunurler,lap istedim,amma tez tez tebii sire icmirem
MELEK_ | 24 yanvar 2014 11:03 | Status: Professional user | Şərh: 3 949
beh-beh-beh, tesekkurler
SEVDA | 24 yanvar 2014 10:04 | Status: Nəzarətçi | Şərh: 17 441
faydalı xebere göre twk...
anuta | 24 yanvar 2014 07:58 | Status: Şərhçi | Şərh: 395
Cox sagol gozel melumatlardir
Aylin_Cicek | 23 yanvar 2014 22:14 | Status: Şərhçi | Şərh: 550
FAYDALI XEBERDIR TESEKKUR 
AYAN A-VA | 23 yanvar 2014 21:49 | Status: Gümüş user | Şərh: 1 722
MEN ANANS BIRDE PORTAGAL SIRESNI COX SEVIREM ,MENE HEKIM YAZMISDI HER GUN EQBUL EDIREM TEBII SIRELER.TEWEKKURLER FAYDALI XEBER GORE
Nazlı_Kız | 23 yanvar 2014 21:30 | Status: Brilliant user | Şərh: 6 473
FAYDALI XEBER UCUN COX SAGOL CANIM....
DENIZ QIZI3 | 23 yanvar 2014 20:56 | Status: Gümüş user | Şərh: 3 858
Sitat: alice.
Təbii şirələri sevirəm.... Hər birinin ayrı bir vitamini, ayrı bir dadı var.... 

M.Aliyeva | 23 yanvar 2014 20:47 | Status: Gümüş user | Şərh: 1 970
COX SAG OLUN FAYDALI MESLEHETCUN . 
Aynur_Mezahirli | 23 yanvar 2014 20:38 | Status: Qonaq | Şərh: 0
Butun meyvelerin suyunu xoslayiram birce qreyfurutu xoslamiram aci olur. Xeber ucun tesekkurler!
Gülçin | 23 yanvar 2014 20:31 | Status: Brilliant user | Şərh: 6 780
faydali meslehete  gore  tesekkurler.
Meryem_Duyqu | 23 yanvar 2014 20:26 | Status: Yazar | Şərh: 4 130
Sadalanan şirələrdən yalnız portağal,nar və pomidor şirəsindən istifadə edirəm.
Alice | 23 yanvar 2014 20:23 | Status: Professional user | Şərh: 5 020
Təbii şirələri sevirəm.... Hər birinin ayrı bir vitamini, ayrı bir dadı var.... 
Nigar | 23 yanvar 2014 20:09 | Status: Gümüş user | Şərh: 6 063
viwne wiresini cox sevirem