Xalq təbabəti / Maraqlıdır

Güldəfnə bitkisi və faydaları

Alice | 8-11-2013, 16:30
31 335 26
 
 

 Güldəfnə.

Güldəfnə qədim ətirli ədviyyə bitkilərindən hesab edilir. Bitkiyə qədimdən "yunan ot-alafı" deyilir. Onu da qeyd edək ki, bu bitkinin toxumları inəklər üçün çox dadlı bir yemdir. Hətta inəklərə verilən yeməyin dadını yaxşılaşdırmaq üçün onların yemlərinə güldəfnə qatılır. Güldəfnənin ətri təzə biçilmiş otun ətrinə çox bənzəyir. Bu ətri ona verən 3-hidroksi-4,5-dimetil-2(5H)-furanon kimyəvi birləşməsidir.
Almanlar bu bitkiyə fenuqrek deyir ki, bu da onların dilindən tərcümədə "keçi buynuzu" deməkdir. Güldəfnəyə ona görə belə deyirlər ki, onun qınları keçinin buynuzlarını xatırladır. Rus dilində isə bitkinin adı "pajit" sözündən götürülmüşdür, tərcüməsi iribuynuzlu heyvanların otlağı deməkdir. Bitkinin latınca adı Trigonella çiçəkləri üçbucaq (trigonon) şəklində olduğuna görə verilmişdir. Amma foenum – ot, graecus yunan, yəni hərfi mənada yunan otu deməkdir. Ərəbcə isə bitkiyə al-hulbah deyilir, bu söz tərcümədə süd deməkdir.

Qədim misirlilər və yunanlar bitkidən tərəvəz kimi istifadə edirdilər. Güldəfnənin toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq edilirdi. Məsələn, Böyük Karl bitkidən keçəlləşmə əleyhinə istifadə etmişdir. Hindistanda isə brahmanlar güldəfnənin yarpaqlarından istifadə edirdi. Bitkinin qovrulmuş toxumlarından şərq ölkələrində hərəmxana qadınları saçlarına gözəl görünüş bəxş etmək üçün yararlanırdılar.
Əsasən bu ölkələrdə bitki xüsusilə çox istifadə edilir: Yunanıstan, Misir, Livan, Suriya. Güldəfnə bu ölkələrdə becərilir: Fransa, Misir, Tunis, Mərakeş, Efiopiya.

Botaniki göstərişi.
Güldəfnə birillik ot bitkisi olub paxlalılara (Fabaceae) aiddir. Gövdəsi az budaqlanan olub 50-60 sm-lik hündürlüyə malikdir. Çiçəkləri xırda olub sarı rənglidir. Güldəfnə çiçəkləmə vaxtı ətrafa özünəməxsus ətir saçır. 4 mm uzunluqlu rombşəkilli qəhvəyi-sarı rəngli xırda toxumları var. Meyvələri üçbucaqşəkilli qında yerləşmişdir. Bir qında 20-ə qədər meyvə olur. Meyvələrin dadı şirintəhər və azca acı olur, qovrulduqdan sonra dadı yaxşılaşaraq yanmış qəndin, şəkərin dadına çevrilir. Bitkinin vətəni Aralıq dənizi sahillərinin şərq hissəsi, Kiçik Asiya hesab edilir.
 
Kimyəvi tərkibi.
Bitkinin toxumlarının tərkibində 0,3%-ə qədər triqonellin alkoloidi, 3,5 mq% PP vitamini, rutin, steroid saponinləri və fitosterinlər, flavonoidlər, selikli və acı maddələr və s. mövcuddur. Bitkinin tərkibində olan 30%-ə qədər selik bakterisid plastırların, bəlğəmgətirici, antisklerotik preparatların hazırlanmasında istifadə edilir. Bitkinin tərkibində mövcud olan diosgenin maddəsi progesterona bənzəyir. Diosgenin orqanizmə daxil olduqda ondan steroid hormonlar və estrogen sintez edilir. Bitki mənşəli diosgenin orqanizmin hormonal balansını tənzimləyir.

 

Tibdə tətbiqi.
Məşhur alim Hippokrat bitkinin müalicəvi xassələrini yüksək qiymətləndirirdi. Qədim Misirdə isə laktasiyanı (südverməni) artırmaq üçün tətbiq edilirdi. Avropada güldəfnə alqomenoreyalar (ağrılı menstruasiyalar) zamanı işlədilir. Çində isə bitki qarın ağrılarını sakitləşdirmək üçün istifadə edilir. Son tədqiqatlar göstərmişdir ki, bitki qanda şəkərin, pis xolesterinin miqdarını aşağı salaraq tənzimləyə bilir. Eyni zamanda bitki qanı durulaşdırır. Bitki tərkibində olan bitki liflərinin miqdarına görə hətta ispanaq və kahını arxada qoyur. Buna görə də o, effektiv işlədicilərə aid edilə bilər.
Əbəs yerə deyil ki, uzun yüzilliklər Misir və Hindistanda bitkini "qadın dərmanı" hesab etmişlər. Güldəfnə qanda androgenlərin səviyyəsini azaldır.

Əks göstəriş.
Güldəfnə hamiləlik zamanı tətbiq edilə bilməz, belə ki, bitki uşaqlığın yığılmasını sürətləndirir. Şəkərli diabet (I tip) xəstələri də bitkidən istifadə etməzdən öncə həkimlə mütləq məsləhətləşməlidirlər. Qanı duru olan insanlar da bitkidən istifadə edə bilməz.
Tətbiqi.
Güldəfnə bir çox ölkələrin mətbəxində müxtəlif adlar altında ədviyyat kimi tətbiq edilir: fenuqrek, fenum-qrek, feniqrek otu, yunan otu, dəvə otu və s. Lakin daha çox tanınmış adı şəmbələdir. Şəmbələ və ya hindlilərin dilində desək, şambala Tibetdə əfsanəvi bir şəhər adıdır. Belə qeyd edirlər ki, bu şəhər bir zamanlar mövcud olmuş, daha sonra isə itmişdir. Onların inancına görə bu şəhərdə tantrizm və buddizmin sirləri gizlənir. Məhz buna görə də güldəfnə hindlilərin sevimli bitkisinə çevrilmişdir və onlar bitkiyə qarşı böyük hörmətlə yanaşırlar. Qurudulmuş ot və toz halına salınmış şəkildə onlar güldəfnəni "yaşıl pendirə" əlavə edirlər. Bu ədviyyə yeməklərə qovrulmuş fındıq dadı bəxş edir. Onu da qeyd edək ki, bəzən karri ədviyyatının 15-20%-ni məhz güldəfnə təşkil edir. ABŞ-da rom və digər içkilərin ətirləndirilməsi üçün bu bitki istifadə edilir. Onu bəzən xəmirə də əlavə edirlər. Hindistanda isə ondan qəhvənin surroqatını, təzə dərilmiş tər formasından isə salatlar hazırlayırlar. Bitkinin toxumlarını toz halına salmaq bir qədər çətin olduğuna görə o, satışda toz halında mövcud olur.

Yetişdirilməsi.
Bitki işıqsevəndir, ona görə də günəşli yerlərdə yetişdirilir, toxumlar vasitəsilə çoxalır. Güldəfnə əsasən yabanı halda bitir. Bitkinin paxlameyvələrinin qınları saralmağa başlayanda toplanır və qurudulur, bundan sonra döyülüb toxumlar tam qurudulur.

Güldəfnə toxumu Tealakton çayının tərkibində süd artırıcı bitki çayının tərkibində mövcuddur.
Güldəfnədən misir helbasının (sarı çay) hazırlanması. 1 xörək qaşığı güldəfnənin üzərinə 1 stəkan qaynar su tökülüb 5 dəqiqə müddətinə qaynadılır. Bundan sonra şəkər, bal, süd və ya limon əlavə edilərək adi çay kimi içilir. Misirlilərə görə bu içki termorequlyator təsirə malikdir, yayda içildikdə orqanizmə sərinlik, qışda içildikdə isə istilik gətirir.

Redaktə etdi: Leyla Məhərrəmova.

ESMERRi | 20 aprel 2016 20:36 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
tewekkurler


Sitat: dılay
tewekkurler
dılay | 7 mart 2016 20:59 | Status: Brilliant user | Şərh: 8 183
tewekkurler
RaySum | 17 noyabr 2013 01:22 | Status: Professional user | Şərh: 2 594
Adini ilk defe ewidirem
Alice | 11 noyabr 2013 12:13 | Status: Professional user | Şərh: 5 020
Şərh yazan hər birinizə təşəkkürlər...
SEVDA | 11 noyabr 2013 00:09 | Status: Nəzarətçi | Şərh: 17 439
xebere gore twk...

xebere gore twk...
DENIZ QIZI3 | 9 noyabr 2013 17:12 | Status: Gümüş user | Şərh: 3 858
COX MARAQLIDIR. TESEKKURLER.
NURLU | 9 noyabr 2013 15:09 | Status: Professional user | Şərh: 5 552
Maraqli ve lazimli xeberdi tewekkurler
Girl | 9 noyabr 2013 09:49 | Status: Professional user | Şərh: 8 206
TƏŞƏKKÜRLƏR MƏLUMATA GÖRƏ
Mehdiyeva Cinara | 9 noyabr 2013 09:38 | Status: VİP user | Şərh: 1 038
bu melumatlari bilmirdim.
tesekkurler
Nur | 9 noyabr 2013 07:27 | Status: Professional user | Şərh: 3 988
cox sagolun maraqli xebere gore
Aynur_Mezahirli | 8 noyabr 2013 22:45 | Status: Qonaq | Şərh: 0
tesekkurler!
AYAN A-VA | 8 noyabr 2013 22:04 | Status: Gümüş user | Şərh: 1 722
XEBERE GORE TEWEKKURLER
canr | 8 noyabr 2013 20:58 | Status: Şərhçi | Şərh: 177
tesekkurler
Alice | 8 noyabr 2013 20:40 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
İNƏKLƏRƏ NUŞ OLSUN ! wink lol

Əlbəttə ki, nuş olsun...Biz onun ətini yeyə biliriksə niyə o da bizim bitkini yeməsin...
M.Aliyeva | 8 noyabr 2013 20:34 | Status: Gümüş user | Şərh: 1 970
Ne wefalar yatir tebietin qoynunda, bilmediyimiz o qeder weyler var ki.
Narin yagiw | 8 noyabr 2013 19:32 | Status: Qonaq | Şərh: 0
Maraqli ve lazimli xeberdi tewekkurler
yalniz arzu | 8 noyabr 2013 19:24 | Status: Gümüş user | Şərh: 1 759
SAG OLUN.MARAQLA OXUDUM.
sadəcə MƏN | 8 noyabr 2013 19:08 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: alice.
Canım o hissəni xüsusən qeyd etmişdim ki,həqiqətən heyvanlar da sən dediyin kimi ağız dadını bilir ...

Doğurdan da eləyimiş...))
ALLEGRETTO | 8 noyabr 2013 18:53 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: alice.
Onu da qeyd edək ki, bu bitkinin toxumları inəklər üçün çox dadlı bir yemdir. Hətta inəklərə verilən yeməyin dadını yaxşılaşdırmaq üçün onların yemlərinə güldəfnə qatılır.
İNƏKLƏRƏ NUŞ OLSUN ! wink lol
drop | 8 noyabr 2013 18:46 | Status: Gümüş user | Şərh: 2 448
maraqli xeber idi
Alice | 8 noyabr 2013 18:41 | Status: Professional user | Şərh: 5 020
Sitat: leyla meherremova
Təşəkkürlər....

Sizə Təşəkkürlər Leyla bacı əla redaktə üçün...
Alice | 8 noyabr 2013 18:24 | Status: Professional user | Şərh: 5 020
Sitat: mavi denizim
lale xanim bu bitki bizde bitir

Xanım siz hardasız...
Sitat: sadəcə MƏN
Onu da qeyd edək ki, bu bitkinin toxumları inəklər üçün çox dadlı bir yemdir. Hətta inəklərə verilən yeməyin dadını yaxşılaşdırmaq üçün onların yemlərinə güldəfnə qatılır.

Nolsun inəkdir?Amma ağzının dadını bilir wink ))
Təşəkkür...Amma heç rast gəlməmşəm bu bitkiyə..

Canım o hissəni xüsusən qeyd etmişdim ki,həqiqətən heyvanlar da sən dediyin kimi ağız dadını bilir ...
mavi denizim | 8 noyabr 2013 18:18 | Status: Şərhçi | Şərh: 101
lale xanim bu bitki bizde bitir
Nazlı_Kız | 8 noyabr 2013 18:05 | Status: Brilliant user | Şərh: 6 473
Faydali melumat ucun tewekkurler
Nara | 8 noyabr 2013 17:41 | Status: Yazar | Şərh: 1 718
tesekurlerrr maraqli xebere gore
sadəcə MƏN | 8 noyabr 2013 17:26 | Status: Brilliant user | Şərh: 4 771
Onu da qeyd edək ki, bu bitkinin toxumları inəklər üçün çox dadlı bir yemdir. Hətta inəklərə verilən yeməyin dadını yaxşılaşdırmaq üçün onların yemlərinə güldəfnə qatılır.

Nolsun inəkdir?Amma ağzının dadını bilir wink ))
Təşəkkür...Amma heç rast gəlməmşəm bu bitkiyə..