Sağlamlıq / Xalq təbabəti

Mədədəki ağrılara yaxşı təsir edən bitki çayları

luce | 23-08-2013, 16:30
53 925 27


Yeməklərdən sonra özünüzü mineral su içmək ya da həb istifadə etmək məcburiyyətində hiss edirsinizsə, həzm və qarın ağrıları üçün bitki çaylarından istifadə edə bilərsiniz. Təbii ki, əvvəlcə qaz, köpmə yaradan, mədə yanğısına səbəb olan, qəbizlik və ya ishala səbəb olan şəkərli, ağır yağlı, ədviyyatlı qidaları azaltmalı, qəhvə və spirt qəbulunu məhdudlaşdırmalısınız.
Nanə çayı (əgər mədə yanğınız yoxsa), çobanyastığı çayı zəncəfil çayı mədəyə yaxşı gələn çaylar arasında ilk 3 sırada yer alır.
Həzm sistemini yaxşı çalışdırmaq üçün bir çox şəfalı bitkini ədviyyat mağazalarında tapa bilərsiniz.
Ancaq son illərdə məşhurlaşan bitki mənşəli müalicə üsulları arasında hansının sizin üçün ən yaxşısı olduğuna qərar vermək, bu qədər çox məlumat  fikrlərinizo qarışdıra bilər, sizi çaşdıra bilər. Biz, sizə həzm problemləri, qaz, köpmı və həzmlə bağlı qarın ağrıları üçün qısaca 3 çayı tövsiyə edirik. Bunlar, qazı azaldan, ürək bulanmasını ,həzmsizliyi aradan qaldıran nanə çayı, ürək bulanmasına yaxşı kömək edən, həzmi sürətləndirən zəncəfil çayı və yenə həzmə köməkçi olan, mədə spazmalarını aradan qaldıran a bağırsaq hərəkətini artıran çobanyastığı çayı.
Nanə çayı : Nanə yeməklərdən sonra nəfəsinizi təzələmək xaricində daha bir çox şeyə yaraya bilir. İçərisində olan mentol antispazmodik təsiri ilə həzm sistemində yaranan sıxılmaların qarşısını alar və mədə kramplarını yüngülləşdirər. Xoş qoxusuyla sinirləri yatırar. Mədə turşuması, qaz, qarın ağrısı, çox yeyilən yeməklərdən sonra yaranan narahatlıq hissi də daxil olmaq üzrə bir çox həzm problemi üçün istifadə edilə bilər.
Çobanyastığı çayı : Bitki çayları arasında orta və yüngül mədə problemləri üçün tövsiyə edilən çobanyastığı çayı yanğı səbəbiylə yaranan ağrıları yüngülləşdirmək və mədə turşusunu normallaşdırmaq üçün istifadə edilə bilər. Mədə sıxılmaları, qaz və şişliyi yüngülləşdirər. Bağırsaqları hərəkətləndirərək tualetə çıxmağı təmin edər. Sakitləşdirici xüsusiyyəti ilə stressi və qayğını azaldar.
Zəncəfil çayı : Çobanyastığı və nanə çayı kimi qaz, mədə ağrısı, şişlik kimi yemək sonrası yaşanan problemləri yüngülləşdirmək üçün zəncəfil çayını istifadə edə bilərsiniz. Digərlərindən
fərqli olaraq ürək bulanması və qusma üçün xüsusilə təsirli bir bitki mənşəli çay olmasıdır.





MƏDƏYƏ YAXŞI GƏLƏN BİTKİ ÇAYLARININ YAN TƏSİRLƏRİ
Hər şeydə olduğu kimi bitki çaylarını da normasında qəbul etmək lazımdır, çünki həddindən artıq qəbulu müxtəlif pis təsirlərə yol aça bilər.
Nanə çayı:mədə yanğısı olanlara tövsiyə edilmir, çünki mədə turşusu ifrazını artırar, mədə yanğılarının artmasına səbəb ola bilər.
Zəncəfil çayı: həddindən artıq qəbul edildiyində ishala və dolayısıyla su itkisinə səbəb ola bilər. Çox zəncəfil çayı içmək ağız içində yaraya da yol aça bilər.
Çobanyastığı çayı: sakitləşdirici xüsusiyyəti olan çobanyastığı çayı gün arası qəbul edildiyində yuxu gətirə bilər. Bu səbəblə axşam yeməklərdən sonra içilməsi tövsiyə edilir.

Ayrıca bütün bitki mənşəli çaylar və bitki mənşəli məhsullar üçün etibarlı olan bir başqa qaydaya da diqqət yetirməlisiniz. Bu çaylar təzyiq dərmanları, qan durulaşdırıcı dərmanlar və digər nizamlı istifadə edilən dərmanlar ilə qarşılıqlı təsirə keçəbiləcəyindən həkimlə məsləhətləşilmədən istifadə edilməməlidir. Hamiləlik və əmizdirmə dövründə bitki mənşəli çayların istifadə edilməsi tövsiyə edilməz.

dılay | 14 dekabr 2015 20:21 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurler
Ag Gul | 5 aprel 2015 20:22 | Status: Professional user | Şərh: 4 333
Sitat: Zulya
Tewekkurler bizimle bolusduyunuz ucun
my life is music | 24 yanvar 2015 21:04 | Status: Gümüş user | Şərh: 736
bele bir problemim yoxdur
SABINA | 7 oktyabr 2014 10:55 | Status: Professional user | Şərh: 7 410
tesekkurler
Mehri-Ban | 26 avqust 2014 18:24 | Status: Professional user | Şərh: 1 329
Cobanyastigi cayini tez-tez icirem.tesekkurler
Zulya | 30 iyul 2014 17:39 | Status: Gümüş user | Şərh: 1 640
Tewekkurler bizimle bolusduyunuz ucun
Zulya | 7 iyul 2014 14:12 | Status: Gümüş user | Şərh: 1 640
Nane maraqli oldu twk
Nigar | 24 fevral 2014 23:46 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Aytekin82
Nanə çayı əla spazmalitikdi, o birilər də həmçinin çox faydalıdı

Gulshen. | 12 fevral 2014 16:37 | Status: Qonaq | Şərh: 0
Cobanyastigi yaxsidi
Kikita01 | 3 yanvar 2014 14:21 | Status: Şərhçi | Şərh: 392
tesekkurler maraqli ve lazimli xeberdir.
Nigar | 14 dekabr 2013 19:06 | Status: Gümüş user | Şərh: 6 063
Maraqli oldu arada menimde medem agrayir amma tezde kecir wukur
Kenan :) | 12 noyabr 2013 01:36 | Status: Şərhçi | Şərh: 347
tewekkurler
konul mamedova | 8 sentyabr 2013 19:00 | Status: Professional user | Şərh: 1 711
faydali melumatlar idi ...tesekkurler.
Beren | 26 avqust 2013 22:56 | Status: Professional user | Şərh: 3 214
Mədə ağrılarım çox olur.Nanə çayı içirəm keçib gedir.Faydalı və lazımlı məlumatlar idi.Təşəkkürlər.
Melek | 24 avqust 2013 02:32 | Status: Gümüş user | Şərh: 914
Maraqli Xeberdir Tewekkurler Mende Mede Agrisi Olanda Nane Cayi Icirem O Kesir Agrini
ayka 51210 | 24 avqust 2013 00:50 | Status: Şərhçi | Şərh: 229
Maraqlidir faydalidir tewekkur
Leyla. | 24 avqust 2013 00:15 | Status: Professional user | Şərh: 2 597
Сox fafdali melumatdi atdim secilmiwdere xebere gore sagolun.
Aytekin82 | 23 avqust 2013 21:18 | Status: Brilliant user | Şərh: 6 587
Nanə çayı əla spazmalitikdi, o birilər də həmçinin çox faydalıdı
Damla | 23 avqust 2013 20:39 | Status: Brilliant user | Şərh: 7 177
Luce yerin gorunur saytda..
Cox lazimli ve faydali xeberdi...


Luce yerin gorunur saytda..
Cox lazimli ve faydali xeberdi...


Luce yerin gorunur saytda..
Cox lazimli ve faydali xeberdi...
1 2 3 4 5
sadəcə MƏN | 23 avqust 2013 19:33 | Status: Brilliant user | Şərh: 4 771
Nanəni bilirdim amma Şükür ki,belə 1 problemim yoxdur.
Lola. | 23 avqust 2013 18:52 | Status: Professional user | Şərh: 2 230
Çobanyastığı çayı içirəm
çoox xeyirli olduğu üçün.
Təşəkkürlər xəbər üçün.
DENIZ QIZI3 | 23 avqust 2013 18:15 | Status: Gümüş user | Şərh: 3 858
tesekkurler.cox faydali xeberdir.
Princess_93 | 23 avqust 2013 17:52 | Status: Brilliant user | Şərh: 5 877
tewekkurler canim
Sirinim555 | 23 avqust 2013 17:28 | Status: Şərhçi | Şərh: 432
ooooo COOOOX sag oluneeee
XeyaleR | 23 avqust 2013 17:07 | Status: VİP user | Şərh: 573
Vallah olurem ele mede agrisindan
Akademik | 23 avqust 2013 17:04 | Status: Professional user | Şərh: 4 580
Çox sevirəm çiçək çaylarını.
Maraqlı və faydalı məlumat üçün təşəkkürlər.
Qanad | 23 avqust 2013 16:51 | Status: Yazar | Şərh: 4 357
Men caya nane yarpiz qatiram.cox lezzetli olur.