Sağlamlıq / Xalq təbabəti

Halsızlığa qarşı şəfalı bitkilər

Meqa | 3-05-2013, 12:00
17 404 46

 

Halsızlığa  qarşı şəfalı bitkilər


Halsızlıq az qala hər kəsin  yaşadığı bir narahatlıqdır.Bu stressdən,

günlük fəaliyyət yorğunluğundan , bəzi xəstəliklərdən qaynaqlana  bilər .Əvvəlcə halsızlığa  səbəb olan faktoru araşdırıb öyrənin. Stressdən və ya gündəlik fəaliyyətdən meydana gələn halsızlığı isə şəfalı bitkilərin köməkliyi ilə aradan qaldırın.

Halsızlığa  qarşı şəfalı bitkilər

* Pelinotu, quru hindiba, alma, köpekayası, adaçayı, cökə, kəklik, havlıcan, zəncəfil, Antepfıstığı, turp toxumu, badam halsızlığı aradan qaldırmaq üçün ən yaxşı vasitələrdir.

* Kəklik, şam iynələri, yosun, qoz yarpağı ilə edilən duşlar adama gümrahlıq verir.

* 1 stəkan qaynar suyun içinə 1çay qaşığı toz zəncəfil + toz havlıcan + süzmə + bal qoyulduqdan sonra 10 dəqiqə dəmlənməsi üçün gözlənildikdən sonra içilir.  Gündə 2 dəfə tətbiq edilir.

* 4 ərik +2 şaftalı +3 badam  tumu çıxarıldıqdan sonra blenderdən keçirilir.Tələsmədən içmək lazımdır.

* 100 qram itburnu + moruq +  mersin yarpağı qarışdırıldıqdan sonra 1 xörək qaşığı alınaraq 1 stəkan suya qoyulub 10 dəqiqə qaynadılır, 2 saat dəmlənməsi üçün gözlənilir. Süzüldükdən sonra 100 qram  bal əlavə edilərək hər gün 1  stəkan içilir.

* Ət qaynadıldıqdan sonra suyu süzülür, içinə bal və bir az sirkə əlavə edilərək şərbət edilir, ac qarına bir stəkan içilir.

* 5 qr havlıcan və zəncəfil qaynadılaraq çay kimi içilir. Üstünə Antep fıstığı yeyilir. Bu çay revmatizm üçün də faydalıdır.

* Pelin otu qaynadıldıqdan sonra  şəkər,ya da bal əlavə edilib bir stəkan içilir.

Müxtəlif bitkilərdən  şəfalı çaylar əldə edilə biləcəyini yazan ekspertlər bitki çayı hazırlayarkən bir sıra məsləhətlərə əməl etməyi tövsiyyə edirlər; Bitki çayı hazırlayarkən,xüsusilə,təzə qaynamış  su istifadə edilməlidir. Bir çox xəstəlikdə qaynadılmamış,xlorlu suyun zərəri olduğu müəyyən olunmuşdur. Suyunuzu qaynatdıqdan sonra bir-iki dəqiqəlik kənara qoyun.Əvvəl istifadə edəcəyiniz bitkini hazır edin və üzərinə lazımlı miqdarda su əlavə edin. Ümumiyyətlə,1 desert qaşığı quru və ya bir ovuc təzə ot üçün dörddə bir litr su istifadə etmək lazımdır. Çayın dəmlənməsi üçün 2-5 dəqiqə kifayətdir. Kök bitkilərdən çay edəcəyiniz zaman (zəncəfil, havlıcan kimi) eyni miqdarda su və bitkini birlikdə qəhvədana qoyub qaynatma yolu ilə bitki çayı əldə edə bilərsiniz.

Şəfalı çay əldə edilən şəfalı bitkilərdən bəziləri bunlardır:

Cökə

 

Soyuq dəyməyə və öskürəyə qarşı ən təsirli və ən məşhur olaraq istifadə edilən təbii dərmanlardan biri olan cökə, yuxusuzluq, spazm və qan dövranı pozulmalarında  istifadə edilir.Çox miqdarda alındığında yuxusuzluğa səbəb ola bilər. Yarpaqlarında çox miqdarda xlorofil olduğundan ötəri qansızlıq prablemində istifadəsi faydalıdır.

Digər çaylarda olduğu kimi cökəni də ikinci dəfə  qaynatmaq olmaz. Çünki uzun müddət qaynadılıb içilən cökə sizə faydadan çox zərər verə bilər.

Gicitkən

 



Gicitkən- bir çox rahatsızlığa müsbət təsir göstərən və payızdan yazın sonuna qədər bağçalarda bol miqdarda yetişən bir otdur. Xüsusilə maddələr mübadiləsi narahatlıqlarına, mədə, bağırsaq, böyrək, revmatizm xəstəliklərində faydalıdır. Ayrıca nefrit, sarılıq, sidik yolları daşları və xüsusilə xərçəngə qarşı gündə 3-4 fincan gicitkən çayı çox faydalıdır. Gicitkən çayını hazırlamaq üçün adam başına bir şirin qaşığı quru və ya bir ovuc təzə gicitkən kifayətdir.

Bibəriyyə

 



Bu gözəl qoxulu bitkinin istifadə xəstəliyi yox kimi edir. Xüsusilə qan dövranı xəstəliklərinə, revmatizm və astma xəstəliklərinə, mədə və bağırsaq qazlarına qarşı istifadə edildiyi kimi ağır yeməklərdən sonra içildiyində həzmi asanlaşdırır. Ayrıca bronxit, öskürək, migren, gastrit, aşağı təzyiq, qəbizlik, öd kisəsi daşı və qaraciyər xəstəliklərində də istifadə edilir. Xoş bir dad verməsi baxımından bibəriyə çayına bir parça   darçın qabığı da ata bilərsiniz.

Razyana

 


 

 

 

 

Razyana- bahar aylarında bol olan bir bitkidir. Razyana çayı xüsusilə qaz və qarın ağrılarında, mədə və bağırsaq narahatlıqlarında istifadə edilir. Xüsusilə körpələrin qazlı olduğu zamanlarda tez müraciət edilən bir dərmandır razyana çayı. Öskürək və soyuq dəymə əsnasında razyana çayı çox faydalıdır ,ürək bulanma, sidik yolları iltihabı, böyrək daşları kimi bir çox çətin vəziyyətdə razyana çayına müraciət edilir.

Nanə

  

Nanə çayı-mədə və bağırsaq qazlarından, bulantı və ürək çarpıntısında içilər. Həzm sistemi xəstəliklərində, qarın ağrısı, ishal, öd daşı  baş ağrısı, migren, sinüzit, diş ağrısı, halsızlıq, bronxit, öskürək kimi narahatlıqlarda da müalicə edici xüsusiyyəti olan nanə, nəfəs darlığından da belə istifadə edilə bilər: Bir tənzifə üzərinə bal qoyulur, üzərinə təzə və ya quru nanə yarpaqları səpilir və yatmadan əvvəl sinə üzərinə bağlanır

Kəklik otu

 

Kəklik çox güclü bir antiseptik olaraq bilinir. Kəklik yaşından əldə edilən timol bir çox dərmandan, hətta əməliyyatlarda yara təmizləmək üçün istifadə edilir. Köhnə zamanlarda epidemiya xəstəliklərdə istifadə edilən kəklik hal-hazırda da qrip epidemiyalarından bol bol istifadə edilir. Öksürene, Bronxitə, mədəsi narahat olana, ishal olana, ədəd sancısı çəkənə kəklik çayı içməlidir. Hansısa bir cücü və ya qur dişləyən yerə dəriyə sürtülərək istifadə edilir kəklik, dəri xəstəliklərində də duş suyuna atılaraq istifadə edilə bilir.

Zəncəfil

 


Ayurveda və Çin təbabətində 5 min ildir istifadə edilən zəncəfil isidici bir ottur. Xüsusilə maddələr mübadiləsi narahatlıqlarında təmizləyici, tənzimləyici və canlandırıcı bir təsirə sahibdir. Ayrıca faringitdə,  qaz kimi vəziyyətlərdə, qan dövranını artırmaq üçün, əzələ xəstəliklərində və romatizmal ağrılarda istifadə edilir. Soyuq dəymədə çayını dəmləyib içmək daha məqsədə uyğundur, öskürək üçün zəncəfil-zerdeçal-bal qarışığını səhər və axşam ac qarına işmək məsləhətlidir. Zəncəfil canlandırıcı olduğu üçün ağciyərləri təmizləyər, qazı önləyər və tərləməyi artıraraq dərinin də təmizlənməsini təmin edir.

Adaçayı

 


Qırmızıdərililərin müqəddəs bitkisi sayılan adaçayı Aralıq dənizi bölgəsində bol -bol yetişir. Antibiotik dərman vəzifəsi görən adaçayı diş əti narahatlıqlarında və boğaz ağrılarında çox faydalıdır. Sinir pozuqluğu, baş gicəllənməsi, titrəməyə yaxşı təsir edir və menopoz dövründə qarşılaşılan tərləməni dayandırır. Bundan başqa qan dövranı sistemi xəstəliklərində, təzyiq düşməsi, həzm sistemi pozuqluqlarında, psixoloji narahatlıqlarda, halsızlıqda, sinir xəstəliklərində də istifadə edilir. Xüsusilə boğaz  və ağız içi iltihablarında gündə bir neçə dəfə adaçayıyla hazırlanıb soyudulmuş çayla qarqara edin, yaxşı təsir edəcəyini görəcəksiniz.

Alma
 



Alma- qida dəyəri başqa nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucudur. Bədəndən toksinlərin atılmasına köməkçi olar, lifli olduğu üçün bağırsaqları təmizləyər, qaraciyərində şikayət edənlər, romatizmalılar və hətta şəkər xəstələri belə almadan faydalana bilər. Alma yatırıcı, yuxu vericidir, baş ağrılarında çox yaxşı təsir edir .Təzə alma suyu dəriyə qoyulduğunda dərinin toxumalarını yaxşılaşdırır və bədəni gözəlləşdirir. Yazda toplanan alma çiçəkləri qurudularaq payız və qış aylarında qaynadılır, sinəyə kompress edilir və içilir ,həmçinin öskürəyə ,sinədə olan xışıltıya yaxşı təsir edir. Qurudulmuş alma parçalarından çay dəmləmək çox asandır. Kiçik hissələrlə qurudulmuş almanı qaynatmaq yetərlidir,istəsəniz içinə limon və portağal da əlavə etmək olar.

Həmçinin almanı qabıqlı yemək xərçəng xəstəliyi riskini azldır.

PS.burda adı çəkilən bitkilər sırasında sizə yad gələn və heç vaxt eşitmədiyiniz bitkilər ola bilər -hansı ki, bu bitkiləri bütün əczazxanalardan əldə edə bilərsiniz.


Redaktə etdi:Filoloq

  1. dılay | 8 noyabr 2015 16:11 | Status: Brilliant user | Şərh: 8 185
    Xebere gore twk
  2. ESMERRi | 3 noyabr 2015 21:32 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: Narinc
    cox sag olun melumata gore
  3. Narinc | 14 oktyabr 2015 23:22 | Status: Qonaq | Şərh: 0
    cox sag olun melumata gore
  4. Real Madrid CF | 1 iyun 2015 21:18 | Status: Qonaq | Şərh: 0
    Sitat: AYXAN HEC KIM
    tesekkurler. wink
  5. esma inci | 11 may 2015 16:03 | Status: Gümüş user | Şərh: 1 096
    tewekkurler
  6. Ag Gul | 21 aprel 2015 17:35 | Status: Professional user | Şərh: 4 333
    Sitat: Miraj
    cox sagolun qizlarrrr
  7. AYXAN HEC KIM | 11 mart 2015 15:03 | Status: Şərhçi | Şərh: 231
    tesekkurler. wink
  8. my life is music | 24 yanvar 2015 19:49 | Status: Gümüş user | Şərh: 736
    bu ne yaaaaaaaaaaaaaaaaaaaaaaaaaa 0109
  9. N....N92 | 27 noyabr 2014 14:03 | Status: Professional user | Şərh: 4 352
    Tewekkurler
  10. Miraj | 2 noyabr 2014 20:27 | Status: Professional user | Şərh: 2 625
    cox sagolun qizlarrrr
  11. babocka | 10 iyul 2014 13:34 | Status: Şərhçi | Şərh: 258
    Cox maraqli melumatlar idi.
  12. Zulya | 7 iyul 2014 14:12 | Status: Gümüş user | Şərh: 1 640
    Tewekkurler
  13. SABINA | 23 may 2014 13:49 | Status: Professional user | Şərh: 7 410
    KEKLIK OTU CAYI DADLIDIR AMMA TEZYIQI ASAGI ENDIRIR
  14. Nigar | 24 fevral 2014 23:47 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: Yusqam
    tsk xebere gore

  15. Gulshen. | 20 fevral 2014 16:44 | Status: Qonaq | Şərh: 0
    Tewekkurler
  16. Nefesim | 13 fevral 2014 09:32 | Status: Gümüş user | Şərh: 939
    Sitat: Qanad
    Men cay demleyende kekotu,nane,yarpiz ve c.otlardan istifade edirem.Etirli olur cay.

     
     
     
    Tesekkurler faydali xeber ucun
  17. Sabahım. | 4 yanvar 2014 21:53 | Status: Professional user | Şərh: 3 359
    Sitat: Mehrin
    tewekkurler xebere gore

    TŞK
  18. Nigar | 28 noyabr 2013 12:12 | Status: Gümüş user | Şərh: 6 064
    tewekkurler xebere gore
  19. Yusqam | 22 iyul 2013 15:26 | Status: Şərhçi | Şərh: 200
    tsk xebere gore
  20. Qanad | 10 iyul 2013 08:13 | Status: Yazar | Şərh: 4 357
    Men cay demleyende kekotu,nane,yarpiz ve c.otlardan istifade edirem.Etirli olur cay.
  21. Yuxular | 16 iyun 2013 01:35 | Status: Şərhçi | Şərh: 186
    mən dəmlədiyim çayın içinə nəanə atıram insanə sakitləşdirir kəklik otu çayını da sevirəm
  22. Ay Gul | 5 iyun 2013 13:31 | Status: VİP user | Şərh: 431
    tewekkurler
  23. ayruska | 25 may 2013 00:41 | Status: Professional user | Şərh: 3 978
    Sitat: Beren
    Faydalı və lazımlı xəbərdir.Təşəkkürlər.
  24. selenay | 4 may 2013 18:13 | Status: Professional user | Şərh: 1 466
    naneniiiiiiiiiiii cox sevirem tsk
  25. TATLI GUZEL | 4 may 2013 15:19 | Status: Professional user | Şərh: 5 781
    MENDE ELEDE OLMUR.AZ AZ HALLARDA OLAR YADA HEEEC OLMAZ.TESEKKURLER LAZIMLI XEBERDIR
  26. Beren | 4 may 2013 10:01 | Status: Professional user | Şərh: 3 214
    Faydalı və lazımlı xəbərdir.Təşəkkürlər.
  27. sevinc keder | 4 may 2013 00:52 | Status: Professional user | Şərh: 3 818
    tewekkurler menede lazim idi :)
  28. Mickey Mouse | 4 may 2013 00:24 | Status: Professional user | Şərh: 4 008
    Menlikdi tam...
  29. Inci deniz | 3 may 2013 23:41 | Status: Yazar | Şərh: 2 379
    Alma cox derdlere davadi.O cumleden de qan artirir.Halsizliq cox vaxt qan azligi olan adamlarda olur.Kekotunu her gun isledirem men.Naneni de cox sevirem.
  30. Qaracaqiz | 3 may 2013 21:07 | Status: VİP user | Şərh: 1 882
    bunlarin bezisi haaqinda melumatim var idi amma bezilerini bilmirdim sayenizde oyrendim tesekkur