Sağlamlıq / Xalq təbabəti

Şəfalı otlar (məlumat, istıfadə qaydası + foto)

Alizes | 5-12-2012, 17:00
13 191 28
 
Təbiətin müalicəvi gücü son dərəcə çoxdur - işıq, günəşin istisi, hava və su insan sağlamlığının əvəzolunmaz yoldaşlarıdır. Təbiətin insanlara ən qiymətli hədiyyələrindən biri bitki aləmidir. Filosof və həkim İbn Sinanın məşhur deyimi belədir: "Şəfavericinin üç silahı olmalıdır: bitki, bıçaq və söz". Keçmişin qiymətli tibb təcrübəsi bu gün də uğurla ifadə olunmaqdadır. Ölkəmizdə bitən bitkilərin üç minə yaxını müalicəvi xüsusiyyətə malikdir. Hazırda tibbdə bitki aləminin 200 növündən istifadəyə icazə verilir ki, bunların da 65%-i yabanıdır. Bitki müalicəsi xəstəliyin ilkin və reablitasiya (bərpa) mərhələsində məsləhət görülür.

Bu gün sizə cana məlhəm olan 6 bitkinin siyahısını verəcəm.

1. Qarğıdalı saçağı

 

Onun sulu dəmləməsindən qara ciyər xəstəliklərində (hepatitdə), öd kisəsinin iltihabında (xolesistitdə), öd yollarının iltihabında (xolangitdə), sidik kisəsinin iltihabında (sistitdə) geniş istifadə edilir. Həmçinin sidik yollarının daş xəstəliyində sidikqovucu və daşsalıcı kimi işlədirlər. Saçaqlar K vitamini ilə zəngindir. Ondan duru spirtli ekstrakt hazırlayaraq mamalıq praktikasında qankəsici məqsədilə istifadə edirlər.
İstifadə qaydası:
10-20 q saçağı yarım litr suda dəmləyib gündə 4 dəfə (1 stəkan) içirlər. Qaraciyər və böyrək xəstəliyi zamanı saçağın duru spirtli ekstraktı gündə 3 dəfə (1 x.q.) qəbul edilir.

2. Çobanyastığı

Qurudulmuş çiçəklərinin dəmləməsi soyuqdəymələrdə tərlədici, öd yolları xəstəliklərində ödqovucu, qıcolmalarda sakitləşdirici, mədə-bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və ağrıkəsici dərman kimi qəbul edirlər. Dəmləməsində dərinin iltihabında, stomatitdə, boğaz ağrılarında antiseptik və dezinfeksiyaedici qarqara dərmanı kimi də geniş istifadə edilir. 
İstifadə qaydası: 2 x.q. qurudulmuş çiçəkdən 2 stəkan suda 15-20 dəqiqə dəmləyir, gündə 4 dəfə (yarım stəkan) içirlər. Çiçəkdən 10 q 200 ml suda 30 dəqiqə dəmləyib süzdükdən sonra süzüntüyə 50q bor turşusu əlavə edərək qarışdırır və gündə 5-6 dəqiqə boğazı qarqara edirlər.

3. Çörəkotu


Dərman məqsədilə bitkinin toxumlarından istifadə olunur. Toxumların sulu dəmləməsi sidikqovucu təsirə malikdir. Xalq təbabətində toxumlarından çay dəmləyib böyrək və sidik yolları xəstəliklərində içirlər. Toxumlarının sulu dəmləməsi qadın xəstəliklərində geniş istifadə olunur. 
İstifadə qaydası: 1 ç.q. quru toxumlardan 1 stəkan qaynar suda 1 saat dəmləyib gündə 3 dəfə, hər dəfə 1-2 x.q. qəbul edirlər. Toxumlarının sulu dəmləməsindən dezinfeksiyaedici dərman kimi qadın xəstəliklərində uşaqlıq yoluna şırınqa edirlər. 

4. Zəfəran

Güclü antiseptik təsirə malikdir. Xüsusilə qaraciyər iltihabında (hepatitdə) və öd kisəsi iltihabında (xolesistit) mühüm müalicə effekti kəsb edir. Zəfəran sinir sistemini tonuslaşdırmaq xassəsinə də malikdir. Ürəkkeçməsi, quru öskürək, göyöskürəkdə qəbulu yaxşı nəticə verir. Dəri xəstəliklərinin müalicəsində də ondan istifadə edilir. 
İstifadə qaydası: 2-3 ç.q. zəfəranı 2 stəkan qaynar suda dəmləyib gündə 3-4 dəfə (1-2 x.q.) qəbul edirlər. Qaraciyər və öd yollarının xəstəliklərində zəfərandan 2 q. götürüb 200ml suda dəmlədikdən sonra gündə 3 dəfə (1/3 stəkan) içirlər. 

5. Əvəlik

Dərman məqsədilə əvəliyin köklərindən istifadə olunur. Köklərində çoxlu miqdarda antrasen törəməli qlikozidlər və aşı maddələri var. Qurudulmuş köklərin tozundan, bişmişi və ekstraktından mədə-bağırsaq xəstəliklərində (ishal, dizenteriya, kolit, enterokolit, babasil) istifadə edilir. 
İstifadə qaydası: qurudulmuş və xırdalanmış köklərini 1 stəkan qaynar suya 2 x.q. töküb 45-50 dəqiqə dəmləyib soyudur və süzürlər. Həmin dəmləmədən gündə 3 dəfə (1-2 x.q.) içirlər. Əvəliyin köklərini əzib toz halına salır və ondan gündə 3 dəfə (1q.) qəbul edirlər.

6. Günəbaxan

Qurudulmuş yarpaq və çiçəklərinin dəmləməsi tənəffüs yolları iltihabında, xüsusilə bronxitdə istifadə olunur. Yarpaq və çiçəklərindən hazırlanmış tinkturasını malyariya xəstəliyində qəbul edirlər. Toxumlarından alınan günəbaxan yağı zərif işlətmə dərmanı kimi tətbiq edilir.

İstifadə qaydası: qurudularaq xırdalanmış yarpaq və çiçəklərindən bərabər hissə götürüb qarışdırdıqdan sonra 10q 0,5 litr arağın içərisində 1-2 həftə dəmləyirlər. Alınmış spirtli məhluldan yeməkdən 10-15 dəqiqə əvvəl, gündə 3 dəfə(30-40 damcı) içirlər.

ESMERRi | 24 aprel 2016 19:23 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
twk..melumata gore
dılay | 6 mart 2016 20:31 | Status: Brilliant user | Şərh: 8 183
twk..melumata gore
ayruska | 25 may 2013 01:05 | Status: Professional user | Şərh: 3 978
Sitat: K.AWK.S.LOVE
COX SAGOLKI BIZE BU HAQQDA MELUMAT VERDINIZ
Billurə | 28 mart 2013 16:23 | Status: Professional user | Şərh: 4 892
twk..melumata gore)
K.AWK.S.LOVE | 16 dekabr 2012 16:29 | Status: Gümüş user | Şərh: 1 236
COX SAGOLKI BIZE BU HAQQDA MELUMAT VERDINIZ
cin | 11 dekabr 2012 20:31 | Status: Şərhçi | Şərh: 263
twr
ruzgargulum | 11 dekabr 2012 13:27 | Status: Brilliant user | Şərh: 2 493
maraqliydi tsk
lalita | 9 dekabr 2012 15:43 | Status: VİP user | Şərh: 1 390
FAYDALI MESLEHETDIR TESEKKURLER
Alizes | 7 dekabr 2012 09:40 | Status: Yazar | Şərh: 2 588
Dəyərli şərhlərinizə görə hər birinizə təşəkkür edirəm.
Lale | 6 dekabr 2012 22:13 | Status: Yazar | Şərh: 3 264
can bajin qurban sa men bajin bilmediklerimi maqil oyretdin mene
P.S | 6 dekabr 2012 18:48 | Status: VİP user | Şərh: 995
Lazimli xebere ucun sagolun.
TATLI GUZEL | 6 dekabr 2012 18:42 | Status: Professional user | Şərh: 5 781
Faydali xeberdir.Tesekkurler gozel qiz
_Mamedova_ | 6 dekabr 2012 18:00 | Status: Gümüş user | Şərh: 1 837
zeferani burda baha satirlar ,1 cimdik ancaq olar qabda 8 euro...vapshe biz terefin otlari burda cetin tapilir
Damla | 6 dekabr 2012 11:13 | Status: Brilliant user | Şərh: 7 177
Cox gozel ve lazimli xeberdi....
Aya:)) | 6 dekabr 2012 10:21 | Status: Gümüş user | Şərh: 2 239
əla məlumatdır
azzi72 | 6 dekabr 2012 09:00 | Status: Qonaq | Şərh: 0
like
Rauf Heseneliyev | 6 dekabr 2012 01:28 | Status: Yazar | Şərh: 559
teşekürler
_Nazlim_ | 5 dekabr 2012 23:52 | Status: Professional user | Şərh: 2 267
SAGOL CANIM MENIM XEBER UCUN. :n49:
Ayka21 | 5 dekabr 2012 23:29 | Status: Yazar | Şərh: 2 770
Gaydalı xeber üçün çox sağolun
Torpaq | 5 dekabr 2012 23:16 | Status: Professional user | Şərh: 3 570
tesekkur faydali xeber ucun :n50:
Elsu memmedli | 5 dekabr 2012 22:34 | Status: Qonaq | Şərh: 0
tesekkurler maraqli melumatdir
Happiness_lady | 5 dekabr 2012 19:02 | Status: Gümüş user | Şərh: 1 179
Melumata gore cox sagolun.Men adi vaxtda cobanyastigi cayi icirem,qara caydansa,o faydalidir.
casiye 45 | 5 dekabr 2012 18:43 | Status: Gümüş user | Şərh: 1 449
sagolun
Mickey Mouse | 5 dekabr 2012 18:37 | Status: Professional user | Şərh: 4 008
faydali medlehete gore tewekkur
Feriha. | 5 dekabr 2012 17:55 | Status: Professional user | Şərh: 4 746
tewekkurler
Sekine Hesen | 5 dekabr 2012 17:29 | Status: Gümüş user | Şərh: 3 112
tewekkur faydali meslehetler ucun
Banu. | 5 dekabr 2012 17:17 | Status: Admin | Şərh: 2 266
Faydalı məlumatlardir teshekurler canim.
Princess_93 | 5 dekabr 2012 17:09 | Status: Brilliant user | Şərh: 5 877
cox tewekkurler