Sağlamlıq / Sağlam ol!

Böyrək daşı xəstəliyi

sheyla | 27-06-2012, 14:00
20 916 45

 
Böyrəklər – qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Gün ərzində böyrəklərdə orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində, təxminən 1,5 litr sidik əmələ gəlir. Eyni zamanda, böyrəklər arterial təzyiqin normada saxlanmasında böyuk rol oynayır, eritropoezdə və sümük toxumasının yaranmasında iştirak edir. Bütün bunlar böyrəyin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.

Böyrək daşı xəstəliyi –

ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyə əsasən, 20-50 yaşlarında təsadüf olunur. Əksər hallarda kişilərdə rast gəlinir. Lakin, bəzi növ daşlar daha çox qadınlarda müşahidə olunur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin, böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində böyrək kolikası adlanan ağrı meydana çıxır. Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər.

Böyrəkdə daşın əlamətləri – ağrı (böyrək sancısı), sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olsa, ağrı xüsusilə qarının alt hissəsində hiss edilir. Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik), sidik ifrazı zamanı yanma hissi, temperatur və titrəmə (infeksiya) müşahidə olunur.

Xəstəlik əlamətləri əsasən, daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, daha ağır gedişli olur. Bu tıxanma nəticəsində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Böyrək daşları hərəkət edib sidik yollarına və sidik kisəsinə düşə bilər. Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələyir və xəstədə dözülməz ağrılara səbəb olur.

 


Bel nahiyəsində ağrılar - sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı sancısından sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

Böyrəklərdə olan böyük daşlar (mərcanvari daşlar) zamanı ağrılar küt xarakterdə olur. Çünki, sidiyin passajının qarşısı tam alınmır, kiçik daşlarda ağrılar güclü olub, böyrək sancısı şəklində təzahür edir. Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir.

 

 


 

Böyrək daşı xəstəliyini yaranması səbəbləri.


- düzgün qidalanmama və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)

- irsi meyillik

- genetik faktorlar

- böyrəyin quruluş anomaliləri

- isti iqlim qurşağı

- bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar

- sidikdə normadan artıq kalsium

- oksalat atılımı

- əvəllər böyrək daşı olanlar

- sidik yollarında yad cismlər

- artıq çəki

- uzun müddət hərəkətsiz qalma

Onu da qeyd edək ki, su içmək əvəzinə, həddən artıq çay və kofe içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Belə ki, gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda,hərəkətsiz qalma, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.


M.M... | 27 iyun 2012 16:13 | Status: Professional user | Şərh: 1 740
Tewekkurler etrafli melumata gore. Allah boyrek xesteliyinen eziyyet cekenler komey olsun. Amin.
Allahin Gulu | 27 iyun 2012 15:47 | Status: Professional user | Şərh: 2 102
[b]Deyerli melumatdir ..Su icmek lazimdir cavanliqdaki orta yaşda boyrek problemi olmasin[.Mamam demiş boyreyin benzini sudur./b]
Seva-Azer. | 27 iyun 2012 15:40 | Status: Qonaq | Şərh: 2 351
bu gun analiz verib gelmişem. gorek de ne cixacaq. Allah hamiya şefa versin. AMİN!
Solnuwka. | 27 iyun 2012 15:28 | Status: Həkim | Şərh: 974
cox saq olun deyerli melumatlara gore.indi cox adamda boyrek problemleri olur.sadece olaraq ilde her bir insan 2 defe hekim muayinesinden kecse saqlamliqimiza aid olan problemler yeqinki cox az olar.saqlamliqinizin qedrini bilin.
sheyla | 27 iyun 2012 15:24 | Status: Professional user | Şərh: 836
Hande,
arzusefeq37,
dr.Samira,
sanel,
laleyka,
nergiz_zz,
Sumeyye,
OZ_DUNYAMIZ,
XEDICE,
SoFiYYaВ AnGeLВ ,

cox sagolun canlar.Allah her birimizi xesteliklerden uzaq etsin.Amin!
_Almira_ | 27 iyun 2012 15:19 | Status: Professional user | Şərh: 1 167
Menim de anamda boyrek problemi var,nenemde de var idi.Amma Şukur ki,bir muddetdi kecib.Onu deyim ki,qarpiz boyreye cox xeyirdi.Menim neneme de dediler,bizim de rayon MaşAllah qarpizdan boldu axi wink ,he,her gun seher ac qarina qarpiz yedi...Qapiz boyrekleri cox gozel temizleyir,daşlari da biraz eridir deyesen.O qarpiz yemeyin neneme cox xeyir oldu,o vaxtdan evvelki kimi cox agrimir,kimin boyreyinde daş varsa her seher ac qarina qarpiz yesin,cox komek edir...
həddən artıq çay və kofe içməyimiz də böyrəyimizdə problemlər yarada bilir

Vay vay vay...men dehşet cox cay icenem axi...Gune belke 7-8stekan cay icirem men....Ay da,men caysiz qala bilmerem axi...
şokolad, bəzi göyərtilər böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.

Şokolad ele de cox yemirem,normal miqdarda yeyirem.Goyertini ise cox nadir hallarda ureyim isteyer yeyerem,bele demek olar ki yemirem.
Xebere gore teşekkurler canim!
SoFiYYa AnGeL | 27 iyun 2012 14:54 | Status: Professional user | Şərh: 957
sukur Allaha bele bir problemim yoxdur..Insallah bir omrum boyuda olmaz..Canim bele faydali ve lazimi xeber ucun TESEKKURLER!
OZ_DUNYAMIZ | 27 iyun 2012 14:33 | Status: Gümüş user | Şərh: 1 205
MENIMDE HERDEN BOYREYIM KUT AGRAYIR.. AMMA HECNE ETMIREM AGRAYIB KECIB GEDIRRR UJE VERDISDIR . wink USAQLIQDAN KRISTALLASMIS DUZ VARRR
Sumeyye | 27 iyun 2012 14:31 | Status: Professional user | Şərh: 1 720
boyrek problemi mamamda var(( yaxşi suzmur eziyyet cekir(((( Allah her birimize komek olsun. amin
nergiz_zz | 27 iyun 2012 14:21 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.ALLAH QORUSUN.
laleyka | 27 iyun 2012 14:14 | Status: Professional user | Şərh: 652
das gunun aktual prablemlerinden biridir indi kime baxirsan boyreyinde das var sukur olsun Tanriya ki mualiceside var
sanel | 27 iyun 2012 14:09 | Status: Professional user | Şərh: 3 647
allah hamini qorusun amin
dr.Samira | 27 iyun 2012 14:06 | Status: Həkim | Şərh: 1 135
lazımli məlumatlardır,təşəkkürlər yazı üçün
Yasmin Arzu | 27 iyun 2012 14:05 | Status: Professional user | Şərh: 586
Allah uzag elesin onun sancisi adi sanci olmur dehsetdi
Hande. | 27 iyun 2012 14:03 | Status: Professional user | Şərh: 1 357
Vayyy,Allah uzaq elesin..Allah bu xestelikden eziyyet cekenlerede oozu yardimci olsun...
Onu da qeyd edək ki, su içmək əvəzinə, həddən artıq çay və kofe içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Belə ki, gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda,hərəkətsiz qalma, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.

Men kofe falan icmirem.Ama su belke gunde 10-15 stekannan cox icriem.Dehwet su icenemeee,cox.Mamada diyir bunu ki,cox su icensen,nedendi bu?..Ama duz ehh,evde hami usdume qiwqiriki besdi day,az duz ye.Ama neyliyim yawiya bilmerem duzsuz...
Tewekkurler melumat ucun canim.
ILK WERH MENNEN. smile