Sağlamlıq / Sağlam ol!

Yuxu pozğunluqları və yuxudan tam ayılmaq üçün nə etməli?

Alizes | 24-10-2012, 22:12
22 091 28
Elə vaxtlar olur ki, özümüzü yuxulu hiss edirik. Belə vəziyyət yarananda, ev və digər işlərlə məşğul olmağımıza mane olanda artıq problemə çevrilir. İnsan bilmədən, anlamadan da özünü əzgin, yuxulu hiss edə bilər.

Yuxu pozuntusunun simptomları

Özünüzü o zaman yuxulu hiss edirsiniz ki:
*Daim doyunca yatmır, yaxud pis yatırsınız
*Yatmağa çalışırsınız, məsələn, televizora baxa-baxa
*İş, dərs, yaxud evdə diqqətinizi cəmləşdirməkdə çətinlik çəkirsiniz
*Məktəbdə irəliləyişiniz azdır, yaxud işdə özünüzü yaxşı göstərə bilmirsiniz
*Tez-tez yuxulu göründüyünüzü deyirlər
*Yaddaşla bağlı problemləriniz var
*Cavab reaksiyanız zəifdir
*Emosiyalarınızı nəzarət altında saxlamaqda çətinlik çəkirsiniz
*Çox vaxt işdə mürgüləyirsiniz

Yuxululuğun səbəbləri
Buna pis yatmaq, ya da doyunca yatmamaq, müəyyən dərman, yaxud maddələr qəbul etmək və
digər pozuntuları aid etmək olar.

Yuxu dövranı və gümrahlıq
Ümumiyyətlə, yatmaq arzusu oyananda 2 növ yuxu muddəti ayırd edilir:
a) gecə yuxusu (gecəyarısından səhər saat 7-yə qədər ola müddət)
b) gündüz yuxusu (gündüz saat 12-dən 14-ə qədər olan müddət). Bu müddətlərdə yatmadıqda insanı yuxu basır.

Natamam yuxu
Doyunca yatmaq üçün lazım olan yuxunun vaxtı müxtəlif insanlarda fərqli ola bilər. Gün ərzində gümrah qalmaq üçün hər insana müəyyən saatda yatıb yuxusunu almaq vacibdir. Mütəxəssislər müşahidə etmişlər ki, hətta normal yuxusu olan böyüklərdə belə orta yuxu müddəti 8 saatdan 5 saata qədərdir. Bundan başqa, bəzi insanlara çox, bəzilərinə isə az yuxu saatı bəs edir. Bütün bunlar insanın özündən asılıdır. Çünki insanlar bir-birindən fərqlidir.

Yuxu pozulması
Yuxunun pozulmasına apnoe, narkolepsiya, ayaqlarda narahatlıq sindromu və yuxusuzluq halları səbəb ola bilər.
*apnoe tutması-yuxuda olan zaman insanın nəfəsinin dayanması səbəbindən baş verən ciddi pozuntudur.
*narkolepsiya-gecə doyunca yatmasına baxmayaraq, bəzən gündüzlər əlavə yuxululuq müşahidə olunur. Belə insanlar yerindən və zamanından asılı olmayaraq istənilən vaxt yuxuya gedə bilərlər.
*ayaqlarda narahatlıq sindromu-ayaqlarında çox zaman gecələr baş verən qıcolma və başqa xoşagəlməz narahatlıqlar müşahidə olunur.
Bütün bu hallar insanın normal yatmasına mane olur və nəticədə o, gündüzlər özünü yuxulu hiss edir.

Yuxudan tam ayılmaq üçün nə etməli?
Mütəxəssislər sağlam həyat tərzi, daha doğrusu, yuxunu qovmaq üçün bir sıra məsləhətlər verirlər:
*saat zəng çalan kimi dərhal çarpayıdan sıçramaq lazım deyil. Yaxşı olar ki, 3-5 dəqiqə də uzanıb tam ayılasınız. Yeri gəlmişkən, bu dəqiqələri mini gimnastika məşğələsinə də sərf etmək olar- bir neçə dəfə gözləri möhkəm açıb-yummaq, başı hərləmək, ovucları, pəncələri dolandırmaq, sonra bədənin bütün əzələlərini boşaltmaq.
*tumbanın üstündə limonlu çay, kakao, itburnu həlimi, qurudulmuş meyvə kompotu və s. olan termos qoyun. Bu içkilərdən iki qurtum içib özünüzü daha gümrah hiss edəcəksiniz.
*yuxunu qovmaq üçün sərin duş və gimnastika da faydalıdır. Bu məqsədlə mütəxəssislər yoqa və digər bu kimi tənəffüs gimnastikası təklif edirlər. Belə məşğələlər orqanizmi oksigenlə qidalandırır.

Yuxusuzluq
*yuxu pozuntusunun elə halıdır ki, bu zaman insan yatmaq istəyir, amma yuxuya gedə bilmir. Pis yatır, səhərlər yuxudan erkən oyanır və yenə yatmaq istədiyini hiss edir. Bu pozuntuların hər biri yuxululuğa səbəb ola bilər.
*yuxu pozulmasının təzahürlərindən biridir. Bu hal insanlar arasında geniş yayılıb və müxtəlif yaşda rast gəlinir.
*yuxusuzluqdan əziyyət çəkən insanlar asanlıqla yuxuya gedir, amma xeyli keçmiş yenə ayılırlar. Digərləri isə əks problemdən əziyyət çəkirlər. Yəni onlar yuxuya getmək və oyanmaq prosesi ilə bağlı problemlə qarşılaşırlar. Nəticədə insan doyunca yata bilmir və bu da onun gündüzlər fəaliyyətinə və əhval ruhiyyəsinə təsirsiz ötüşmür.

  1. ESMERRi | 13 aprel 2016 18:58 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: Hande 18
    allaha sukur ele pirablimim yoxdu
  2. dılay | 30 dekabr 2015 11:01 | Status: Brilliant user | Şərh: 8 185
    Hec. Yata bilmirem
  3. Hande 18 | 24 aprel 2013 21:15 | Status: Professional user | Şərh: 3 302
    allaha sukur ele pirablimim yoxdu
  4. Seva-Azer. | 29 oktyabr 2012 12:44 | Status: Qonaq | Şərh: 2 351
    Manim yuxumdan falak da bash aca bilmir. yuxum qarishiq beyinim de pozulub....
  5. harmony | 27 oktyabr 2012 18:09 | Status: Gümüş user | Şərh: 648
    cox sag olun faydali melumatdi
  6. Melek_1 | 27 oktyabr 2012 13:20 | Status: VİP user | Şərh: 1 002
    bele bir problemim yoxdur
  7. a.mubariz | 27 oktyabr 2012 12:05 | Status: Professional user | Şərh: 1 162
    mende de yuxu problemi var,butun gece yerimde firlaniram,yuxum gelir amma yata bilmirem,
  8. HEYATIM | 27 oktyabr 2012 01:43 | Status: Professional user | Şərh: 2 110
    maraqli melumatlardi menimde yuxum az olur hec yatmaq istemiremde bilmirem nedendi
  9. S24 | 26 oktyabr 2012 22:10 | Status: Gümüş user | Şərh: 797
    men gec yatiram deye yuxu deylen sey qalmiyib ki mende
  10. TATLI GUZEL | 26 oktyabr 2012 13:15 | Status: Professional user | Şərh: 5 781
    Menim bye bye elemye gore bir prablemim yoxdu.Yanimda mishkam olsun birde yumshaq yastiq bashimi atan kimi yatiram.Birce mende yuxudan oyanmaqdi prablem.Tesekkurler Alizes
  11. Damla | 26 oktyabr 2012 07:57 | Status: Brilliant user | Şərh: 7 178
    Bu aralar mendede yuxusuzluq problemi var.Gecalar yaxsi yatmiram...
  12. Vetenperver | 25 oktyabr 2012 23:58 | Status: Professional user | Şərh: 6 700
    Səhər durmaqda heç problem yaşamıram.Saat neçədə istəyirəmsə o vaxtıda dura bilirəm.Gecə neçədə yatıramsa səhər eyni vaxtda(saat 7-8-də dururam).
  13. nayira | 25 oktyabr 2012 23:07 | Status: VİP user | Şərh: 581
    yuxusuzluq prablemim olmuyub.gece necede yatsamda seher isdediyim saatda ayiliram.gunortalarda tesaduf hallarda yuxu gelir .maraqli movzuycun twkler
  14. ay ulduz | 25 oktyabr 2012 17:49 | Status: VİP user | Şərh: 295
    mende doyunca yata bilmir ne gunorta ne gece usaqi agliyir butun gunu tesekurler melumat ucun
  15. leylawka | 25 oktyabr 2012 17:47 | Status: Professional user | Şərh: 1 866
    bu xeber mene lazim idi cox cox tesekkürler smile
  16. Gunnare_ok | 25 oktyabr 2012 15:59 | Status: VİP user | Şərh: 332
    eh seher 6-da qalxairam,yatanlara baxiram koks otururem xususen de hava tutqun olanda lap dehset olur:(
  17. Happiness_lady | 25 oktyabr 2012 14:50 | Status: Gümüş user | Şərh: 1 180
    Xebere gore sagolun,hele ki yuxu baresinde problemim yoxdur.Tsk.
  18. Mickey Mouse | 25 oktyabr 2012 11:01 | Status: Professional user | Şərh: 4 008
    tesekkurler xebere gore
  19. gulya20 | 25 oktyabr 2012 02:33 | Status: Professional user | Şərh: 4 678
    Mendede olur.Geceler yatmaq istemirem seherlerde durmaq.
  20. _Almira_ | 25 oktyabr 2012 00:52 | Status: Professional user | Şərh: 1 167
    Sitat: Ayka21
    can eyyy baci eyni menim kimisen amma bir ferqimiz varki men en cox yatanda 5 6 saat yatiram gece

    Yox yox,men yuxudan doymuram ki,xususile de seher yuxusundan.Geceler yatmagi hec sevmirem,carem olsa hec yatmaram(yoruldugum zamanlari cixmaq wertile),gunortalar da yatmiram hec vaxt...Amma seher yuxusu mene yaman wirin gelir de wink ,dura bilmirem ki...Yayda yatiram hec olmasa.Meselen bu yay her gun 11-de,ya 12-de dururdum :n32: (yaman tenbelemeeeee :n32: )He,amma sentyabrdan beri 8-den gec durmuram,en uzagi 9-da duracam da...Amma,11-e qeder yatmaq ucun hesretle bazar gununu gozleyirem wink
  21. sevinc keder | 25 oktyabr 2012 00:31 | Status: Professional user | Şərh: 3 818
    hee mende de yuxu pozuntusu olur herden tewekkurler
  22. Princess_93 | 25 oktyabr 2012 00:27 | Status: Brilliant user | Şərh: 5 877
    tewekkurler
  23. Rightit | 24 oktyabr 2012 23:15 | Status: Gümüş user | Şərh: 758
    mende arada bir yuxu pozulur. lazimli xeberdir. tewekkur.
  24. P.S | 24 oktyabr 2012 23:06 | Status: VİP user | Şərh: 995
    xebere gore tewekkurler
  25. Ayka21 | 24 oktyabr 2012 22:56 | Status: Yazar | Şərh: 2 770
    _Almira_,
    can eyyy baci eyni menim kimisen amma bir ferqimiz varki men en cox yatanda 5 6 saat yatiram gece
  26. rufet ehmed | 24 oktyabr 2012 22:28 | Status: Gümüş user | Şərh: 1 391
    offfff menim de yuxum tez tez pozulur
  27. _Peri_ | 24 oktyabr 2012 22:26 | Status: Gümüş user | Şərh: 1 662
    offfffff,lap yuxum geldieeeee,men olurem yatmaqcun....amma yuxudan bir azda doymamiw dursam,ve ya kimse yuxudan meni yarimciq qaldirsa,hmmm,hemen gunu meni hec kim daniwdirmir,cunki,hamiyla pis,qiwqiraraq daniwiram.....twk x.u.
  28. _Almira_ | 24 oktyabr 2012 22:25 | Status: Professional user | Şərh: 1 167
    Cox faydali xeebrdi,men de beleyem.Gece saat neceye qeder desez,lap sehere qeder oturaram.Amma yatdimsa ayila bilmirem.Cox cetinlik cekirem seher durmaqda.Telefonu qurub qoyuram,seher goruremki,telefon elimde yatmiwam,ne vaxt sondurub yatmagimdan xeberimde olmayib wink Sonra guya B planina kecirem.Saati qurub qoyuram ozumden uzaga,stolun ustune,guya fikirlewirem ki,telefonu sondurmek ucun mecburen ayaga duracam,yeqinki,onda ayilaram.Çnanin hec faydasi olmureee wink ,yenede seher durub goruremki,telefon elimde yatmiwam.Ne vaxt durmuwam,ne vaxt sondurub tezeden yerime girmiwem,hec xeberim de olmuree wink Hele 10deqiqeden bir tekraren calir,onlari da sondururb yatiram wink Anlayacaginiz meni kimse durguzmasa ozum dura bilmirem hecvaxt,Allah mamanin canini sag elesin wink Hardasa yarim saat cagirandan sonra birteher dururam wink Amma eger 6-7saat tam yatsam biraz tez ayiliram.Eger 6saatdan az yatsam,gunorta hardasa saat 11-den esnemeye bawlayiram wink (uje vaxtini da ezberlemiwemee wink ),hardasa yarim saat,1saat esneyirem,yuxu basir da,ve ya 8saatdan cox yatsam ayila bilmirem artiq.cetin oyaniram,amma hemin gun yuxulu olmuram da...

    Neyse,men cox daniwdim wink ,maraqli xeber idi,tewekkurler canim!