Sağlamlıq / Sağlam ol!

Yayın qızmarında susuzluğu necə yatırmalı?

Nazar | 2-08-2012, 10:08
4 995 57

 

 

 

Xüsusilə isti havada çoxlu su qəbul etmək lazımdır
Su insan orqanizmi üçün çox vacibdir. Mütəxəssislər sübut ediblər ki, insan orqanizmi gün ərzində 2-2,5 litr, adi halda isə 4 litrə qədər su itirir.  Az miqdarda maye qəbulu baş gicəllənmələrinə, baş ağrılarına, xroniki xəstəliklərin kəskinləşməsinə, ürək və böyrəklərlə bağlı problemlərin artmasına səbəb olur. Eləcə də fiziki və zehni əmək qabiliyyətini aşağı salır. Bu səbəbdən xüsusilə də isti havada çoxlu su qəbul etmək lazımdır.

Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, gün ərzində insan qidanın tərkibindəki maye ilə qarışıq 3 litr maye qəbul etməlidir. "Havaların istiləşməsi ilə əlaqədar isə 3 litrdən çox maye qəbulu labüddür. Ən azı, orqanizm heç olmasa 2 litr maye qəbul etməlidir. Maye qəbulunda insanın çəkisinin, boyunun, yaşının da rolu var. Çəkisi çox olanlar arıq adamlara nisbətən daha çox su içməlidirlər".

H.Mehdiyev oruc tutanlara da bəzi məsləhətlərini verib. 

"Oruc tutan adam gün ərzində susuz qalır. İsti hava zamanı gün ərzində susuz qalan adamın birdən-birə çoxlu miqdarda maye içməsi düzgün deyil. Mayeni tədricən və hissə-hissə qəbul etmək lazımdır",

- deyən həkim oruc tutanların gün altında olmasını ümumiyyətlə məsləhət görmür. Onun sözlərinə görə, oruc tutan şəxslər gün ərzində susuzluq hissindən çox əziyyət çəkməsinlər deyə, quru və susuzluq hissi yaradan qidalar qəbul etməməli, duru yeməklərə üstünlük verməlidirlər: "Yaxşı olar ki, bu zaman qaynadılmış adi su içsinlər".

Limonlu suyun susuzluq hissini yatırdığını deyən müsahibim bəzi hallarda bunun əks nəticə verdiyini də bildirib. "Misal üçün, mədədə problem varsa, səhər tezdən limonlu suyun içilməsi susuzluq hissini gün ərzində artıra bilər. Ona görə də ən yaxşısı, adi təbii və ya qaynadılmış sudan istifadə etməkdir. Badamlı və ya başqa mineral suların səhər vaxtı istifadəsi də gün ərzində susuzluğa səbəb ola bilər. Bu sulara qaz vurulur. Qazlı su isə yanğı hissini daha da artırır. Belə ki, onların tərkibində soda, karbohidratlar olur, bu da susuzluq hissinin çoxalmasına gətirib çıxarır. Lakin qazlı suların axşam vaxtı, iftardan sonra qəbulu qorxulu deyil. Səhər tezdən isə istifadə etmək məsləhət olunmur".

Qızmar havada spirtli içkilərdən istifadənin çox təhlükəli olduğunu deyən terapevtin bildirdiyinə görə, spirtli içki özü də orqanizmi qızdırır. "Spirtli içki qəbul edən şəxs daha çox maye itirir. Bu zaman adam çox tərləyir və orqanizmdə maye azalmağa başlayır. Çox tərləyəndə də çox maye qəbul etmək lazımdır. Qızmar havada araq və bir az ondan güclü içkilərin qəbulunun fəsadları daha ağırdır".

Həkim qeyd edib ki, isti hava şəraitinin insan səhhəti üçün yaratdığı təhlükəli vəziyyətlərdən biri də günvurmadır. "Günvurma vaxtı insan orqanizmi həddindən artıq çox tərləyir və bunun nəticəsində də kifayət qədər maye itirir. Tərləmə vaxtı orqanizm daha çox qızır, üstəlik, havanın da isti olması orqanizmdə assimilyasiya və dissimilyasiya prosesinin getməsinə səbəb olur. Orqanizm həm enerjini itirir, həm də bərpa edir. İsti olanda orqanizm itirdiyi enerjini bərpa edə bilmir. Bu səbəbdən də bədən qızdığına görə, çoxlu miqdarda maye qəbul etmək lazımdır. Sözsüz ki, adi, qazsız mayedən istifadə etmək məsləhətdir. İsti hava şəraitində təbii meyvə şirələrinin qəbulu da müsbət nəticə verir. Əl ilə çəkilmiş təbii meyvə şirələri daha xeyirlidir, amma belə şirə əldə etmək mümkün olmadığı halda mağazalarda satılan hazır təbii şirələrdən də istifadə etmək olar. Hazır şirələrə mütləq müxtəlif qarışıqlar qatırlar".

Onun dediyinə görə, isti aylarda limonlu sudan, çaylardan, xüsusilə də yaşıl çaydan istifadə etmək orqanizm üçün müsbət nəticə verir.

Aşbaz Leyla Kazımova da bildirib ki, isti havada gümrah qalmaq üçün xüsusi içkilər içmək lazımdır.

"Limondan hazırlanan içki susuzluğu yatırır. Belə bir içkini hazırlamaq üçün bir stəkan suya limonun dörddə bir hissəsi əlavə edilməlidir. İçkiyə yarım çay qaşığı şəkər və bir çimdik duz da əlavə etmək olar. Belə içkini az miqdarda hər yarım saatdan bir içmək fayda verir. Çay da susuzluğun qarşısını alır. Qəribə olsa da, soyuq çaya nisbətən qaynar çayı içdikdən sonra sərinlik gətirir. Həm də qaynar çay dərini ultrabənövşəyi şüalardan qoruyur", - deyən müsahibim əlavə edib ki, təbii şirələr, ayran, yoqurt da isti havada sərinlik gətirir. 

Susuzluğu yatırmaq üçün yağsız süd də içmək olar. Təbii şirələr isə şəkərsiz və ya az miqdarda şəkər əlavə etməklə, su ilə qarışdırılmış halda içilməlidir. Alça, alma, albalı, gavalı, zoğaldan hazırlanan içkilər daha məsləhətlidir. Şirələri yeməkdən yarım saat əvvəl və ya sonra içmək lazımdır. Qazlı şirin sular isə susuzluğu yatırmaq əvəzinə, daha da çoxaldır.

L.Kazımovanın dediyinə görə, su içildiyi an susuzluğu yatırmır. "Susuzluq hissi 10-15 dəqiqədən sonra keçir. Ona görə də birdən-birə çox su içmək lazım deyil. Həddindən çox su içmək də ziyandır. İçki nə qədər xeyirli olsa da, soyuq halda orqanizm üçün zərəri var". 


ESMERRi | 8 aprel 2016 12:05 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: kiraz mevsimi
Tesekkurler gun erzinde 5 litre qeder su icirem.
Real Madrid CF | 1 iyun 2015 16:52 | Status: Qonaq | Şərh: 0
Tesekkurler gun erzinde 5 litre qeder su icirem.
Gulshen. | 23 fevral 2014 15:23 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 17 fevral 2014 15:37 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Kenan :)
twk xebere gore

Melek_1 | 4 yanvar 2014 15:26 | Status: VİP user | Şərh: 1 002
Sitat: Kenan :)
twk xebere gore
Kenan :) | 20 noyabr 2013 23:36 | Status: Şərhçi | Şərh: 347
twk xebere gore
Qanad | 10 iyul 2013 08:39 | Status: Yazar | Şərh: 4 357
Yayda men cay icirem.Soyuq su icende bogazim agriyir
Mickey Mouse | 25 iyun 2013 21:04 | Status: Professional user | Şərh: 4 008
Su cox icenem
Feride 18 | 24 iyun 2013 14:09 | Status: VİP user | Şərh: 686
Men butun fesillerdee coxlu su icirem.....

Men butun fesillerde coxlu su icirem...
Beren | 17 iyun 2013 22:40 | Status: Professional user | Şərh: 3 214
Çox su içən deyiləm.Su içə bilmirəm.Ümumiyyətlə gün ərzində demək olar ki,3-4 stəkan su içirəm.
Təşəkkürlər.
Akademik | 13 may 2013 03:22 | Status: Professional user | Şərh: 4 580
başqa fəsillərdə su içə bilməməyimə görə yayda bol-bol su içirəm.
RaySum | 4 may 2013 18:01 | Status: Professional user | Şərh: 2 594
susuz qalmaq olmur axi
azeri_oglu | 5 sentyabr 2012 00:47 | Status: Gümüş user | Şərh: 2 243
inanin bir stekan duzlu su icin,1 saat dozun, sora hec yadinizada duwmeyecek
nurashka | 25 avqust 2012 00:45 | Status: Qonaq | Şərh: 2 167
4gündür bakidayam nə qədər su içmişəm bir allah bilir
NANICKA | 17 avqust 2012 08:19 | Status: Şərhçi | Şərh: 220
MENIM SEXSEN SUSUZLUGA COX SUKUR DOZUMUM VAR,AMA MEN ESITMISEM KI LIMONLU SU SUSUZLUGU YATIRAR COX SAG OLUN :n18:
cucem. | 10 avqust 2012 12:16 | Status: Professional user | Şərh: 4 415
TWK.LER XEBERE GORE MENIM SUSUZLUGA DAVAMIM VAR INWALLAHKI ORUC TUTANLARADA ALLAHDAN SEBIR DILEYIREM :n26:
OZ_DUNYAMIZ | 3 avqust 2012 20:05 | Status: Gümüş user | Şərh: 1 205
hmm tewekkurler xebere goree
Ayka21 | 3 avqust 2012 15:13 | Status: Yazar | Şərh: 2 770
cox tesekkurler
_Mamedova_ | 3 avqust 2012 13:51 | Status: Gümüş user | Şərh: 1 837
ele olur gun erzinde hec su icmirem,yadima bele duşumur,herdende cox susuzduyuram,deyişkenem)
niwanli | 3 avqust 2012 12:23 | Status: Gümüş user | Şərh: 264
men susuz rahat qala bilirem menimcun problem deyil
Nazar | 3 avqust 2012 11:46 | Status: Professional user | Şərh: 1 184
Mən lap su xəstəsiyəm susuz dayana bilmirəm hətda gecə bir neçə dəfə su içmək üçün oyanıram .
Nursan. | 3 avqust 2012 09:26 | Status: Gümüş user | Şərh: 1 020
Sitat: Damla
.susuzlugun qarwisini alinmasi ucun en gozel vasite ayrandir beh-beh ozude naneli ayran.yada okrowka.

Mən də sevirəm nanəli ayranı
rosee | 3 avqust 2012 00:03 | Status: Professional user | Şərh: 1 850
su insan bedeni ucun vacib ickidi
su icmeyenin bedeninde suyu azalir.


mene kömek edin ölurem medem dehsetli derecedde agryir neefes ala bilmirem
dermanim qutarib( bir meslehet verin ne icim neynim ki kecsin (
Sumeyye | 2 avqust 2012 21:54 | Status: Professional user | Şərh: 1 720
gerek lap suszlayim ki su yadima duşsun bele cay icirem
HEYATIM | 2 avqust 2012 21:20 | Status: Professional user | Şərh: 2 110
onemli meslehetdi cox tewekkurler
POWER | 2 avqust 2012 20:03 | Status: VİP user | Şərh: 372
L.Kazımovanın dediyinə görə, su içildiyi an susuzluğu yatırmır. "Susuzluq hissi 10-15 dəqiqədən sonra keçir.

maraqlidir :n29:
BAYACAM | 2 avqust 2012 19:34 | Status: Professional user | Şərh: 1 042
INANINKI HEC SUSUZLUQUM OLMUR ORUC OLARKEN.,NE YIMEY NE SU YADIMA DUWMUR.IFTARDADA 1 STEKAN SU ICIREM,YIMEYDE BIR DAMCI YIYIREM WTAHIM OLMUR.
TEWEKKURLER.ALLAH RAZI OLSUN.
nurashka | 2 avqust 2012 16:41 | Status: Qonaq | Şərh: 2 167
Sitat: GUNAY_ELEKBER
Limonlu su susuzlugu yatiri

Ay yaşa raziyam
life82 | 2 avqust 2012 16:32 | Status: Gümüş user | Şərh: 985
YEMEKSIZ QALMAQ OLUR,SUSUZ QALMAQ OLMUR
Sekine Hesen | 2 avqust 2012 16:17 | Status: Gümüş user | Şərh: 3 112
Demek olarki gunde belkede 4litr su icirem ozude buz kimi yayin en cox sevdiyim terefidi bollucana buzlu su icmek,su ALLAHIMIZIN bexw etdiyi gozel nemetlerdendi.Tewekkur xebere gore