Sağlamlıq / Sağlam ol!

Məşhur həkimlərə inanmayın! - Araşdırma və müqayisə

Aynur_Qurbanqizi | 2-07-2021, 13:28
10 773 0

Fecebookun məşhur Xoşbəxt Qadınlar Klubu qrupuna həkim axtarışı ilə bağlı da hər gün suallar gəlir. "Hansı həkim yaxşıdır?", "Hansı həkimə gedək?"suallarına xanımlar öz təcrübələrinə əsasən cavab verirlər. 

Mən özüm də insanlara faydam dəysin deyə həm yaxşıları, həm də xəstələrin həyatı ilə oynayan savadsız həkimləri tez-tez səhifə və qrupumda paylaşıram. Çünki, savadsız, vicdansız həkimlərə görə xəstənin həm canı, həm vaxtı, həm pulu gedir! 4 ildir uroloji problem yaşayırdım, şükr 1 ay əvvəl cəmi 5 dəqiqəyə bu xəstəlikdən qurtuldum... Keçirdiyim bu yolu, həkimlərin başıma gətirdiklərini olduğu kimi yazacam. Və təsadüfdən ya bu klinika savadsız həkimləri bir araya toplayır bilmirəm, məni məyus edən hər 2 məşhur həkim İnternational Medical Center-də çalışır...


İlk 4 il əvvəl Ginekoloq Pərvin Xəlilovanın yanına getdim. Heç bir analiz filan olmadan duaqnoz qoydu ki, uşaqlıq sallanması. Guya uşaqlıq sidik kisəsinin üstünə düşür, buna görə sidik az-az gəlir. Mənim də elə xasiyyətim var ki, xəstəlikləri google-dən uzun uzudı araşdırıram və illərlə tibbi oxuyan bunlardan daha düzgün analiz edirəm. Araşdırmamda deyilirdi ki, uşaqlıq sallanması ağır işlə məşğul olan, 3-4 uşaq doğan qadınlarda olur adətən. Nə isə, bu diaqnoz mənə bir az şübhəli gəlsə də, düşündüm ki, hər halda həkim daha düzünü bilər, özü də məşhur, tanınmış həkim... Yəqin ki, məndəki problem məhz bununla bağlıdır. Və əməliyyata razılıq verdim.  1000 azn ödədim və digər əlavə xərclər. 

Və sonradan bildim ki, həkimlərin üz qarası olan bu Pərvin Xəlilova ümumiyyətlə pul dərdindən məni aldadıb (!) sadəcə vaginaplastika edib. Baxmayaraq ki, mən ondan belə şey istəməmişəm. Əməliyyat sırasında guya mənə yaxşılıq olaraq bunu da əlavə edib. Üstəlik də vaginaplastikanı da o qədər bərbad etmişdi ki, illərdir bunun acısını yaşayıram.


Təsəvvür edin, 800 azn qazanacaq deyə xəstəni aldadıb, insanın problemi qalıb bir tərəfdə, onu başqa yüngül əməliyyatla yola vermək nə deməkdir?! Görün, indi nə qədər xəstələri bu cür aldadıb. Bu cinayətdir!


Problemim olduğundan daha da pisləşməyə doğru getdi. Daha sonra uroloq yazıb google-da axtarış verən kimi başda Uroginekoloq Aygün Səlimovanın adı çıxdığı və adının yanında Türkiyədə təhsildən tutmuş, onlarla sertifakat filan, dedim ay Allah, sonunda savadlı bir həkim tapdım. Həm də iştirak etdiyi TV verilişlərdə tez-tez vurğulanırdı ki, uroloji duaqnoz qoyan guya nömrə 1 aparat da ölkədə yalnız bundadır.



Məşhur saytlarım, qadın qrupum olduğu üçün reklam qarşılığı ödənişsiz qəbuluna girdim. O da heç bir analiz filan olmadan diaqnoz qoydu ki, bəs səndə hiperaktiv sudik kisəsi var. Dərmanlar yazdı ki, 100 faiz qaranti verirəm sağalasan. Dedim ay həkim, anamda da olub, bəlkə sidik yolu darlığıdır? Dedi, yox ee, bu başqadır, mən səni sağaldacam get iç dərmanları! Dərman da biri 80 azn... Aldım və içdim, 3 gün sonra vəziyyətim daha da pisləşdi. Zəng etdim, dedi hə, bu sənə düşmədi, onda başqa dərman iç. Axır dedim ki, o aparata sal dəqiq diaqnoz olsun.


Aparat da 250 azn. Dedi reklam qarşılığı sənə pulsuz edəcəm. Nə isə, o məşhur aparatın da diaqnozu həkimin dediyi ilə üst-üstə düşdü. Baxmayaraq ki, internetdə araşdırmama görə yenə şübhəliyəm amma, dedim daha bu bahalıqda aparat bu qərarı veribsə, demək belədir. Qısacası, bu həkim də düz 1 il mənə yanlış dərmanlar içizdirdi. Axırda bezdim və nə ona zəng etdim, nə də dərman içdim. 


Dedim yəqin mənim də qismətim bu xəstəliklə yaşamaqdır. Amma, dözmək olmurdu, üstəlik sidik kisəsi boşalmadığı üçün sistit yarandı, artıq böyrəyimə də ziyan olar deyə qorxu yaşadım.


Bu dəfə gözümü yumub kişi həkiminə getdim. Uroloq Ziya Əliyev. Qəbulu kompaniyaya görə pulsuz idi. 40 azn verib uroloji UZİ-yə saldırdı, bir də 40 azn analiz... 1 saata kimi söhbət etdik, dedim ki, ay həkim, mən düşünürəm ki, dərdim sidik yolu tutulmasıdır. Məni bununla bağlı müalicəyə yönləndir. Təsəvvür edin də artıq həkimlərə özüm yalvarıram özümə diaqnoz qoyub. Ziya həkim də dedi ki, müxtəlif səbəblər ola bilər filan. Şübhəlisənsə onda öncə bir ginekoloqa get sidik yoluna kateter salıb ölçüsünü yoxlasınlar-filan.


Axtarmağa başlarkən bir tanışım Baku Medical Plazada çalışan Uroloq Ülviyyə Məmmədovanın yanına getməyi məsləhət gördü. Düzü, təəccübləndim ki, qadın uroloq da varmış. Adətən, uroloq yazanda ancaq kişi həkimlər çıxır. Getdim yanına. Bir az sərt görünüşü var, azca məni dinlədi və birbaşa dedi ki, səndə sudik yolu darlığıdır, əməliyyat olunmalıdır, vəssalam. Dedim, bəlkə yoxlayasınız, dedi ehtiyac yoxdur, yoxlama təkrar sidik yoluna travmadır. Boşuna əziyyət niyə verim sənə. Sənin dərdin budur.



Düzü, həkimlərə inamım itdiyi üçün bir az tərəddüddə qalsam da, bu diaqnoz illərdir öz düşündüyümü təstiqlədiyi üçün gözüyumulu razılaşdım. Nə olursa-olsun bunu da yoxlamalı idim. 500 azn əməliyyat qiyməti, 350 azn də klinika analizləri -covid testi filan (Analizlərin absurd qiyməti də ayrıca bir mövzudur)... 


Əməliyyata hazırlıq bir az çəksə də, əməliyyatın özü cəmi 5 dəqiqə imiş. Aparatla sidik yoluna daxil olundu və ekranda həkim göstərdi ki, bəli səndə dəhşət darlıq varmış, qayçı ilə azca kəsik vəssalam. 3 gün kateterlə gəzdim, sonra çıxarıldı. Və problemim həll olundu! 

1 aydır o qədər nutlu, o qədər rahatam ki, geriyə çönüb yanlış diaqnoz qoyan həkimlərə baxanda doğrudan şoka düşürəm.


Heç bir tibbi təhsili olmayan mən sadəcə internet araşdırması və məntiqimlə özümə düzgün diaqnoz qoyduğum halda, illərdir Tibb sahəsində oxuyan və çalışan "məşhur" həkimlərin sadə bir şeyi bilməmələri məni həqiqətən dəhşətə gətirir... İndi görün bunlar və bunun kimilər nə qədər xəstənin həyatı ilə oynayıblar. Mən heç olmasa bunları yazıb sizə çatdırıram, amma canını, pulunu bu savadsızlara itirmiş minlərlə insan var ki, onlardan xəbərsizik!


Qeyd edim ki, Ülviyyə xanım reklamın əleyhinə olan bir xanımdır. Nə televiziya çıxır, nə başqaları ilə əməkdaşlıq edir. Sadəcə, öz işinə türklər demiş odaklanır. Amma, mənim kimi çarəsiz xəstələrə bu savadlı, işinin peşakarı olan həkimi tanıtmağı özümə borc bilirəm! Sizlər də bu mövzuda təcrübələrinizi hər kəslə bölüşün ki, xəstələr canını və pulunu itirməsin, əksinə birbaşa Ülviyyə xanım kimi həkimlərin yanına getsinlər.

Aynur Qurbanqızı