Sağlamlıq / Sağlam ol!

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Aynur_Qurbanqizi | 11-06-2021, 14:49
1 257 0

Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb. 

Azadqadin.az-a verilən məlumatına görə, virusun əsas simptomları qızdırma və bəlğəmli öskürəkdən ibarətdir.
Mövzu ilə bağlı saytımıza açıqlama verən pediatr Məhsəti Əfəndizadə bunu təsdiqləyib. O bildirib ki, hazırda yayılan infeksiya ilə bağlı müraciətlərin sayı çoxdur:

“Sözügedən virus yoluxucudur və daha çox 2-12 yaş arası uşaqlarda qeydə alınır. Sağalma müddəti isə dəyişkəndir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha uzun müddətə sağala bilirlər.

Valideynlərə məsləhətim bundan ibarətdir ki, qızdırma ancaq 38-i keçərsə, hərarət salıcı dərmanlardan istifadə etmək lazımdır. Bundan başqa, əgər uşağın vəziyyətində stabilləşmə olmazsa, həkimə mütləq müraciət edilməlidir”.