Sağlamlıq / Sağlam ol!

Tədqiqatlardan sonra hamilələrə vaksin vurdurmağa icazə veriləcək

Aynur_Qurbanqizi | 3-06-2021, 19:53
145 0
“Vaksinologiya elminə görə, yalnız diri, canlı peyvəndlərin hamilələrə vurulması əks göstərişdir. Qaydalara görə, bizdə əhalinin əksər kütləsinə tətbiq edilən öldürülmüş - inaktivləşmiş “CoronaVac” vaksini hamilələrə vurula bilər”. 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
O bildirib ki, lakin dünyada həmin vaksin hamilələr üzərində sınaqdan keçirilməyib. Bununla bağlı tədqiqat aparılmadığına görə, istehsalçı şirkət tərəfindən həmin vaksinin vurulması tövsiyə olunmur:

“Bu həmçinin 18 yaşından aşağı uşaqlara da aiddir. Yalnız bir peyvənd – ABŞ istehsalı olan “Pfizer” peyvəndi tədqiqatlarda 12 yaş üzəri uşaqlara vurulmasına icazə verilib. Əhalinin 18 yaş üstü təbəqəsi bütünlüklə peyvənd olunandan sonra, tədqiqatların nəticələri əsasında hamilə qadınlara və uşaqlara həmin vaksinlərin vurulmasına icazə veriləcək”. 

Gülnar Əliyeva