Sağlamlıq / Sağlam ol!

Koronavirus formasını dəyişir, yoluxanlar dəli olur? - KABUS BİTMİR...

Banu. | 19-10-2020, 14:31
518 0
Koronavirus (COVID-19) infeksiyasından sağalan insanlarda bir sıra əks təsirlər müşahidə olunur. Virusdan sağalan insanlarda müşahidə olunan bir digər əlamət də şizofreniya olduğu deyilib.
Bəs, şizofreniya ilə yoluxucu virusun nə kimi əlaqəsi var?
Müsahibəsində psixoloq Vəfa Rəşidova bildirib ki, hər ikisi tamamilə fərqli şəkildə təzahür edən xəstəliklərdi:
“Şizofreniya tamamilə başqa aspektdə olan ruhi xəstəlikdir. Birdən birə yaranan, yaxud yayılan deyil. Buna görə də koronavirusla müqayisə edilə biləcək, yoluxucu xəstəliklər sırasında yeri yoxdur. Bildiyimiz kimi, koronavirus kimi yayılan, yoluxan xəstəliklər bir anda ortaya çıxır. Lakin şizofreniya belə deyil. Bu səbəbdən şizofreniya ilə koronavirusun bağlılığı qətiyyən yoxdur. Ola bilər ki, şizofreniyadan əziyyət çəkən insanlara virusun təsiri fərqli olsun. Yəni, onlar nisbətən həssas olduqları üçün fərqli psixoloji təsir göstərə bilər. Ümumi olaraq isə virusun psixoloji təsirini bütün insanlar qismən gördü. Yoluxma ilə bağlı kiçik qorxular böyüdüldüyü üçün belə fikirlər ortaya çıxdı. Biz deyə bilmərik ki, koronavirusla şizofreniya əlaqəlidir. Bu absurd bir fikirdir. Yoluxucu və genetik-nevroloji xəstəliklər tamamilə ayrı anlayışlardır.
İnsanlarda belə bir xüsusiyyət var ki, xəstəlikləri bir-biri ilə qarışdırırlar. Məsələn, hər hansı bir qorxu varsa, bu qorxunu tamam başqa xəstəliklərə yozurlar. Əmin ola bilərsiniz ki, şizofreniya tamamilə geniş əhatəli bir mövzudur. Bu baxımda koronavirusun daxilində özünü göstərər bilməz”.
Şəfəq Samed
Redaktor