Sağlamlıq / Sağlam ol!

Həkimlər koronavirusun daha bir fəsadını üzə çıxardı

Aynur_Qurbanqizi | 14-10-2020, 12:01
94 0

Şiddətli koronavirus xəstələrinin bir hissəsində bədəni viruslardan qoruyan interferona qarşı antikor inkişaf edir.

Azadqadin.az xəbər verir ki, bu barədə Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qintsburq danışıb.
“Ağır xəstələrin 10-15 faizində interferona qarşı antikorlar inkişaf edir ki, bu da yalnız ikincil immunitet reaksiyasını deyil, hətta anadangəlmə təbii immun cavabını da bloklayır. Bu kəşf xəstəliyin səbəb olduğu agent - SARS-CoV-2 virusunun patogenezinin araşdırılması çərçivəsində müəyyən edilib”, - akademik “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, interferon orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusa yoluxmasının qarşısını almaqdır. Onlar xəstəliyin ilk mərhələsində yaranır, hüceyrəarası sahəyə ifraz olunur və özündən sonrakı hüceyrələrdə virusların çoxalmasını inqibirləşdirir. Orqanizmdə virusun yayılmasını məhdudlaşdırmaqla ilkin müdafiə xəttini əmələ gətirir.

Aytən Məftun