Sağlamlıq / Sağlam ol!

Koronavirusa qarşı təbii vasitə aşkarlanıb

Banu. | 2-10-2020, 08:42
194 0
Təbii yolla ifraz olunan ferment COVID-19-a qarşı effektiv vasitə ola bilər.
“RİA Novosti”nin məlumatına görə, müvafiq tədqiqat “Advanced Materials” jurnalında dərc edilib.
ABŞ-dan, həmçinin Çindən olan beynəlxalq tədqiqatçı qrup bir sıra təcrübələr aparıb və katalaza antioksidantının bədənə üç cəhətdən müsbət təsir göstərə biləcəyini aşkar edib.
Belə ki, katalaza toksik təsir göstərmədən makak-rezus cinsli meymunlarda SARS-CoV-2 virusunun replikasiyasının qarşısını ala bilib.
Ferment, həmçinin iltihab əleyhinə təsirə malikdir və sitokinlərin istehsalını tənzimləyə bilər. Bununla da sitokin fırtınasının və COVID-19-un ağır fəsadına səbəb olan təhlükəli sistemli iltihablaşmanın qarşısını alır.
Bundan əlavə, antioksidant ağciyərlərdəki alveolların daxili divarının səthindəki hüceyrələri oksidləşmə zamanı xəsarət almaqdan qorumağa kömək edir.
Alimlərin fikrincə, katalaza əsasında hazırlanmış terapevtik vasitənin üstünlüyü onun hazırlanmasının sadəliyində və aşağı istehsal qiymətindədir.