Sağlamlıq / Sağlam ol!

Şəkərli diabet

Nazar | 17-05-2012, 17:02
7 405 54

 

Diabetes mellitus (DM), Diabet (yun. diabetes„süzənək" və lat. mellitus „bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.

Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur.

Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə Ümumdünya diabet günü qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib


TARİXİ.


Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə"sir göstərir.

Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər.

Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər.

Keçmiş təbiblərin əqidəsincə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər.

Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır


PƏHRİZ.


Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.

Xəstələrin şəkərə olan ehtiyacını tə"min etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.

Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman tə"sirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir.


Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir


Azadqadin.az administrasiyasından...


Mövzu şəkərli diabet xəstəliyindən düşmüşkən, bu xəstəliyi olanlara kömək məqsədilə sizlərə bir sayt təqdim edirəm. Bu saytda adıçəkilən xəstəliklə bağlı A-dan Z-yə hər şey var.

Bu saytın ünvanıdır: www.diabet.az

Başqa saytın adını çəkmək reklam sayılsa da, məqsədimiz sizlərə kömək olmaqdırsa biz bu fədakarlığı edərik )))

(Aynur Qurbanqızı)


ESMERRi | 10 aprel 2016 12:16 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: ESMERRi
Sitat: Gulshen.
Allah qorusun bizi xesteliklerden
ESMERRi | 27 noyabr 2015 00:02 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Gulshen.
Allah qorusun bizi xesteliklerden
Gulshen. | 18 fevral 2014 11:40 | Status: Qonaq | Şərh: 0
Allah qorusun bizi xesteliklerden
Alice | 14 oktyabr 2013 15:20 | Status: Professional user | Şərh: 5 020
allah hər kəsin köməyi olsun...
Feride 18 | 25 iyun 2013 13:51 | Status: VİP user | Şərh: 686
Allah heç kime gorstemesin. Bu xestelik adami öldurmur surundurur....
RaySum | 5 may 2013 11:17 | Status: Professional user | Şərh: 2 594
Sitat: TATLI GUZEL
Cooooox sukur menim yaxinlarim diabetden eziyyet cekmirler.Tesekkurler

hemcinin
TATLI GUZEL | 16 avqust 2012 12:27 | Status: Professional user | Şərh: 5 781
Cooooox sukur menim yaxinlarim diabetden eziyyet cekmirler.Tesekkurler
G-----16 | 23 iyul 2012 16:40 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: XEDICE
ALLAH HECIME BU XESDELIYI VERMESIN COX PIS XESDELIKDIR

Amin canim menim :n28: