Sağlamlıq / Sağlam ol!

Məşhur professordan sevindirici xəbər: "Virusu dayandıracaq potensial dərmanlar tapıldı"

Banu. | 12-04-2020, 18:48
6 953 0
ABŞ-dakı "Jackson" laboratoriyasında İmmunologiya mütəxssisi kimi çalışan türkiyəli məşhur professor Dərya Unutmaz koronavirus ilə mübarizədə əhəmiyyətli inkişafların olduğunu söyləyib. 

Sosial media hesabından açıqlama verən məşhur professor "Virusu dayandıracaq potensial dərmanlar tapıldı"deyib.

Sözügedən dərmanların xəstələr üzərində sınaqdan keçiriləcəyini söyləyən türkiyəli professor "Təbii ki, bu çox sevindirici bir xəbərdir. Ancaq həmişə dediyim kimi bu potensial dərmanların sınaqdan keçirilməsi lazımdır. Təəssüf ki, ən çox zamanı da bu proses alır. Bunun üçün önümüzdə hələ aylar var, ancaq müalicələrin müsbət təsir edəcəyinə inamımız hər gün bir az da artır"ifadələrindən istifadə edib.Moderator.az