Sağlamlıq / Sağlam ol!

Böyrəklərin sağlamlığını qoruyan sadə hərəkət - Hər gün yalnız 5 dəqiqə

Banu. | 4-04-2020, 21:36
260 0
Dünyada hər üç qadından biri və hər dördüncü kişi oturaq həyat tərzi sürür ki, bu da piylənmə və digər ciddi xəstəliklərlə nəticələnir.
Dünya Səhiyyə Təşkilatı (DST) artıq bu barədə həyəcan təbili çalır.
Oturaq həyat tərzi sürən insanların mübadilə prosesləri və qan dövranı yavaşıyır, orqanizmdə durğunluq yaranır. Bütün bunlar isə piylənmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, xroniki iltihabların riskini kəskin artırır.

Oturaq həyat tərzi böyrəklər üçün də çox ziyanlıdır. Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün bədən tərbiyəsi, rəgslə məşğul olmağı, hər gün piyada gəzməyi tövsiyə edirlər.
Həmçinin gün ərzində 1 dəfə bu sadə hərəkəti etmək də böyrəklər üçün çox faydalıdır. Diz və dirsəklərinizi yerə qoyub bu vəziyətdə 5 dəqiqə dayanın. Bu hərəkət zamanı böyrəklərin qan dövranı yaxşılaşır, böyrəklər oksigenlə daha yaxşı təmin olunur, sidiyin axması artır, böyrəklər dincəlir. Böyrəklərinizdə ağrılar varsa, bu hərəkət həmçinin ağrıları da azaldır.

Saglamolun.az