Sağlamlıq / Sağlam ol!

Nə üçün biri koronavirusu yüngül, digəri ağır keçirir? Karantinin vacibliyi

Banu. | 31-03-2020, 16:43
356 0
Alimlər aşkar ediblər ki, insanların bir çoxunda koronavirus simptomsuz və ya yüngül simptomlarla, bəzilərində isə ağır keçir.
Mütəxəssislərin bir qismi bunu insanın yaşı, immun sisteminin vəziyyəti, yanaşı xəstəliklərin olub-olmaması və digər səbəblərlə əlaqələndirirlər. Lakin bunun daha da vacib səbəbi var.
Bəzən elə olur ki, yaşlı insan koronavirusu yüngül, cavan və nisbətən sağlam isə çox ağır keçirir. The Daily Mail bildirir ki, mütəxəssislər bunun səbəbini pasiyentin virus yüklənməsi ilə əlaqələndirirlər. Yəni orqanizmə birdən birə nə qədər çox virus düşərsə, infeksiya bir o qədər ağır keçəcək. İmmun sistemi orqanizmə çoxlu miqdarda düşən virusla mübarizə etməyə çatdırmır, immun sistemi yüklənir və xəstəlik ağır forma alır.

Məhz bu səbəbdən bütün dünyada koronavirus xəstələri ilə işləyən həkimlər arasında ölüm hallarına tez-tez təsadüf edilir. Həkimlər hər gün virusla qarşılaşır və nəticədə orqanizm yüksək virus yüklənməsinə tab gətirə bilmir.
İnsan az miqdarda virus alanda, immun sistemi bu virusla asanlıqla mübarizə edir və ona qarşı xüsusi anticismlər yaradır. Bu anticismlər orqanizmdə qalır və virus növbəti dəfə orqanizmə daxil olduqda insan ya heç xəstələnmir, ya da xəstəliyi çox yüngül keçirir.  
Bütün bunları nəzərə alaraq karantin tədbirlərinin həyati vacib olduğunu anlamaq olur. Karantində qaldıqda insanlar biri biri ilə az təmasda olur, virusa az məruz qalırlar. Bununla da koronavirusun ağır gedişatı riski qat-qat azalır.
Saglamolun.Az