Sağlamlıq / Sağlam ol!

Koronavirusa tutulmamaq üçün əsas TƏHLÜKƏSİZLİK QAYDALARI

Banu. | 14-03-2020, 09:20
450 0

Koronavirusa yoluxma halları demək olar bütün dünyaya qeydə alınır. Bu səbəbdən hal hazırda insanları ən çox maraqlandıran sual – koronavirusa yoluxmamaq üçün nə etmək lazımdır?
Rusiya KİV sizə koronavirusa tutulmamaq üçün əsas təhlükəsizlik qaydalarını təqdim edir:
1. Çöldən evə qayıdanda, yeməkdən əvvəl əllərinizi sabunla yaxşı yuyun. Bunun üçün sabunu 30 saniyə ərzində əllərinizə sürtün, sonra əllərinizi axar suda yaxşı yuyun.
2. Əllərinizi göz, burun, ağzınıza vurmayın. Əgər buna ehtiyac yaranarsa əllərinizi əvvəl yuyun və ya bu mümkün olmadıqda hər hansı antiseptik vasitə ilə (spirt, xlorgeksidin, miramistin və s.) silin.
3. Asqıran və ya öskürən insanlardan uzaq durun. Aranızda ən azı 2 metr məsafə olmalıdır ki, yoluxma baş verməsin.
4. Bütün səthləri (döşəmələr, masalar və s.) və həmçinin qapı dəstələri, su kranları və s. insanların tez-tez toxunduğu əşyaları hər gün antiseptik vasitələrlə silin.
5. İctimai yerlərdə (supermarketlər, nəqliyyat vasitələri və s.) maska taxın. Hər 2 saatdan bir maskanı dəyişin. Maskanı çıxardandan sonra əllərinizi yuyun və ya antiseptiklə silin. Açıq havada maskanın taxılması tələb olunmur və hətta ziyanlıdır. İsti nəfəslə soyuq havanın təmasından maska çox tez nəm olur, nəm mühit isə bütün virus və mikrobların çoxalması üçün ideal şərait yaradır.
6. İnsanların kütləvi toplaşdığı yerlərdən mümkün qədər uzaq durun.
7. Və nəhayət - təşvişə düşməyin. KİV və sosial şəbəkələrdə koronavirus haqqında yayılan məlumatların bir çoxu şişirdilib və heç bir real faktlara əsaslanmır. Xroniki qorxu və stress isə insanın müdafiə sistemini zəiflədir.   
Saglamolun.Az