Sağlamlıq / Sağlam ol!

Rusiyalı həkimdən koronavirusla bağlı SENSASİYALI AÇIQLAMALAR

Banu. | 6-03-2020, 08:55
2 544 0

Rusiyalı həkimdən koronavirusla bağlı SENSASİYALI AÇIQLAMALAR

Tanınmış rusiyalı həkim, “O samom qlavnom” verlişinin (“Rossiya-1”) aparıcısı Aleksandr Myasnikov koronavirusla bağlı sensasiyalı açıqlamalar verib.
Rusiya KİV bildirir ki, həkimin sözlərinə görə, əgər COVID-19 virusunun epidemiyası KİV-lərdə bu dərəcədə geniş işıqlandırmasaydı, “dünya bu virusu heç duymazdı”.
Myasnikovun sözlərinə görə, koronavirusdan ölənlərin sayı çox olsa da hər il qripp və digər virus infeksiyalardan ölənlərin sayından daha azdır.
“Biz nə gördük? Təşviş. Mənim fikrimə görə, yaxşı təşkil olunmuş təşviş. Hava isinəcək və virus da yox olacaq”, Myasnikov qeyd edib.  
Həkimin sözlərinə görə, koronavirus cəmiyət üçün hətta faydalı olub: “İnsanlar görüb ki, əsl pandemiyaya hazır deyillər və bu da onları daha ağıllı və diqqətli edəcək”.  
Digər tərəfdən koronavirus insanları öz sağlamlığına qarşı daha diqqətli olmağı öyrədib.
Saglamolun.Az