Sağlamlıq / Sağlam ol!

Böyrəklərin TƏBİİ VASİTƏLƏRLƏ təmizlənməsi. 8 resept

Banu. | 25-08-2019, 10:03
547 0
Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.
Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.
Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır.
Böyrəklərdə duzlar, qum, daşlar yığıla bilər. Bunun qarşısını almaq üçün böyrəkləri təmizləyən vasitələrdən istifadə etmək lazımdır. Xalq təbabətində belə vasitələr çoxdur. 
1. İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 l-lik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.
2. Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 l qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.
3. Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).
4. Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
5. Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.
6. Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.
7. 1/2 çay qaşığı dazıotu, 1/2 çay qaşığı kəklikotu, 1/2 çay qaşığı adaçayı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində içilir (hər dəfə 1/3 stəkan olmaqla). 1 həftə davam edin, 1 həftə fasilə edin və yenə təkrarlayın.
8. Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
İstənilən otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Böyrək daşı xəstəliyi zamanı bu vasitələrdən istifadə etmək olmaz.
Saglamolun.az

Digər xəbərlər burada:

Bir stəkan südə bir çay qaşığı mixək əlavə edin və sonsuzluğa, cinsi zəifliyə son!

1 limonu 4 hissəyə bölün, üzərinə duz töküb mətbəxə qoyun, bu sizin bütün həyatınızı dəyişəcək

İstənməyən tüklərdən bir anda ağrısız və qəpiyə xilas olun- Pomidor+Diş pastası

Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda

“Qoşulub qaçdım... dedi, səni ikinci arvad kimi saxlayıram...” - ARAŞDIRMA