Sağlamlıq / Sağlam ol!

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...

Banu. | 30-04-2019, 13:37
589 0

Sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus dünyanın ən məşhur tibb mütəxəssislərindən biri və "Sağlam və uzun ömür qaydaları" kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da “New York Times” versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.
Devid Aqus məşhur kompüter dahisi Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni həkim də inandıra bilməyib.
Devid Aqusun uzun və ağrısız bir həyat yaşamaq üçün hazırladığı qaydalar cədvəli ilə tanış edir.
1. Kofein
Birincisi, koefini qəhvə dənələri və çay yarpaqları kimi təbii məhsullardan əldə etmək lazımdır. İkincisi, gündə bir-iki dəfə daha çox qəhvə və ya çay içməyə dəyməz. Buna baxmayaraq, belə stimulyatordan tam imtina daha çox ziyan vurur, nəinki xeyir gətirir. Aqus əmindir ki, kiçik dozalarda kofein əsəb sistemi üçün çox faydalıdır.
2. Gülümsəyin
Təbəssüm özlüyündə orqanizmin serotonin və endorfin hormonları ifraz etməyə məcbur edir, bu hormonlar stress zamanı beyin üçün ən yaxşı "ağrıkəsicilər"dir.
3. Bədəni idmanla yükləməyin
İdman zalında yorucu məşqlərlə özünüzü çox yormayın. Gündə 15 dəqiqəlik fitnes möhkəm cansağlığının əsas şərtidir. Bu, nəbzi onun adət edilmiş ritmindən təxminən 50% qaldırır. Ofisdə yuxarı mərtəbələrə pilləkənlə qalxmaq ən yaxşı təlimdir.
4. Daimi nəzarət
Nəbz, təzyiq və gündəlik fəallığa nəzarət edin.
5. Balıq günləri
Heç olmasa həftədə 2 dəfə balıq yeməklərinə üstünlük vermək lazımdır. Ürək və beyini gücləndirmək istəyirsinizsə, forel və ya qızıl balıq seçin.
6. Şərab
Şam yeməyində bir qədəh qırmızı şərab için. Bu, ürək və damar xəstəliklərinin profilaktikası üçün yaxşıdır.
7. Balıq yağı
Maqnezium və balıq yağı qəbul edin. Bu, infarkt və insult riskini aşağı salır. Qanda trombositlərin indeksini izləyin, qanın qatıllaşmasına icazə verməyin.publika.az


AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Qızın “BakuBus”Da Itirdiyi Pul Qabıdan Görün Nə Çıxdı – FOTO

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Arvadını başqa kişi ilə tutdu və... - Bakıda HAMAMDA DƏHŞƏTLİ HADİSƏ

Xəyanəti sevən, bacısının sevgilisi ilə eşq yaşayan cazibədar aktrisa – FOTOLAR

“Hər kəs anlaya bilməz” – Elzadan yeni “Sürt-sürt…” şeiri – Video