Sağlamlıq / Sağlam ol!

Böyrəkdə daş necə əmələ gəlir?

laleyka | 29-04-2012, 14:22
66 758 66


Böyrək daşı 

 

Kifayət qədər çox rast gəlinən xəstəlikdir. Sidik daşları 80% hallarda kalsiumdan, 5 %hallarda sidik turşusundan, 2% hallarda sistindən, digər hallarda isə qarışıq tərkibdən ibarət olur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qalabilirlər, lakin böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində böyrək kolikası adlanan ağrı meydana çıxır. Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər. Ağrı ya bədənin yan tərəflərində ya beldə yaranır, sonra isə böyrək nahiyəsinə keçir, ardıcıl olaraq sidik axarı ya cinsiyyət orqanları yerləşən nahiyə və ən sonda bud nahiyəsinə yayılır. Ağrı ürəkbulanma, qusma, köp, titrəmə, yüksək bədən temperaturu, hematuriya (sidikdə qan) və tez-tez təkrarlanan sidikburaxma ilə müşahidə olunur. Sidik kanalının daşı nəticəsində meydana çıxan böyrək kolikaları zamanı zədələnmiş böyrək müvəqqəti olaraq funksiyası itirə bilər. Əgər daş sidik kisəsindədirsə, o zaman ağrı qasıqüstü nahiyədə hissə olunacaq.

Diaqnoz

: ümumi klinik əlamətlər, sidik analizi, ekskretor uroqrafiya və rentgenoqrafiya əsasında qoyulur.

Sidik daşı xəstəliyinin müalicəsi: Müalicənin növü kliniki gedişə görə təyin olunur. Tək sayda olan və heç bir ağırlaşması olmayan daşlar müalicə tələb etmir. İnfeksiya zamanı isə uyğun müalicə aparılır. Böyrək kolikası zamanı ağrıkəsici terapiya aparılır. Hazırda açıq əməliyyatdansa ultrasəs vasitəsilə və dəridən aparılan nefrolitotomiya daha effektli üsul sayılır. Profilaktik müalicə isə daşların tərkibindən asılı olaraq onların yaranmasının qarşısını almağa yönələn terapiyadan ibarətdir.

Böyrək daşlarının olmaması üçün hansı ərzaqlardan imtina etmək lazımdır?


Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi? Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür.

Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:


• Həddən artıq proteinli qida məhsulları
• Duzlu qidalar
• Şokolad
• Bəzi göyərtilər
• Həddən artıq çay və kofe
• Digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan
su içməlidir.

 


 SIDIK DAŞI XƏSTƏLİYİ

 


Böyrəklər – paxlaya bənzər cüt orqanlar olub peritonarxası sahədə onurğa sütununun yan tərəfində yerləşir. Yetkin adamlarda hər bir böyrəyin uzunluğu 10–12 sm, eni 5–6 sm, qalınlığı isə 4 sm-ə bərabərdir. Hər bir böyrəyin çəkisi orta hesabla 120–200 qramdır. Sağ böyrək soldan 2–3 sm aşağıda yerləşir. Böyrəklərin əsas funksiyası sidiklə orqanizmdə olan toksiki maddələri və artıq mayeni xaric etməkdir. Gün ərzində orta hesabla böyrəklər 200 litrə qədər qan filtrasiya edir. Eyni zamanda böyrəklər arterial təzyiqin normada saxlanmasında böyuk rol oynayır, eritropoezdə və sümük toxumasının yaranmasında iştirak edir.


Daşin əmələ gəlməsi prosesi

Sidiyin əmələ gəlməsində və xaric olunmasında pozğunluqlar baş verdikdə böyrəklərdə mineral çöküntülər – “daşlar” əmələ gəlir. Bu xəstəliyə – sidik daşı xəstəliyi, nefrolitiaz, urolitiaz və ya böyrək daşı adlanır. Xəstəliyin əsas səbəblərindən biri maddələr mübadiləsinin, xüsusən də su-duz balansının pozulmasıdır. Məsələn, orta iqlim qurşağında yaşayan insanlar isti ölkələrə getdikdə az bir müddət ərzində böyrək daşı xəstəliyinə tutulurlar. Belə ki, orda olduqları müddətdə onlar çoxlu miqdarda maye qəbul edirlər, lakin mayenin çox hissəsini tər ifrazı ilə itirirlər. Bu zaman böyrəklərdə əmələ gələn sidik çox yüksək konsentrasiyaya malik olur, həll olmuş şəkildə olan duzlar isə kristallaşmağa başlayır və daşlar əmələ gəlir.

Oksalat daşları  
Daşın kristalik strukturu

Sidik daşı xəstəliyi əsasən şəhərdə yaşayan adamlarda rast gəlinir. Bu da qidalanma xarakteri və həyat şəraiti ilə sıx bağlıdır. Hipodinamiya – əsas risk faktorlarından hesab olunur. Belə ki, yataq xəstələrində böyrək daşı xəstəliyin əsas əmələ gəlmə mexanizmi aşağıdakı kimidir: hərəkətsiz vəziyyət Ca-un sümüklərdən xaric olunmasını sürətləndirir, qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır, bu isə daş əmələ gəlməsinə şərait yaradır..

Digər əsas səbəblərdən biri də sidik yollarında durğunluğun olmasıdır. Sidikçıxarıcı yollarda olan hər hansı bir maneə və ya daralma durğunluğu əmələ gəlməsinə səbəb olur. Eyni zamanda funksional xarakterli durğunluq da əmələ gələ bilər. Qidada ət yeməklərinin və paxlalı bitkilərin üstünlük təşkil etməsi urat daşlarının, süd məhsullarının çoxluq təşkil etməsi isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır. Daşlar tərkibinə görə müxtılif olur. Ən geniş yayılmış daşlar oksalat daşlardır. Urat və fosfat daşları yayılma tezliyinə görə oksalatlardan bir qədər geriyə qalır. Bəzi hallarda sistin tərkibli daşlara da təsadüf edilir..

Kliniki əlamətlər

Daşlar adətən ilkin olaraq böyrəklərin kasa-ləyən sistemində əmələ gəlir. Orda olduğu müddətdə sidik axınına elə bir maneə yaranmır və bu dövrdə xəstəliyin kliniki təzahürləri minimum olur. Lakin daş sidik axarına keçən zaman xəstədə çox kəskin ağrılar – böyrək sancısı meydana çıxır. Daş sidik axarının mənfəzini tamamilə tutduqda, sidik xaric ola bilmir və böyrəkdə toplanır. Bu proses kəskin ağrılarla müşayiət olunur. Ağrılar kəskin və sancı xarakterli olub bel nahiyəsində əmələ gəlir və qarının müvafiq yarısına irradiasiya edir. Ağrılar periodik olaraq sakitləşməklə bir neçə saat və hətta gün davam edə bilir. Sidik axarında olan daş vəziyyətini dəyişdikdə və ya xaric olduqda ağrı sona yetir. Sidik axarına keçə bilməyən daha böyük ölçülü daşlar sidik axınına mane olmasa uzun müddət heç bir kliniki əlamət verməyə bilər. Bu daşlar çox vaxt kasa-ləyən sisteminin boşluğunu tamamilə tutaraq hərəkətsiz olur, buna görə də tipik böyrək sancısı müşahidə olunmur. Kasa-ləyən sisteminin formasını aldığına görə çox vaxt bu daşlara mərcanvari daşlar deyilir. Lakin uzun müddət bu daşların qalması çox ciddi ağırlaşmalara – kəskin və xroniki pielonefritə, pionefroza və xroniki böyrək çatmamazlığına səbəb ola bilər.

Böyrəklərdə “qum”


Çox vaxt urolojı USM-dən keçərkən pasiyentlərin əksəriyyətinə böyrəklərdə “ qum” olması söylənilir. Tibbi nöqteyi nəzərdən bu bir qədər yanlış hesab olunur. Bəzi USM mütəxəssisləri böyrəyin kasa-ləyən sistemində bir neçə mm. ölçüdə çox xırda strukturlara böyrək “qumu” diaqnoxu qoyurlar. USM olaraq bu strukturlar böyrəyin bütün toxumasına nisbətən sərt görünə bilər. Əslində isə bu insanın anatomik xüsusiyyətlərindən və ya keçirilmiş hər hansı bir patolojı prosesin qalıq əlamətlərindən ibarət olur. Eyni zamanda əksər ultrasəs aparatları ölçüsü 4 mm və ondan yuxarı olan daşları aşkar etmək qabilliyyətinə malikdir. Buna görə də ultrasəs olaraq ölçüsü 3–4 mm-dən aşağı dan strukturlara daş adı vermək olmaz. Eyni zamanda böyrəkdə qum dənəcikləri da qala bilməz. Sidik axını pozulmayıbsa ya sidikdə xaric olar, ya da böyüyərək daşa çevrilir. Buna görə də “böyrəklərdə qum” diaqnozu özünü doğrutmur.

Sidik daşi xəstəliyin diaqnostikasi

N.Tusi adına klinikanın urologiya şöbəsində sidik daşı xəstəliyinin kompleks müayinəsi və müalicəsini aparmaq üçün hər bir şərait mövcuddur. Burada olan avadanlıqlar nəinki daşı aşkar etməyə, eyni zamanda onun tərkibini, dəqiq lokalizasiyasını təyin etməyə, sidikçıxarıcı yollarda əmələ gəlmiş pozğunluğun xarakterini və dərəcəsini öyrənməyə imkan verir. Bu isə pasiyentlərin hər biri üçün optimal müalicə metodunu seçməyə şərait yaradır.
Skrininq diaqnostika üçün USM-dən istifadə edilir. Bu metodla böyrəklərdə və sidik kisəsində olan daşların ölçüsü və miqdarı təyin olunur. Əgər sidik axınında hər hansı bir maneə olarsa o zaman USM olaraq böyrəklərin kasa-ləyən sistemində genişlənmə qeyd olunur. Əgər daş böyrəklərdə deyil sidik axarında yerləşərsə bu zaman daşın dəqiq lokalizasiyası, ölçüsü, forması və strukturunu təyin etmək üçün əlavə müayinə metodlarından istifadə olunur. Sidik daşı xəstəliyinin diaqnostikasında rentgenoloji metodlar çox geniş tətbiq olunur. Ümumi “icmal” rentgenoqrafiya, ekskretor uroqrafiya, sistoqrafiya və s. bu metodlara aiddir. İcmal rentgenoqrafiyada çox vaxt daşın kölgəsini görmək olur. Lakin rentgenonegativ daşlar (məsələn, urat daşları) rentgen şəklində görünməyə bilər.

Müəyyən hallarda ekskretor uroqrafiyadan istifadə edilir. Bu zaman venadaxili xüsusi kontrast maddə yeridilir və sonra rentgen şəkli çəkilir. Kontrast maddə böyrəklərdən süzülərək sidikçıxarıcı yollarla xaric olur və bu zaman həmin yollar “rənglənir”. Adi rentgen şəklində sidik yolları görünmür. Bu üsul sidikçıxarıcı yollarda olan maneənin dəqiq lokalizasiyasını və sidik yollarının nə dərəcədə genişlənməsi təyin etmək üçün əvəzedilməzdir.

Sidik daşı xəstəliyinin müasir diaqnostikasında kompüter tomoqrafiyanın özünəməxsus yeri vardır. Bu metod istənilən strukturlu daşları aşkar etməyə və onun dəqiq lokalizasiyasını təyin etməyə imkan verir.

Laborator müayinə metodlarına isə qanın və sidiyin ümumi analizi, lazım gəldikdə biokimyəvi müayinələr aid edilir. Sidiyin ümumi analizi hematuriya, leykosituriya daşların mineral tərkibi və sidiyin reaksiyasını təyin etmək üçün informativdir.

Müalicə


Terapevtik metodlar

Müasir tibb urat daşların xüsusi dərman preparatlarından istifadə etməklə əritmək metodlarına malikdir. Müalicə əsasən qanda sidik turşusunun miqdarın normallaşdırmaq və sidiyin reaksiyasını zəif turş xassəli etmək istiqamətində yönəlir. Bunun üçün xəstəyə xüsusi pəhriz təyin olunur, qələvi tərkibli minerallar (məsələn, “Borjomi” mineral suyu) və xüsusi dərman preparatları qəbul etmək tövsiyə olunur. Müalicə düzgün aparılarsa bəzi hallarda hətta urat tərkibli mərcanvari daşları da əritməyə nail olunur.

Litotripsiya

Sidik daşı xəstəliyinin ən effektli müasir müalicə metodları – zərbə dalğalı distansion litotripsiya və kontakt lazer litotripsiyasıdır. Hər iki metod N,Tusi adına klinikanın urologiya şöbəsində uğurla tətbiq olunur.

Zərbə dalğalı distansion litotripsiya – litotripter vasitəsilə qeyri-invaziv yolla sidik daşlarının parçalanmasıdır. Aparat zərbə dalğasını generasiya edərək, nazik dəstə şəklində fokuslandırır, USM və ya rentgen müayinəsinin köməyi ilə daşa doğru istiqamətləndirir. Dalğalar ətraf toxumaları zədələməyərək yalnız daşlara təsir göstərir. Nəticədə daşlar xırda fraqmentlərə parçalanaraq sidik axını ilə sidikşıxarıcı yollarla xaric olunur. Ətraflı. . .

Endocərrahi kontakt lazer litotripsiyası daha ağır hallarda tətbiq olunur. Məsələn, daş sidik axarına yerləşərsə və distansion litotripsiya ilə parçalanmazsa və ya sidik kisəsində böyük ölçülü daş aşkar olunarsa bu zaman endocərrahi metodlar tətbiq olunur. Endoskop vasitəsilə daşa lazer impulsları ötürülür və nəticədə daş xırda fraqmentlərə parçalanaraq elə əməliyyat vaxtı sidikçıxarıcı yollarla xaric olunur. Ətraflı...

Yuxarıda göstərilən metodlardan əlavə şöbədə açıq (klassik) üsulla da bir sıra uroloji əməliyyatlar aparılır. 

ESMERRi | 25 yanvar 2016 22:28 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ESMERRi
Sitat: ☆gulka☆
Deyerli xeberdi tewekkurler
dılay | 25 yanvar 2016 20:44 | Status: Brilliant user | Şərh: 8 185
Sitat: RaySum
bu problem yoxdu mende bundan sonrada olmaz
ESMERRi | 7 noyabr 2015 21:43 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ☆gulka☆
Deyerli xeberdi tewekkurler
Gulshen. | 2 mart 2014 10:37 | Status: Qonaq | Şərh: 0
Deyerli xeberdi tewekkurler
Gulshen. | 24 fevral 2014 13:52 | Status: Qonaq | Şərh: 0
Faydali melumatdir
Nigar | 23 yanvar 2014 14:11 | Status: Gümüş user | Şərh: 6 064
wukur her wey normaldi mendede tewekkurler xebere gore
Feride 18 | 25 iyun 2013 14:41 | Status: VİP user | Şərh: 686
Boyreklerimde hec bir problem yoxdu inwallah bundan sonrada olmaz twk....
Əfşan | 11 mart 2013 08:32 | Status: Professional user | Şərh: 1 714
adeten qanin terkibinde olan elementlerin coxlu buna yol acir,eger bir az daha beden hemin elementden qebul etse artiq bu das seklinde toplanir
RaySum | 20 yanvar 2013 17:30 | Status: Professional user | Şərh: 2 594
bu problem yoxdu mende bundan sonrada olmaz
CIKOLATA | 30 noyabr 2012 05:20 | Status: Şərhçi | Şərh: 213
SUKUR ALLAHA MENDE BOYREK PROBLEMIM YOXDU AMMA ATAMDA VAR NECE EZIYYET CEKIR BIR ALLAH BILIR
medis | 29 noyabr 2012 19:57 | Status: Qonaq | Şərh: 0
menim saq boyreyimde das var.bilmirem nece mualige edim. :n46:
sanel | 27 oktyabr 2012 11:45 | Status: Professional user | Şərh: 3 647
menim bir boyreyimi cixariblar das olduguna gore
leylawka | 5 oktyabr 2012 11:38 | Status: Professional user | Şərh: 1 866
SIDIK DAŞLARI BAS BAYA DUZA OXŞAYIR EEE
cucem. | 30 sentyabr 2012 21:38 | Status: Professional user | Şərh: 4 415
DUZLU YEMEK OLMAZ BILDIYIME GORE
_Nazlim_ | 15 sentyabr 2012 03:21 | Status: Professional user | Şərh: 2 267
xebere gore twk
sevinc keder | 11 sentyabr 2012 14:37 | Status: Professional user | Şərh: 3 818
tewekkur edirem bilmeyimiz gereken melumatdir.
TATLI GUZEL | 31 avqust 2012 12:41 | Status: Professional user | Şərh: 5 781
Allaha sukur bizim aillede hec kimde yoxdu.
OZ_DUNYAMIZ | 27 iyul 2012 06:02 | Status: Gümüş user | Şərh: 1 205
daslarin yaranmasina ne sebebdir mende onlardan cox istifade ediremm
sol boyreyimde herden yaman agrayiree
G-----16 | 23 iyul 2012 17:08 | Status: Gümüş user | Şərh: 2 227
Hmmmmm cox tesekkurler :n28: