Sağlamlıq / Sağlam ol!

Həyat yoldaşımı qaraciyər sirrozundan bu resept xilas etdi – Ana südünə bərabər qarışımın sirri

Banu. | 14-03-2019, 22:37
836 0

Bir qadının 70 yaşlı ərini qaraciyər sirrozundan xüsusi reseptlə xilas etməsi barədə etirafı mətbuatda da geniş rezonans doğurub. Qaraciyər sirrozunun geniş yayılmış xəstəlik olduğunu nəzərə alıb  həmin qadının müalicə üsulunu təqdim edirik:


" Yoldaşım 62 yaşından qaraciyər xəstəliyindən əziyyət çəkirdi. 70 yaşında çatanda vəziyyəti çox ağırlaşdı, həkimlər də əllərini üzmüşdülər. Təcili yardım onu xəstəxanaya da aparmırdı. 


Kişinin qaraciyər fermentlərinin sintezi tamam pozulmuşdu, buna görə dili qaralmış, ağzında acılıq əmələ gəlmişdi. 
Mən həyat yoldaşımı gözüm görə-görə bu vəziyyətdə itirmək istəmirdim. Ona görə yulaf dəmləməsinə keçdim.


Bu resepti mənə bir həkim demişdi. O gördü ki, ərimi xəstəxanada stasionar da götürmək istəmir, yəqin ki, rəhmi gəldiyindən resepti verdi. Təəssüf ki, onun adını öyrənmədim. 


Hazırlanması belədir:


3 stəkan təmiz yulafı 3 litr qaynar suda termosda dəmlədim. 7-8 saat dəmdə qaldı. Sonra süzüb, gündə 3 dəfə 1 stəkan olmaqla içirdi. 
Hər gün üçün yeni dəmləmə hazırlanmalıdır.


Sonradan öyrəndim  ki, II dünya müharibəsində aclıq dövründə südü quruyan qadınlar körpələrə yulaf yarması suyu verirdilər. Bu su faydasına və tərkibinə görə elə ana südünə bərabərdir. 


2 ay bu içkini qəbul etdikdən sonra ərimdə ağız dadı yaxşılaşdı, qaraciyər fermentləri düzəlməyə başladı, dilinin rəngi düzəldi. 


Ondan sonra uzun müddət həm o, həm də özüm yulaf dəmləməsi içməyə davam etdik. Bu dəmləmə çox xəstəliklərin dərmanıdır, insanın immunitetini qaldırır, qaraciyəri təmizləyir, vitamin-mineral ehtiyatını artırır. medicina.az