Sağlamlıq / Sağlam ol!

Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM

Banu. | 31-05-2019, 23:00
589 0

Türkiyənin KTO Karatay Universiteti Tibb Fakültəsinin professoru Mutlu Dəmiray xərçəngin müalicəsində inqilaba imza atmaq üzrədir.
Professor sarıkökdən əldə edilən “curcumin” molekulundan dərman hazırlayıb.
Mutlu Dəmirayın məqsədi təbii və ənənəvi üsullarla yeni texnologiyanın gücünü birləşdirmək, bu yolla xərçəngin müalicəsini tapmaq və böyük dərman firmaları ilə rəqabət aparmaqdır:
“Təxminən, 6 ildir ki, sarıkökün xərçəngin müalicəsində istifadə edilməsi ilə bağlı sınaqlar keçiririk. Sarıkökün xərçəngə qarşı istifadədə yararlı olduğunu minlərlə sınaq nəticəsində sübut etdik. Sarıköklə xərçəngin müalicəsində istifadə olunan dərmanı birlikdə istifadə etdik və uğurlu nəticə alındı. Lakin həmin dərmanı təkbaşına istifadə edəndə eyni nəticə əldə edilmədi. Sarıkökün tərkibindəki “curcumin” maddəsi qana keçmir, yağda əriyir. Bunu birbaşa damara verəcək və ya qana keçirəcək formulu əldə edə bilsək, sarıkök xərçəngdə daha çox işə yarayacaq”.
Professor bildirib ki, sarıkökdən hazırlanan formulu kütləvi istifadə etmək üçün patent alacaq.Publika.az
AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Hitler və Stalinin dərdindən divanə olduğu AGENT QADIN - MARAQLI FAKTLAR

Ölümdən sonra tükürpədici 10 gerçək: İnsan ölür və 20 dəqiqə sonra…

"Başqaları üçün 100 minlərlə pul xərcləyib, villa alan Elçin..." - QALMAQAL YENİDƏN BÖYÜDÜ

Çox xəstəliklərdən xilas edən unikal resept – Şəkər, təzyiq, mədəaltı vəz, damar tutulması

Arvadını zəncirlə boğub öldürdü - Səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK