Sağlam ol! / Düzgün qidalanma

Qəbizlikdən və artıq çəkidən əziyyət çəkənlərə dietoloqdan məsləhətlər

Banu. | 11-01-2019, 18:19
1 137 0


Qəbizlik çoxları üçün ağır problemə çevrilib. AzadQadin.az bu problemin yaranma səbəbi və qurtulma yolları haqqında dietoloq Arzu Həsanovanın fikirlərini alıb: 

"Qəbizlik zaman-zaman hər insanın yaşaya biləcəyi bir haldır. Qarında gərginlik və şişkinlik qəbizliyin ümümi əlamətidir. Normal insan gündə 3 dəfə tualetə gedəbiləcəyi kimi, həftədə 3 defə də gedəbilir. Bu say insanın yediyi yeməklər, kalori və su miqdarına, günlük aktivliyinə bağlı olaraq dəyişkənlik göstərə bilir. Cox xəstələrdə qəbizlik –sadə yaşayış tərzi və qidalanma vərdişlərini dəyişdirməklə müalicə oluna bilir.

Öncəliklə qəbizliyin səbəblərini maddələr halında sıralayaq: ▫Yetərsiz su içilməsi

▫Meyvə, tərəvəz, quru və təzə paxlaların, taxılların yetərincə qəbul edilməməsi, lif alımındakı axsaqlıq

▫Sağlıqsız və qatı qidalar (fast food)

▫Yaşlanma və hamiləlik kimi fizioloji dəyişikliklər

▫Fiziki hərəkət azlığı, oturaq iş

▫Psixotrop və neyrotik dərmanların qəbulu

▫Psixi pozuntular, əsəb, stress, ruh dəyişkənliyi

▫Endokrin və metabolik xəstəliklər

▫Həzm sistemi orqanlarının bioloji və funksional pozulmaları

▫Davamlı qəbul edilən qəbizlik üçün dərmanlar ◻Bəs yaxşı qəbizlik üçün nə edə bilərik? ▫Su qəbulunu artırmalı - günlük 2-2.5 lt

▫Səhər acqarına 2-3 ədəd quru alça, quru ərik qəbul etməli

▫Fiziki aktivliyi artırmalı

▫Yemək saatları gecikməməli

▫Lif miqdarı zəngin olan: kəpəkli çörək, bulgur,  tam taxıllı qidalar və quru paxlalar tez-tez qəbul edilməli

▫Banan, nar və heyva xaric meyvə və tərəvəz qəbulu zəngin olmalı

▫Qabıqları yeyilə bilən meyvə və tərəvəzlər, qabıqları ilə birgə yeyilməli

▫Meyvə suyu yerinə meyvənin özü qəbul edilməli

▫Kofe, tünd çay kimi kofein miqdarı yüksək olan mayelər az qəbul edilməli

▫Yeməklər  çox isti və ya çox soyuq olmamalı

▫Qəbul edilən qida yaxşı çeynənilməli

▫Probiotiklər - qatıq, kefir qəbul edilməli"


Təqdim etdi: Aynur Qurbanqızı

Əziz izləyicilərimiz, düzgün qidalanma haqqına digər faydalı yazılarımız bu bölməyə daxil olaraq oxuya bilərsiniz: DÜZGÜN QİDALANMA 

Dietoloq Arzu Həsənovadan hamilələrə məsləhət: "9 ay hər gün 1 banan yeyin!" Səbəb?


 Bu xəbərləri MÜTLƏQ oxuyun:

Fərda ikinci dəfə evləndi, özü də görün kiminlə, boşanmasına səbəb də o, imiş

SON XƏBƏR: Əhaliyə ödənişlərlə bağlı ŞAD XƏBƏR

Günel Mövlud yazır: Avropada azərbaycanlıların uşaqları əllərindən alınır?

'Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm'

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi